Cümə axşamı günü, 01 oktyabr 2026
     

Maliyyə Nazirliyi Azərbaycanda iqtisadi artım proqnozunu xeyli azaltdı... Niyə?

Image


Xalid Kərimli: "Çıxış yolu, islahatlara gedərək, sərbəstləşməyə və liberallaşmaya imkan yaratmaqdır"

Azərbaycan Maliyyə Nazirliyi 2025-ci il üzrə yenilənmiş makroiqtisadi proqnozları açıqlayıb. Proqnozlara görə, bu il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 3 faiz artacağı gözlənilir. Amma ilin əvvəlində bildirilmişdi ki, ÜDM-də 3.7 faiz artım proqnozlaşdırılır.

Məlumatda qeyd edilir ki, kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə gözlənilən nisbətən aşağı artım templəri ümumilikdə qeyri-neft-qaz sektorunun proqnozlarına öz təsirini göstərib: "Belə ki, 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4.9 faizdən 4.6 faizə endirilib".

Sənəddə inflyasiya gözləntisinin isə artdığı qeyd edilir. 2025-ci ildə orta illik inflyasiya üzrə ilkin proqnoz 4.6 faiz səviyyəsində nəzərdə tutulsa da, cari ilin avqustunda təqdim edilmiş proqnoza əsasən, inflyasiya 5.4 faiz səviyyəsində gözlənilir.

Proqnozun mənfiyə doğru dəyişməsinin səbəbi nədir?

Baki-xeber.com-un müxbiri ilə bu barədə söhbətləşən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan Maliyyə Nazirliyinin 2025-ci il üzrə yenilənmiş makroiqtisadi proqnozlarına əsasən, əvvəlki proqnozlarla müqayisədə bəzi göstəricilərdə mənfiyə doğru müşahidə edilən bu dəyişikliklərin əsas səbəbləri iqtisadi və struktur amillərlə izah olunur: "Proqnozun mənfiyə doğru dəyişməsinin əsas səbəblərindən biri kənd təsərrüfatı və nəqliyyat sektorlarında zəif artımdir.

Məlumatda da qeyd edildiyi kimi, kənd təsərrüfatı və nəqliyyat sektoru üzrə artım tempinin aşağı olması qeyri-neft-qaz sektorunun ümumi göstəricilərinə mənfi təsir göstərib.

Bu sahələr adətən qeyri-neft iqtisadiyyatının mühüm tərkib hissələridir. Onlardakı zəiflik qeyri-neft ÜDM proqnozunun 4.9%-dən 4.6%-ə endirilməsinə səbəb olub.

Digər səbəb inflyasiya gözləntilərinin artmasıdır. Ölkə iqtisadiyyatında infliyasiya daha çox dolların zəifləməsi fonunda idxal məhsullarınin qiymətinin artması ilə xaricdən "idxal edilib". Əsasən bu səbəbdən inflyasiya göstəricisi 4.6%-dən 5.4%-ə yüksəldilib.

Əslində Mərkəsi Bank və İqtisadiyyat Nazirliyi ilin əvvəlində daha real proqnozlar vermişdi - uyğun olaraq 5,3 və 5.5%.

Digər təsiredici səbəb isə ödənişli xidmətlərin qiymətlərinin daha yüksək sürətlə bahalaşması (ilin əvvəlində qaz və işığın qiymətlərinin qalxması səbəbindən) və dolların digər valyutalara qarşı dəyərdən düşməsi oldu. Dolların 12-13% ucuzlaşması manatın real effektiv məsənnəsini aşağı saldı. Yəni manatın ucuzlaşması ilə inflyasiya daha da sürətləndi.

Mərkəzi Bank da komnikasiyalarında qeyd edirdi ki, builki inflyasiyanın 60-70%-i idxalla bağlıdır. Son bir ildə idxal edilən ərzaq qiymətləri 25% bahalaşıb.

Artan inflyasiya əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir, daxili tələbatı zəiflədir və real iqtisadi artım tempini azaldır.

İnflyasiyanın yüksəlməsi həm də istehsal xərclərinin artmasına və biznes mühitinin qeyri-sabitləşməsinə səbəb olur.

Makroiqtisadi göstəricilərin zəifləməsinin səbəblərindən biri də qlobal və regional iqtisadi qeyri-müəyyənliklərdir.

Hərçənd bu, sənəddə birbaşa qeyd olunmayıb, amma qlobal iqtisadi proseslər (məsələn, enerji qiymətlərində dalğalanma, ticarət partnyorlarında iqtisadi yavaşlama, geosiyasi risqlər) Azərbaycan iqtisadiyyatına dolayı təsir göstərir.

İxracat bazarlarında tələbin zəifləməsi və xarici investisiyaların azalması da artım tempini azaldan amillərdəndir.

Eyni zamanda, qeyd etdiyimiz kimi, əvvəlki proqnozların daha optimist olması da əsas şərtlərdəndir. İlin əvvəlində Maliyyə Nazirliyinin verdiyi proqnozlar daha optimist idi. İlin ortalarında və sonrakı dövrlərdə isə real göstəricilərə uyğun olaraq proqnozlar realist və ehtiyatlı şəkildə yenilənib.

Proqnozların aşağı yönlü yenilənməsi iqtisadi risqlərin artması və bəzi sektorların gözlənildiyi qədər sürətli inkişaf etməməsi ilə bağlıdır. Bu dəyişikliklər hökumətin iqtisadi siyasətində də korrektələr tələb edə bilər. Məsələn, daha sərt fiskal siyasət, antiinflyasiya tədbirləri və ya qeyri-neft sektorunun dəstəklənməsi istiqamətində atılan addımlar da göstəricilərə təsir edir.

İqtisadi artım tempinin aşağı düşməsinə gəldikdə, təəssüf ki, bu göstərici qonşu dövlətlərdə yüksək artım templəri nümayiş etdirməsi fonunda baş verir. Səbəb isə iqtisadiyyatda islahatdan çox danışılması fonunda real islahatların təxirə salınmasıdır. Ölkədə daha çox məhdudlaşdırmalara gedilir, nəinki sərbəstləşməyə və liberallaşmaya.

Sərhədlərin hələ də bağlı qalması iqtisadi artımın zəifləməsinin əsas səbəblərindən biridir.

Yükdaşımaların azalması hələ də dəhlizlərdə bizim uğur qazana bilmədiyimizin əsas göstəricisidir. Lakin bu yalnız Azərbaycanla bağlı məsələ deyil, həm də qonşu dövlətlərdə gedən siyasi proseslərdən asılıdır.

Kənd təsərrüfatının bitkiçlik bölməsi yerində sayır, heyvandarlıq isə kiçilməkdədir. Aqrar məhsulların ixracı hələ də Rusiya bazarından asılıdır.

Real islahatlara getməsək, geriləmələr davam edəcək. Çünki Azərbaycanda iqtisadi artımın əsas faktoru indiyə qədər dövlət büdcəsindən xərcləmələr idi. Neft gəlirləri azaldığına görə, dövlət büdcəsindən xərcləmələr əvvəlki templə davam edə bilmir.

Hökumət iqtisadi siyasətini bu cur davam etdirə bilər, amma o halda geriləmə də davam edəcək. Çıxış yolu, islahatlara gedərək, sərbəstləşməyə və liberallaşmaya imkan yaratmaqdır".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ