Bazar günü günü, 13 sentyabr 2026
     

Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

Image


Bakı Ekspo Mərkəzində qələbəlik vardı, ölkəmizin ev sahibliyi etdiyi XI Bakı Beynəlxalq Kitab Sərgisinin son günü idi. Hər tərəfdən kitablar dil açıb danışır, ölkələri, xalqları, insanları bir araya gətirən kitabdır, kitaba bəslənən sönməz məhəbbətdir.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası da sərgidə təmsil olunub. Redaksiya nəşr etdiyi, araya-ərsəyə gətirdiyi kitabları, nəşr örnəklərini təqdim etdi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Xatirə Kitabı Redaksiyası fərqli, maraqlı tədbirlərlə, şəhidlərimizin xatirəsinə işıq tutan təqdimatlarla diqqət mərkəzində ola bildi. Redaksiya oktyabrın 2-də Nizami Gəncəvi təqdimat zonasında "Vətən daşı... və ya 44 günün dastanı" seriyasından Vətən müharibəsi şəhidi Dəyanət Əliyevə həsr olunmuş filmi nümayiş etdirdi. Oktyabrın 6-da Respublika Xatirə Kitabı Redaksiyasının "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından Vətən müharibəsi şəhidi Babək Namazova həsr olunmuş "Cəsur Vətən oğlu" kitabının təqdimatını keçirdi. Redaksiyanın oktyabrın 7-də isə keçdirdiyi təqdimat, tədbir əvvəlkilərdən çox fərqlənirdi. Bu tədbir Xatirə Kitabı Redaksiyasının yaradıcısı ulu öndər Heydər Əliyevə həsr olunan “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının təqdimatı və Xatirə Kitabının 30 illik fəaliyyəti ilə bağlı idi.

Nizami Gəncəvi təqdimat zonasında keçirilən tədbirə akademik, millət vəkili Ziyad Səmədzadə, yazıçı Seyran Səxavət, BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova, yazıçı-publisist Zemfira Məhərrəmli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Aydın Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, şair-publisist Rəfail Tağızadə, əməkdar jurnalist Zöhrə Əliyeva, şairə Mahcamal, əməkdar jurnalist Bəxtiyar Qaraca, şairə Arzu Nehrəmli, professor Qulu Məhərrəmli və

digər tanınmış ölkə ziyalıları, alimləri, qələm adamları, jurnalistləri, yazıçı və şairləri, Heydər Əliyevi şəxsən tanıyan, onunla ünsiyyətdə olan şəxslər toplaşmışdılar. Xatirə Kitabı Redaksiyasının ulu öndərin ruhuna, xatirəsinə böyük sevgi və ehtiramla ünvanladığı, həsr etdiyi “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının işığına toplaşanlar həm redaksiyanın məhsuldar, səmərəli fəaliyyətindən danışdılar, həm də ulu öndərin xatirəsini yad etdilər. Zalda böyük bir canlanma vardı, bir tərəfdə qonaqlar tədbirin başlanmasını gözləyirdi, başqa bir tərəfdə isə redaksiyanın 30 illik fəaliyyətini özündə əks etdirən slayd təqdim edilirdi.

30 il kiçik və sadə bir rəqəm deyil, 30 ilin içində bəlkə də bir ömrə sığmayan əmək, zəhmət, fədakarlıq var. Xatirə Kitabı Redaksiyası bu illər ərzində üzərinə düşən ağır və məsuliyyətli, eyni zamanda da müqəddəs missiyanı şərəflə daşıyıb. Şəhidlərimizin xatirəsini əbədiləşdirən bir redaksiyanın keçdiyi yol müqəddəs yoldur, Vətən savaşında sinəsini sipər edən oğulların adını, özünü, ruhu yaşadan, təbliğ edən kitablaşdıran bir redaksiyanı belə təqdim etmək daha doğru olardı.

“Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının təqdimatı və Xatirə Kitabının 30 illik fəaliyyətinə həsr olunan tədbirin moderatoru əməkdar jurnalist, professor Qulu Məhərrəmli idi. “Hesab edirəm ki, Xatirə Kitabı bir abidədir. Ümumiyyətlə hər kitab bir abidədir. Bu abidəni elə yaratmaq lazımdır ki, gələcək nəsil onun verdiyi enerji ilə isinə, sabaha baxa bilsin. Xatirə kitabı da yaradılmış o abidələrdən biridir. Əlbəttə, Heydər Əliyevin Azərbaycan xalqının taleyində hansı rolu oynadığını burda əyləşənlərin hər biri çox gözəl bilir. Həm Sovet dövründə Azərbaycanın iqtisadiyyatının inkişafında, respublikamızın yüksəlişində, milli oyanışda, müstəqillik dövründə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında atdığı addımların hər biri tarixdir. Bu tarixdə böyük bir yaddaşa çevrilən Xatirə Kitabı var”.

Q.Məhərrəmli ilk dövrdən Xatirə Kitabı layihəsinin həyata keçirilməsində iştirakı, əməyi olan hər bir şəxsi, o cümlədən bu redaksiyaya uzun müddət rəhbərlik edən yazıçı-dramaturq Nahid Hacızadəni yad etdi: “Nəzakət xanımın rəhbərliyi ilə bu yolu davam etdirən insanlara dərin hörmət və ehtiramımızı ifadə edirik. “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabında çox qiymətli insanların yazıları, Heydər Əliyev haqda xatirələri var”-deyə bildirən Q.Məhərrəmli sözü akademik, millət vəkili Ziyad Səmədzadəyə verdi. Z.Səmədzadə çıxışında Xatirə Kitabı Redaksiyasının fəaliyyətinə toxundu və kollektivin əməyi nəticəsində meydana çıxan kitabları xüsusi qiymətləndirdiyini bildirdi. “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” nəşrindən danışan Z.Səmədzadə bildirdi ki, bu kitab ulu öndərin ruhuna böyük bir ehtiramın təzahürüdür. “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri çoxdur. Xatirə Kitabı da dövlətin tarixinin bir hissəsidir. Dövlətin, xalqın tarixini öyrənənlər ilk növbədə Xatirə Kitabı Redaksiyanın nəşr etdiyi kitablara müracət edəcəklər. Mənim taleyimdə Heydər Əliyev çox böyük rol oynayıb. Nəzakət xanım belə bir böyük missiyanı öz üzərinə götürüb və Heydər Əliyevlə bağlı belə bir kitab meydana çıxarıb. Bu adi bir hadisə deyil, böyük hadisədir”-deyə Z.Səmədzadə bildirdi.

BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova da çıxında Heydər Əliyevlə bağlı düşüncələrini bölüşdü və bildirdi ki, 18 yaşlı tələbə olarkən ilk dəfə Heydər Əliyevin qarşısında çıxış edib. Sonrakı illərdə Heydər Əliyevin ona böyük etimad göstərərək təhsil nazirinin müavini vəzifəsinə təyin etdiyini deyən İ.Hüseynova qeyd etdi ki, hər zaman böyük tarixi şəxsiyyətin - Heydər Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışıb: “Xoşbəxtəm ki, XX əsrin dahi şəxsiyyəti Heydər Əliyevlə bir neçə dəfə şəxsən ünsiyyətdə olmuşam, onun bilavasitə təşəbbüsü ilə dövlət vəzifəsinə irəli çəkilmişəm. Xatirə Kitabı Redaksiyası “Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır” kitabının təqimatını keçirir. Deyərdim ki, Heydər Əliyev təkcə Xatirə Kitabının yox, bir çox gözəlliklərin yaradıcısıdır”.

Sonra söz “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verildi. A.Quliyev bildirdi ki, Heydər Əliyev mətbuata çox bağlı adam idi və mətbuatın gücünü çox gözəl bilirdi. A.Quliyev Heydər Əliyevlə ilk dəfə Naxçıvanda Ali Məclisdə görüşdüyünü xatırladı. “Bu gün tədbirinə toplaşdığımız Xatirə Kitabı Redaksiyası da Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Mən buna elə Heydər Əliyevin yaratdığı böyük əsərlərdən biri kimi baxıram. Bu gün Nəzakət xanım da, onun kollektivi də özlərini nə qədər təvəzökar aparsalar da, amma bir həqiqət var. Həqiqət ondan ibarətdir ki, Respublika Xatirə Kitabı Redaksiyası olduqca böyük bir iş görüb, böyük bir missiyanı aparır. Heydər Əliyev ilkin mərhələdə bu redaksiyanı İkinci Dünya müharibəsində həlak olanların həyat hekayələrini yaşatmaq məqsədilə yaratmışdısa, sonradan bunun üstünə əlavələr gəldi, Birinci Qarabağ müharibəsində şəhid olanlarla bağlı bir neçə cildə qədər kitab yazıldı. Aprel döyüşlərini, Tovuz döyüşlərini, İkinci Qarabağ müharibəsini əhatə edən sözün əsl mənasında Zəfər salnaməsi meydana gəldi. Taleyin bir xoşbəxtliyidir ki, indi Xatirə Kitabı Redaksiyası Heydər Əliyevin xatirəsinə bir kitab hazırlayıb. Bu olduqca əhəmiyyətli bir hadisədir”.

A.Quliyev vurğuladı ki, Xatirə Kitabı Redaksiyası öz missiyasını layiqincə yerinə yetirir və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda fədakarlıqla çalışır.

Yazıçı Seyran Səxavət də çıxışında Xatirə Kitabı Redaksiyasının 30 illik şərəfli fəaliyyətini yüksək qiymətləndirdi, eyni zamanda Heydər Əliyevlə görüşündən danışdı. Əməkdar jurnalist Zöhrə Əliyeva, yazıçı-publisist Zemfira Məhərrəmli, şairə Arzu Nehrəmli də çıxış edərək öz fikirlərini bölüşdülər.

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək rəhbərlik etdiyi redaksiyanın fəaliyyətindən danışdı. Xatirə Kitabı Redaksiyasına 2001-ci ildə gəldiyini deyən N.Məmmədova bildirdi ki, o zaman redaksiyaya Nəriman Həsənli rəhbərlik edib, bu kitabın yaradılmasında onun böyük rolu olub. N.Məmmədova bildirdi ki, Xatirə Kitabı məhz Heydər Əliyevin təşəbbüsü və fərmanı ilə yaradılıb. “Respublika Xatirə Kitabı Redaksiyası 1995-ci ildə ayrıca bir təşkilat olaraq fəaliyyətə başlayıb. Mən bu redaksiyaya gələndə Xatirə Kitabının kiril əlifbası ilə üç cildi çap olunmuşdu. 2001-ci ildə bu nəşrlər latın qrafikasına çevrildi. Xoşbəxtliyim onda oldu ki, o kitabın ilk cildindən başlayaraq 16 cildi çıxdı...

Respublika Xatirə Kitabının bugünədək iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Kitabda təkcə tarix sıralanmır, həm də itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi, vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə dövlətimizin başçısı tərəfindən göstərilən diqqətin bariz nümunəsi öz əksini tapır.Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında xüsusi əhəmiyyət kəsb edir. Bu kitab çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. Haqqında bir neçə dəfə qərar və sərəncam verilsə də, bu kitaba əsl qayğı ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərardan sonra göstərilib. Əvvəlki illərdə fəaliyyəti üçün hətta vəsait ayrılmayan bu kitab ümummilli liderin məlum qərarından sonra öz fəaliyyət hüququnu bərpa edib. Sonra da Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunla Respublika Xatirə Kitabı (ayrıca bəndlə) dövlət büdcəsinə daxil edilib və bununla da kitabın həyatında bir dönüş yaranıb.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi “44 gün - Tarixi zəfər” adlı çoxcildlik ensiklopedik kitabın Bakı və bölgələrdə, Naxçıvan Muxtar Respublikasında təqdimat mərasimlərini keçirib. Adıçəkilən kitabın (“A-Ə” hərfləri üzrə) I cildi Beynəlxalq Muğam Mərkəzində təqdim olunub. Bu təbdirdə şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak ediblər.
Redaksiya “44 gün - Tarixi zəfər” adlı çoxcildlik ensiklopedik kitabın II və III cildlərinin də əsasən bölgələrdə təqdimatlarını keçirib, kitablar şəhid ailələrinə paylanılıb.
Kitabın IV cildi çapa hazırdır, onun da təqdimatlar əsasında şəhid ailələrinə çatdırılması redaksiyanın əsas və ümdə arzusudur”.

N.Məmmədova vurğuladı ki, redaksiyanın hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb. “Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib”. N.Məmmədova vurğuladı ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən əsir və ya girov götürülmüş, itkin düşmüş şəxslərin xatirələrini əbədiləşdirmək məqsədilə dörd cilddə kitab hazırlayıb: “Həmin kitablarda əsasən əsir düşmüş və girov götürülmüş insanlarla bağlı ensiklopedik məlumatlar yer alıb. Bu kitabların nəşrinin bugünkü və gələcək nəslin daha vətənpərvər olmasında xüsusi əhəmiyyəti var. Artıq Azərbaycan ictimaiyyəti bilir ki, erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 3 875 Azərbaycan vətəndaşı naməlum şəraitdə itkin düşüb, yaxud əsir və ya girov götürülüb. Redaksiyanın apardığı araşdırmalar hər kəsin qarşısında əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı erməni millətçilərinin qəddarcasına törətdiyi işgəncə və cinayətlərə bütün aydınlığı ilə işıq salmaq və onu dünya ictimaiyyətinə çatdırmaq kimi bir vəzifə qoyur...”-deyə N.Məmmədova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ