Cümə günü, 06 noyabr 2026
     

"Layiqli... səfirlərlə" görüş layihəsi başladı...

Image


Mətləb Salahov: “Layiqli Əmək Səfirləri”nin Həmkarlar Konfederasiyası ilə sıx əməkdaşlıq qurması işəgötürən təşkilatlarda sosial məsuliyyət hissinin təşviq edilməsi üçün önəmli addımdır”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Layiqli Əmək Səfirləri ilə görüş keçirilib. Konfederasiya ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu "Layiqli Əmək Səfirləri" layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.

Görüşdə, həmçinin, həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.

“Layiqli əməyin təşviq edilməsi üçün səy göstərmələri həm də Azərbaycandakı sosial hüquqlar və təminat keyfiyyəti barədə beynəlxalq ictimaiyyətə ən gözəl mesajdır”

Mövzu ilə bağlı fikir bildirən jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Azərbaycan vətəndaşlarının sosial hüquqlarının qorunmasını müəyyən edən beynəlxalq proqram və konvensiyalardan biri məhz layiqli əməyin dəstəklənməsi ilə bağlıdır: “Bilirik ki, ölkəmizdə sosial sektorun təkmilləşdirilməsi istiqamətində olduqca mühüm qanunvericilik aktları qəbul edilib və real işlər görülüb. Əlbəttə, bir sıra sosial sahələrdə hələ də çatışmazlıq halları qalmaqdadır və bu real faktdır. Lakin görülən işləri qeyd etməmək də mümkün deyil. Xüsusilə əmək münasibətlərinin təkmilləşdirilməsi və işçilərinin hüquqlarının qorunması üçün beynəlxalq təcrübənin tətbiqi önəmli məsələlərdir.

Hələ 2007-ci ilin noyabrında Cenevrədə Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün "Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"nı imzalayıb. Bəs bu proqramda hansı məqamlar yer alır? İlk növbədə ictimai səviyyədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xüsusilə regionlarda gəlir əldə olunması imkanlarının yaxşılaşdırılması, iqtisadi inkişafın və ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, səhiyyə və təhsil xidmətlərindən bərabər səviyyədə yararlanmaq imkanlarının yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həlli nəzərdə tutulur.

Bəs Layiqli əməyin özü nədir? Layiqli əmək işçinin iş şəraiti ilə onun aldığı əməkhaqqının bir-birinə uyğun olmasını nəzərdə tutur. Yəni iş yerinin ixtisas tələbi ilə işçi qüvvəsinin ixtisas tələbi bir-birinə uyğun olmalıdır. Başqa sözlə, işçi qüvvəsinin özünün peşə ixtisasına, qabiliyyətinə, əməyinin keyfiyyətinə, peşəsinə uyğun, onun öz ürəyincə olan iş layiqli əmək sayılır. Burada işçinin həm də rahat iş yeri, zəruri həcmdə xidmət və məhsullarla, davamlı əməkhaqqı ilə təmin olunması kimi vacib şərtlər nəzərdə tutulur ki, bunların hamısına kompleks şəkildə yanaşılmalıdır. Göründüyü kimi, "Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" işçinin əməklə bağlı bütün sosial hüquqlarının təminatçısı rolunda çıxış edir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Məşğulluq Strategiyasında əks olunan "layiqli əmək" anlayışı üçün üç şərt olduqca vacibdir. Bunlardan birincisi insanın peşəsinə və ixtisasına uyğun iş yeri ilə təmin edilməsi, ikincisi işçinin zəruri həcmdə, özünü və ailəsini təmin edə biləcək səviyyədə maddi-mənəvi xidmətlərdən, məhsullardan yararlanmaq imkanlarına malik olması, üçüncüsü isə iş yerinin davamlılığıdır: “Xüsusilə işçilərin istirahət hüquqları barədə davamlı işlərin görülməsi, onların sağlamlıq və istirahət sanatoriyalarının imkanlarından keyfiyyətli şəkildə yararlanmaları prioritet məsələdir. Yəni göründüyü kimi, layiqli əmək anlayışı insanların sosial hüquqlarının qorunmasını və maddi-mənəvi xidmətlərdən daha səmərəli şəkildə yararlanmasını nəzərdə tutur. “Layiqli Əmək Səfirləri” layihəsi əsasən əmək hüquqlarının təbliği və sosial məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır. Nəzərə alsaq ki, bir sıra yerlərdə hələ də sosial məsuliyyətdən, işçilərin əmək hüququna ictimai nəzarətdən qaçan müəssisələr mövcuddur, o zaman bu layihənin önəmi daha qabarıq şəkildə hər kəsə aydın olur. Xüsusilə bu istiqamətdə Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əlaqə və işgüzar fəaliyyət minlərlə işçinin hüquqlarını qorumaq baxımından olduqca önəmlidir. “Layiqli Əmək Səfirləri”nin davamlı olaraq bu istiqamətdə görüşlər keçirmələri, əmək sektorundakı aparıcı strukturlarla işgüzar əlaqələr qurmaları, layiqli əməyin təşviq edilməsi üçün səy göstərmələri həm də Azərbaycandakı sosial hüquqlar və təminat keyfiyyəti barədə beynəlxalq ictimaiyyətə ən gözəl mesajdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ