şənbə günü, 22 avqust 2026
     

Dərs vaxtı ilə bağlı nazirdən düşündürücü rəy - kənd məktəblərində niyə də yox?..

Image


"Məktəbdə dərsin başlama vaxtını məktəb rəhbərliyi və valideynlər müəyyən edə bilərlər". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, dərsin başlama saatını dəyişdirmək üçün nazirliyə gərək yoxdur.

"Məsələn, kənd yeridir. Dərsin 8-də yox 9-da başlamasını hamı istəyirsə dəyişə bilərlər. Burada problem yoxdur. Bakıda problem nədədir? Burada dərslə işə getmək arasında əlaqə var. Bir çox valideyn uşağını məktəbə qoyur, sonra işə gedir. O səbəbdən məktəb bəzi yerlərdə 8:00-8:30-da başlayır. Əgər bu uzlaşmanı tənzimləyə biliriksə, niyə də saatları dəyişməyək? Amma hazırda bu proses necə olacaq, onu başa düşməliyik", - o bildirib.

Məktəblərdə dərs vaxtının başlaması ilə bağlı nazirin fikirləri maraqlıdır. İctimaiyyət də bu təşəbbüsə, bu yasanaşmaya müsbət yanaşır. Ekspertlərə görə, dərs vaxtının dəyişdirilməsini, təbii ki, ucqar kəndlərdə, rayonlarda tətbiq etmək daha uyğun olardı. Elə məktəblər var ki, iki növbəli deyil, bir növbəlidir və valideyn-məktəb razılaşması əsasında dərsin vaxtını dəyişmək mümkündür. Qış aylarında hava gec işıqlanır, nəzərə alsaq ki, kənd yerlərində küçələr işıqlandırılmır və sair baxımından dərslərin vaxtının dəyişməsini münasib sayanlar az deyil. 

Hətta bəziləri deyir ki, Bakıda da bunu tətbiq etmək olar. Yəni səhər tezdən şəhər yollarında   tıxac olur. Bu baxlmdan, Bakıda da dərslərin saat 9-da, 10-da başlamasını mümkün sayanlar var.

Dərslərin saatlarının dəyişdirilməsini tətbiq etmək hansı effekti verə bilər? 

Məzahir Məmmədli: "Bunu rayon və kənd məktəblərində tətbiq etmək olar"

Təhsil eksperti Məzahir Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, bu təşəbbüs əvvəllər də irəli sürülüb. "Orta ümumtəhsil məktəblərində pedoqoji şuranın qərarı ilə dərslərin vaxtının dəyişdirilməsi mümkündür. Dərslərin saat neçədə başlaması barədə qərar verməyə pedaqoji şuranın səlahiyyəti var. Hətta bir vaxtlar belə bir məsələ Bakı şəhərindəki orta ümumtəhsil məktəbləri ilə bağlı gündəmə gəlmişdi. Artıq Bakı məktəblərinin dərs qrafiki müəyyən olunub. Nazirin də qeyd etdiyi kimi, Bakıda dərslər insanların işə getməsindən yarım saat əvvəl başlayır ki, valideynlər işə getməyi də çatdırsınlar. Yəni övladlarını məktəbə qoyub özləri də işə getsinlər. Kənd yerlərinə gəlincə, bunu bir növbəli məktəblərdə həyata keçirmək daha rahatdır. Başqa bir tərəfdən, məktəb-valideyn razılaşmasına görə pedaqoji şura belə bir qərar verə bilər. Bu, bölgələrdə öz həllini daha asan şəkildə tapa bilər. Bunu rayon və kənd məktəblərində tətbiq etmək olar".

M.Məmmədli inanmır ki, bunu Bakı məktəblərində tətbiq etmək mümkün olsun, çünki böyük müzakirələrdən sonra indiki vaxt seçilib, müəyyən edilib. Belə qərarların şəhər mühitini nəzərə almaqla tətbiq edildiyini deyən M.Məmmədli vurğuladı ki, Bakıda vaxtı dəyişmək mümkün deyil.

Elyar İslamoğlu: "Düşünürəm ki, dərslərin başlanma saatını dəyişib valideynlərə əlavə problemlər yaratmaqdansa..."

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlunun fikrincə isə, kənd və rayon yerlərində tıxac problemi, sıxlıq olmadığı üçün dərslərin hansı saatda başlaması elə də vacib problem deyil. "Adətən kənd yerlərində məktəblər saat 9-un yarısında, 9-da başlayır, yollar da tam açıq olduğu üçün məktəbə gedib-gəlməkdə problem olmur. Amma Bakıda dərslər səhər saat 8-də başlayır və bu da tıxac vaxtına düşür, nəticədə həm valideynlər, həm də şagirdlər əziyyət çəkir. Düşünürəm ki, Bakı şəhərində dərslərin vaxtı saat 9-da, 10-un yarısında başlasa daha ciddi probelmlər, xaos yaranacaq. Çünki əksər valideynlər saat 8-də uşaqlarını məktəbə qoyduqdan sonra özləri saat 9-da işə çatmağa çalışır. Bakıda dərs saatının dəyişdirilməsi işləyən valideynlər üçün əlavə problemlər yarada bilər. Onlar uşaqlarını məktəbə aparıb-gətirmək üçün taksi tutmalıdırlar, yaxud başqa birisindən xahiş etməlidirlər ki, bu işdə onlara kömək etsin. 

Bundansa, xüsusi məktəbli avtobuslarının ayrılması daha uyğun olardı. 50-100 maşının məktəbə yaxınlaşmasındansa bir avtobusun məktəbə yaxınlaşması daha doğrudur, bu, təhlükəsizlik baxımından da çox əhəmiyyətlidir. Yolda nə qədər sıxlıq, tıxac olursa bu uşaqlara da pis təsir edir. 

Bu baxımdan düşünürəm ki, dərslərin başlanma saatını dəyişib valideynlərə əlavə problemlər yaratmaqdansa, məktəbli avtobusları ayırsınlar". 

E.İslamoğlunun bildirdiyinə görə, məktəblilərin dərsə getdiyi vaxt tıxacların qarşısının alınması üçün daha effektiv addımlar atmaq olar. "Məsələn, yol kənarlarındakı qanunsuz tikililəri sökməklə, yolları genişləndirməklə, işıqforların işləkliyini həll etməklə problemi həll etmək olar"-deyə alim bildirdi. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ