Cümə günü, 06 noyabr 2026
     

Qarabağ “ziyanlı zona”dır ki, müəllimlərə əlavə maaş verilsin? - Köklü yanlış baxış...

Image


Elyar İslamoğlu: “Bu çox ziyanlı təklifdir”

Azad Qarabağda müəllim işləmək doğrudan da şərəflidir. Hər bir müəllimin, hətta univerisitet professorlarının da ən böyük arzusu olub ki, torpaqlar azad olunduqdan sonra bütün titullarını unudub Qarabağda sadə bir kənd müəllimi işləsinlər. Yəni Azərbaycan müəllimi hər zaman Qarabağda işləməyə hazır olub. Bu gün artıq azad ərazilərimizdə məktəblərin fəaliyyəti bərpa olunub, onlarla müəllim müxtəlif kənd və qəsəbələrdəki, şəhərlərdəki məktəblərdə öz peşə borclarını yerinə yetirir. Deyərdik ki, o müəllimlərin hamısı bir nəfər kimi orda dərs deməkdən məmnundur…

Bu arada bəzi tanımış şəxslər, eləcə də bəzi deputatlar təklif edirlər ki, Qarabağda işləyən müəllimlərin əməkhaqları artırılsın, onlara əlavə əməkhaqqı və imtiyazlar verilsin. Bu təklifi anlamaq elə də asan deyil. Bəziləri elə qələmə vermək istəyir ki, Qarabağda işləmək sanki bu insanlara verilmiş “cəzadır”. Tarixən görmüşük ki, çətin dağ şəraitində işləyənlərə əlavə pul verilsin, yaxud zərərli zonalarda, yerlərdə işləyənlərə əlavə əmək haqqı ödənilsin. Qarabağda işləməyin nəyi zərərlidir ki, belə təkliflər verilir? Kim Xankəndidə, kim Şuşada işləmək istəməz ki?! O məktəblər yüksək səviyyədə təmir olunmuş, bütün lazımı vəsaitlərlə təmin edilmiş müasir məktəblərdir ki, səfalı yerlərdə yerləşir. Bu halda hər kəs gedib orda işləmək istəyər, işləyə bilər. Belə təklif edə bilərdilər ki, Qarabağda işləyən müəllimlərin ailələrinin də orda yaşaması üçün şərait yaratmaq lazımdır. Onlara xidməti evlər və sair vermək olar. Bu tam yerində olardı. Yoxsa bəziləri o müəllimlərin əlavə əmək haqqı ilə təmin edilməsi təklifini verməklə, sanki Qarabağı bir "cəza" zonası kimi qəbul etdiyini göstərir. Deyirlər ki, yəni müəllim orda işləyirsə demək ona əlavə pul verilməlidir. Sanki onlar səfalı bir güşədə, səfalı bir yerdə yox, "vrednı" bir ərazidə işləyir.

“…Belə bir təklifin səsləndirilməsi düzgün deyil, bu, yanlış rəyin formalaşmasına səbəb ola bilər”

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağda işləyən müəllimlərin əməkhaqlarının qaldırılması ilə bağlı təklifin irəli sürülməsi doğru deyil: “Əslində bu çox ziyanlı təklifdir. Bu təklifi irəli sürməklə ictimaiyyətdə belə yanlış bir fikir formalaşdırmaq istəyirlər ki, heç kim guya Qarabağda işləməyə getmək istəmir, ona görə də məcbur qalıb müəllimlərin əməkhaqqını artırırlar, yaxud onlara əlavə əməkhaqqı verirlər. Bu düzgün yanaşma deyil. Orda işləyən müəllimlər əslində işlərindən çox məmnundurlar və öz peşələrinin öhdəsindən şərəflə gəlirlər. Keçmiş məcburi köçkünlər arasında da kifayət qədər müəllimlər var və onlar doğma yurdlarında, ata ocaqlarında yaşamaq və çalışmaq istəyirlər. Buna görə də sorğu keçirmək lazımdır və hansı müəllimlər Qarabağda könüllü işləmək istəyirsə ora göndərsinlər. Bakıda saatlarla tıxaclarda qalıb işə gecikməkdənsə, əsəbiləşməkdənsə hər kəs gedib tıxacsız, gözəl havası-suyu, təbiəti olan Qarabağda gözəl evlərdə yaşamağı, müasir məktəblərdə işləməyi üstün tutar. Hətta belə bir çağırış olarsa bütün müəllimlər Qarabağda işləməyə həvəslə gedəcəklər. Buna heç kəsin şübhəsi olmasın. Ona görə də, Qarabağda işləyən müəllimlərin əməkhaqqısı ilə bağlı fikir formalaşdırılmasını düzgün hesab etmirəm. Bu düzgün yanaşma olmamaqla yanaşı, həm də dövlətin apardığı siyasətə ziddir. Çox təəssüf ki, bəziləri belə rəy yaratmaq istəyirlər ki, guya heç kəs orda işləmək, ora qayıtmaq istəmir, məcburi şəkildə maaşları artırırlar ki, bəlkə kimlərsə gedib orda işləsin. Bu rəyi yaratmaq istəyənlər yanılırlar”.

E.İslamoğlu qeyd etdi ki, bu gün əksinə, maaşdan aslı olmayaraq müəllimlərimiz Qarabağda işləməyə böyük meyl göstərirlər.

E.İslamoğlu bildirdi ki, Qarabağda işləyən müəllimlərin maaşlarının artırılması təklifini verənlər yaxşı olardı bu təklifi onlarla bağlı yox, şəraitsiz ucqar dağ kəndlərində, sərhədyanı rayon və kəndlərdə çətin şəraitdə işləyən müəllimlərlə əlaqədar versinlər. “Yolsuz, izsiz, təmirsiz məktəbləri olan ucqar dağ kəndlərində çətin şəraitdə işləyən müəllimlərin maaşlarının artırılması, onlara əlavə əməkhaqqının verilməsi daha doğru olar. Çünki onlar uzun illərdir çox şəraitsiz məktəblərdə şagirdlərə bilik öyrədirlər. Sərhəddyanı kənd və qəsəbələrdə dərs deyən müəllimlərin də əmək haqlarının nəzərdən keçirilməsi zərurətdir. Dediyim kimi, bu müəllimlər çətin şəraitdə işləyirlər. Yoxsa Qarabağda işləyən müəllimlərlə bağlı belə bir təklifin səsləndirilməsi düzgün deyil, bu, yanlış rəyin formalaşmasına səbəb ola bilər”-deyə E.İslamoğlu qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ