Cümə günü, 06 noyabr 2026
     

Azərbaycanın təhsil proqramlarında Çin mərhələsi açılır...

Image


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra sahələr üzrə Dövlət Proqramları, Strategiya qəbul edib. Burda elm və təhsil sahəsində qəbul olunan proqramlar müstəsna əhəmiyyət kəsb edir.

Bilirik ki, ölkəmizin müxtəlif ölkələrlə elm və təhsil sahəsində əməkdaşlıq proqramları mövcuddur, xarici tələblər bizim ali məktəblərdə, bizim tələbələr isə xarici ali təhsil müəssisələrində baklavr, magistratura və doktorantura pillələri üzrə təhsil alırlar.

Azərbaycanın Rusiya ilə də elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri mövcuddur, hətta ölkəmizdə Rusiyanın bəzi ali məktəblərinin filialları da fəaliyyət göstərir. O da məlumdur ki, Azərbaycandan xeyli sayda gənc Rusiyanın ali məktəblərində oxuyur. Gizlin deyil, Rusiya təhsili hazırkı dövrdə özünü elə də doğrultmur, heç dünyada özünə layiqli yer tuta bilmir.

Bu gün Azərbaycanın Rusiya ilə elm və təhsil sahəsində proqramlarını dayandırması da aktuallaşıb. Cəmiyyətdə daha çox belə bir fikir var ki, ölkəmiz bu prosesi Çinlə həyata keçirərsə daha faydalı olar. Bir halda ki, Rusiyanın bir çox universitetlərinin diplomları bizim ölkədə tanınmır, ildə nə qədər şəxsin diplomu ləğv olunur. Orda elmi müdafiə edənlərə də şübhə ilə yanaşılır. Amma Çin bu gün dünyada elm və təhsil lideri sayılır.

“Azərbaycanda Rusiya diplomu ilə müdafiə edənlərin təxminən 40%-nin dissertasiyası tanınmayıb”

Tanınmış təhsil ekserti Kamran Əsədov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın elm və təhsil strategiyasında əsas tərəfdaş ölkələrin dəyişməsi və yeni istiqamətlərə yönəlməsi təkcə beynəlxalq münasibətlərin transformasiyası deyil, həm də daxili təhsil siyasətinin modernləşdirilməsi baxımından qaçılmaz ehtiyacdır: “Xüsusilə Rusiya ilə uzunmüddətli, lakin nəticə baxımından zəif məhsuldar olmuş əməkdaşlıq modeli artıq XXI əsrin tələblərinə cavab vermir. Rusiya universitetlərində təhsil alan azərbaycanlılar say çoxluğu ilə müşahidə olunsa da, bu say keyfiyyətə çevrilmir. Təhsil Nazirliyinin 2020–2024-cü illəri əhatə edən statistik məlumatına əsasən, bu dövrdə Rusiya ali məktəblərindən alınmış 3 mindən çox diplomun tanınmasından imtina edilib. Tanınmama səbəbləri arasında ən çox rast gəlinən hallardan biri distant və ya qiyabi təhsilin forma və məzmun baxımından Azərbaycan qanunvericiliyinə uyğun olmamasıdır. “Təhsilin keyfiyyətinin təminatı haqqında” Qanunun 5.1.1-ci maddəsində göstərildiyi kimi, təhsil alanların bilik, bacarıq və kompetensiyalarının beynəlxalq meyarlara uyğunluğu əsas qiymətləndirmə meyarıdır. Lakin Rusiya diplomlarının böyük hissəsində bu uyğunluq müşahidə olunmur.

Təhlillər göstərir ki, Rusiya ilə təhsil əməkdaşlığı əsasən humanitar sahələrə yönəlib və bu ixtisaslar üzrə proqramların məzmunu, müasir pedaqoji və texnoloji trendlərlə uzlaşmır. Eyni zamanda, orada elmi iş müdafiə edənlərin dissertasiyaları çox vaxt metodoloji cəhətdən zəif, plagiat risqi yüksək və tətbiq yönümlü nəticədən uzaq olur. Elmi Şura qərarları əsasında son üç ildə Azərbaycanda Rusiya diplomu ilə müdafiə edənlərin təxminən 40%-nin dissertasiyası tanınmayıb və ya yenidən qiymətləndirilməyə göndərilib. Bu isə həm elmi mühitdə inamsızlıq, həm də ölkə üzrə kadr siyasətində qeyri-müəyyənlik yaradır”.

“Çinlə əməkdaşlığın üstünlüklərindən biri də elm və sənaye inteqrasiyasıdır”

K.Əsədov hesab edir ki, bunun fonunda Çinlə elm və təhsil sahəsində əməkdaşlıq yeni mərhələnin başlanğıcı ola bilər: “Çin yalnız iqtisadi deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji innovasiya sahəsində də qlobal lider mövqeyinə sahibdir. 2023-cü ilin məlumatına görə, Çin dünyada ən çox elmi məqalə dərc edən ölkə olub və bu məqalələrin 29%-i yüksək impakt faktorlu jurnallarda yayımlanıb. Nature Index və Web of Science kimi nüfuzlu elmi bazalarda Çin universitetlərinin elmi məhsuldarlığı ABŞ və Böyük Britaniyadan sonra ilk üçlükdə qərarlaşıb. Bu göstəricilər sübut edir ki, Çin artıq təhsilin passiv istehlakçısı deyil, onun aktiv istehsalçısıdır.

Çin universitetləri, xüsusilə Tsinghua, Peking, Fudan və Shanghai Jiao Tong universitetləri mühəndislik, kompüter elmləri, süni intellekt, biotexnologiya və alternativ enerji sahələrində qabaqcıl tədqiqat mərkəzləri ilə beynəlxalq akademik məkanda üstün mövqedədir. Azərbaycan üçün bu sahələr həm əmək bazarının ehtiyacları, həm də iqtisadi diversifikasiya baxımından prioritet sayılır. Belə olduğu halda, Çinlə ali təhsil və elmi əməkdaşlıq yalnız akademik fayda deyil, həm də milli inkişaf strategiyasına xidmət edən praktiki nəticə vəd edir.

Azərbaycan Respublikasının “Elm haqqında” Qanununun 11.2.2-ci maddəsinə əsasən, beynəlxalq əməkdaşlıq elmi potensialın inkişafı üçün əsas şərtlərdən biridir. Bu norma kontekstdə Çinlə bağlanacaq ikitərəfli müqavilələr, ortaq tədqiqat institutları, elmi mübadilə proqramları və ortaq doktorantura modelləri Azərbaycan elminin beynəlmiləlləşməsinə töhfə verə bilər. Bu model artıq Orta Asiya ölkələri – Qazaxıstan, Özbəkistan və Qırğızıstan tərəfindən tətbiq olunur. 2022–2023-cü illər ərzində Çində bu ölkələrdən 15 minə yaxın tələbə təhsil almış və onlardan yüzlərlə nəfəri elmi tədqiqatlara cəlb olunmuşdur. Azərbaycan bu coğrafiyada liderlik mövqeyi üçün eyni modeli adaptasiya etməlidir.

Çinlə əməkdaşlığın üstünlüklərindən biri də elm və sənaye inteqrasiyasıdır. Çin universitetləri təkcə nəzəri bilik vermir, eyni zamanda sənaye ilə birgə çalışan texnopark və startap inkubatorlarına sahibdir. Bu sistem “təhsil-tədqiqat-istehsal” zəncirinin qurulmasını təmin edir. Azərbaycanda bu model hələ ilkin mərhələdədir. Çin universitetləri ilə birgə qurulacaq texnologiya transfer mərkəzləri, startap platformaları və ortaq inkubasiya proqramları, ADNSU, AzTU və UNEC kimi texniki yönümlü universitetlərin inkişafında yeni imkanlar aça bilər”.

K.Əsədov vurğuladı ki, Rusiya ilə əməkdaşlıq əsasən keçmiş sovet sisteminin mirası kimi qalmaqdadır və innovasiya, süni intellekt, kvant texnologiyaları kimi çağdaş sahələr üzrə ciddi resurs təqdim etmir: “Əksinə, Çin universitetləri bu sahələrdə yalnız tədqiqat aparmır, eyni zamanda praktiki prototiplər və tətbiqi nəticələr hazırlayır. Bu cür əməkdaşlıq, Azərbaycan tələbələri və alimləri üçün real təcrübə mühitinin yaradılması deməkdir.

Əgər bu istiqamətdə sistemli və hüquqi mexanizmlər hazırlanarsa, nəinki tələbələr, eyni zamanda doktorantlar, gənc alimlər və müstəqil tədqiqatçılar üçün yeni təqaüd mexanizmləri, ikili diplomlar və ortaq məqalə yazımı imkanları təmin edilər. Bu da elmi məhsuldarlığın və beynəlxalq əməkdaşlıq indikatorlarının artması ilə nəticələnər. Məhz bu səbəbdən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də vurğulanan “bilik iqtisadiyyatına keçid” yalnız belə transformasiya ilə mümkündür.

Nəticə etibarilə, Azərbaycanın elm və təhsil sahəsində Çinlə əməkdaşlığa keçidi təkcə alternativ axtarışı deyil, strateji və sistemli islahat zərurətidir. Rusiya ilə olan əlaqələr çox hallarda formallıq və siyasi komfort üzərində qurulmuş, nəticə etibarilə isə elmi və pedaqoji baxımdan zəif məhsuldarlıqla müşayiət olunmuşdur. Çinlə əlaqələr isə məzmun, texnologiya, innovasiya və perspektiv baxımından daha məhsuldar, daha effektiv və daha stratejikdir. Bu keçid Azərbaycanın elmi, pedaqoji və iqtisadi transformasiyasına ciddi dəstək ola bilər və onu regional təhsil liderinə çevirəcək uzunmüddətli platforma formalaşdıra bilər”.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ