Cümə günü, 06 noyabr 2026
     

III MDB Oyunları Azərbaycan regionlarının yüksək inkişaf dinamikasının yeni təzahürü oldu

Image


Son illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında regionların bərabər və davamlı inkişafı əsas prioritetlərdən birinə çevrilib. Bu siyasətin mühüm istiqamətlərindən biri də idman infrastrukturunun regionlarda geniş şəkildə formalaşdırılmasıdır.

Mərkəzlə regionlar arasındakı fərqlərin azaldılması, əhalinin sağlam həyat tərzinə təşviqi və gənclərin sosial fəallığının artırılması məqsədilə ölkənin hər bölgəsində müasir idman obyektləri, stadionlar, olimpiya kompleksləri və idman məktəbləri tikilib istifadəyə verilib. Bu proses artıq Azərbaycan regionlarında da beynəlxalq əhəmiyyətli yarışların və digər tədbirlərin həyata keçirilməsinə imkan verir.

Azərbaycanın yeddi şəhəri beynəlxalq idman yarışına uğurla ev sahibliyi etdi

Ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları fonunda yuxarıda qeyd edilənlər bir daha öz təsdiqini tapdı. Xatırladaq ki, elə bu günlərdə Gəncə Stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib. III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib. O deyib: "On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

Bu arada onu da qeyd edək ki, Azərbaycan oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi. III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri – Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib. Burada onu da qeyd edək ki, 2004-cü ildən etibarən həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” Azərbaycanın iqtisadi və sosial həyatında dönüş nöqtəsi yaratdı. Bu proqramlar çərçivəsində kənd və şəhərlərdə yollar, körpülər, məktəblər, xəstəxanalarla yanaşı, idman obyektlərinin də inşasına xüsusi diqqət yetirildi. Məqsəd yalnız idman uğurlarını artırmaq deyil, həm də regionlarda sağlam və aktiv gənclik yetişdirmək idi. Bu gün Azərbaycanın hər bir bölgəsində olimpiya idman kompleksləri fəaliyyət göstərir. Əgər 2000-ci illərin əvvəlində belə obyektlər cəmi bir neçə şəhərdə mövcud idisə, hazırda onların sayı 50-dən artıqdır. Bu komplekslər yalnız yarışların keçirildiyi yerlər deyil, həm də gənclərin asudə vaxtlarını səmərəli keçirdikləri, idmanla peşəkar səviyyədə məşğul olduqları mərkəzlərdir. Elə prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, idman Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. Onun təşəbbüsü ilə paytaxtla yanaşı, bütün regionlarda idmanın inkişafına xüsusi önəm verilib. Dövlət başçısının müxtəlif rayonlara səfərləri zamanı idman komplekslərinin açılışında iştirakı və bu sahəyə verdiyi dəstək, regionlarda idmana olan marağı daha da artırıb. Məsələn, Quba, Qəbələ, Gəncə, Şəki, Mingəçevir, Lənkəran, Naxçıvan və digər şəhərlərdə inşa edilən olimpiya kompleksləri beynəlxalq standartlara cavab verir. Mingəçevir Su İdmanı Mərkəzi, Gəncə Atletika Stadionu, Qəbələ Atıcılıq Mərkəzi kimi obyektlər təkcə yerli deyil, beynəlxalq yarışlara da ev sahibliyi edir.

Regionlarda idman obyektləri təkcə idman həyatını deyil, sosial və iqtisadi mühiti də canlandırır

Regionlarda idman obyektlərinin formalaşması təkcə idman həyatını deyil, ümumilikdə sosial və iqtisadi mühiti də canlandırıb. Bu obyektlərin tikintisi və fəaliyyəti minlərlə insana iş yeri yaradıb, xidmət sektorunu genişləndirib, turizmin inkişafına təkan verib. Məsələn, Qəbələ və Lənkəran bölgələri təkcə təbiəti ilə deyil, həm də idman turizmi ilə tanınmağa başlayıb. Bu regionlarda keçirilən beynəlxalq turnirlər həm yerli iqtisadiyyata, həm də ölkənin idman imicinə müsbət təsir göstərir. İdman infrastrukturu həmçinin gənclərin sağlam həyat tərzinə meyilini artırıb, onları zərərli vərdişlərdən uzaqlaşdıran sosial mühərrik rolunu oynayır.

Azərbaycanın idman uğurları – Olimpiya və dünya çempionatlarında qazanılan medallar, beynəlxalq arenada tanınan idmançılar – təsadüfi nəticə deyil. Bu nailiyyətlərin əsasında regionlarda yaradılan güclü baza dayanır. İdman məktəbləri, uşaq-gənclər idman mərkəzləri və peşəkar məşqçi hazırlığı sistemi bu uğurları təmin edən əsas faktorlardandır. Hazırda ölkənin bir çox tanınmış idmançıları – güləş, boks, cüdo, ağırlıqqaldırma və karate üzrə dünya səviyyəsində uğur qazanan idmançılar – məhz bölgələrdə yetişmiş gənclərdir. Bu da regional infrastrukturun nə qədər səmərəli işlədiyini sübut edir. Regionlarda keçirilən yerli və respublika səviyyəli yarışlar, “İdman hamı üçün” devizi ilə aparılan kampaniyalar əhalidə idmana marağı artırıb. Artıq idman yalnız peşəkar yarışlarla məhdudlaşmır – o, insanların gündəlik həyat tərzinə çevrilir. Müasir idman zalları, stadionlar və açıq hava meydançaları kənd və şəhərlərdə gənclərin toplaşdığı sosial mərkəzlər funksiyasını daşıyır. Bundan əlavə, televiziya və sosial media vasitəsilə bölgələrdə keçirilən yarışların işıqlandırılması idmanın təbliğinə mühüm töhfə verir. Dövlət və özəl sektorun ortaq təşəbbüsləri nəticəsində regionlarda idman klublarının sayı da artmaqdadır. Azərbaycanın 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf strategiyasında regionlarda idman infrastrukturunun daha da genişləndirilməsi xüsusi yer tutur. Yeni idman məktəblərinin, üzgüçülük hovuzlarının, idman parklarının tikintisi, qadın və uşaqlar arasında idmanın təşviqi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, “yaşil enerji zonaları” konsepsiyası çərçivəsində idman infrastrukturu da ekoloji baxımdan dayanıqlı formada inşa edilir. Bu, Azərbaycanın həm modern, həm də ekoloji baxımdan məsuliyyətli inkişaf modelinə sadiqliyini göstərir. Beləliklə, Azərbaycanın regionlarında həyata keçirilən inkişaf siyasəti ölkəni mərkəzdən kənar bölgələrdə də dinamik və müasir infrastrukturla təmin edib. Bu gün idman infrastrukturu Azərbaycanın regional inkişaf modelinin ayrılmaz hissəsinə çevrilib. Müasir idman kompleksləri, gənclər üçün yaradılan imkanlar və dövlətin davamlı dəstəyi sübut edir ki, Azərbaycan regionları təkcə iqtisadi deyil, həm də sosial-mədəni inkişaf baxımından yeni mərhələyə qədəm qoyub.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ