şənbə günü, 07 noyabr 2026
     

14 yaşlı uşaqların hərbi qeydiyyatı - sovet təcrübəsindən imtina zamanı deyil?!...

Image


İbrahim Rüstəmli: "Oğlan uşaqları üçün bu prosesin 14 yaşından başlanmasının..."

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydalarına görə, 14 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrində ilkin hərbi qeydiyyata alınır. Bu əvvəl 15 yaşı tamam olan vətəndaşlara aid idisə, indi yaş həddi 14-ə endirilib. 

14 yaşlı vətəndaşların ilkin hərbi qeydiyyata alınması cəmiyyətdə geniş müzakirə olur. Əksəriyyət hesab edir ki, vətəndaşlarının 14 yaşından ilkin hərbi qeydiyyata alınması qaydaları dəyişməlidir. Bunun Sovet dövründən qalma ənənə olduğu fikrində olanların qənaətinə görə, müharibə yoxdur, dövlət keçmiş Qarabağ problemini həll edib, ərazi bütövlüyünü bərpa edib və hər hansı bir müharibə təhlükəsi də gözlənilmir, bu halda 14 yaşlı oğlanların ilkin hərbi qeydiyyata alınmasına zərurət yoxdur.   

Sovet hökuməti daim müharibə əhvalında idi, ABŞ-dan, başqa ölkələrdən hücum təhdidi olacağını düşünürdü və bu səbəbdən də vətəndaşların bu yaşda ilkin hərbi qeydiyyatını aparırdı. Azərbaycanda isə bu gün bu ənənənin dolayısı ilə davam etdirilməsinə hazırda zəururət yoxdur. Bu fikirdə olanlar az deyil. Vətəndaşların 14-15 yaşından  ilkin hərbi qeydiyyata alınması nəyə lazımdı?

Bu sovet dövründən qalma ənənəni saxlamağa nə zərurət var? Müharibə yox, başqa hərbi təhlükə yox, bu halda buna nə ehtiyac var?  

Nəzərə alsaq ki, əksəriyyət bu yaşda uşaqların ilkin hərbi qeydiyyatını düzgün hesab etmir və bildirirlər ki, oğlan uşaqları ən azından 16 yaşdan ilkin hərbi qeydiyyata alınmalıdır, bu halda 14 yaşlı uşaqların hərbi qeydiyyatından, sovet təcrübəsindən imtina zamanı deyil?

"Burda mənfi bir şey yoxdur"

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə şərhində "çox maraqlı suallardır. Mən bu sual ətrafında oturub geniş analitik fikirlər irəli sürmək, nəsə bir layihə üzərində işləmək kimi məsələlərdən uzağam. Amma ilk növbədə onu demək istəyirəm ki, 14 yaşlı uşaqların ilkin hərbi qeydiyyatının aparılması ordu quruculuğunun çox mühüm, əhəmiyyətli baza hissəsidir. Təsəvvür edin, hər il on  minlərlə uşaq ilkin hərbi-tibbi qeydiyyatdan keçir. Rayonlar üzrə onların qeydiyyatı məsələsi o qədər gərgin prosesdə davam edir ki, çatdırmaq olmur. Ona görə də məktəblərin, xüsusilə də hərbi hazırlıq müəllimlərinin dəstəyindən, köməyindən istifadə olunur. İnanmıram ki, bu prosedurun, yəni uşaqların 16 yaşdan başlayaraq ilkin hərbi-tibbi qeydiyyata alınmasının həyata keçirilməsi gələcəkdə problem yaratmasın. Bu çox ciddi kontingentdir. İlkin hərbi-tibbi qeydiyyata düşməklə o uşaqlar haqda məlumatlar portalda yerləşdirlir. Yəni ordu quruculuğu işinin kadr məsələsi, komplektləşdirilməsi və sair baxımından bu qeydiyyata alınma çox böyük əhəmiyyət daşıyır. Bu statistik baxımdan da əhəmiyyətlidir. Biz hər il 14 yaşı tamam olmuş uşaqları ilkin hərbi-tibbi qeydiyyatdan keçirməklə ən azı 4 ildən sonra ordumuzun sırasına daxil edə biləcəyimiz imkanları bu və digər şəkildə müqayisəli formada müəyyənləşdiririk. Bu çox önəmli və mürəkkəb məsələdir".

İ.Rüstəmli qeyd etdi ki, bu səbəbdən də bu prosesin 16 yaşdan başlayaraq həyata keçirilməsi çətinliklər yarada və qeydiyyat məsələsində ciddi problemlərə yol aça bilər, yəni bu işi tam başa çatdırmaq mümkün olmaz. "Çünki burda başqa problemlər də var. Yəni hərbi mükəlləfiyyətli olmaq və bunun üçün qeydiyyatdan keçmək həm də ona görə vacibdir ki, onlara "ağ bilet" verilir, eyni zamanda uşaqlar şəxsiyyət vəsiqələrini dəyişdirərkən onlardan "ağ bilet" tələb olunur. Bu tələb də haqlıdır. Ümumiyyətlə, oğlan uşaqları üçün bu prosesin 14 yaşından başlanılmasının heç bir mənfi tərəfi yoxdur, əksinə, prosesi xeyli yüngülləşdirir. Bir də onu nəzərə almaq lazımdır ki, 14 yaşla qeydiyyatdan keçmə ilə iş bitmir. Hər il yeni bir komanda gəlir, bu iş dayanmadan davam edir. Eyni zamanda nəzərə alsaq ki, 14 yaşından 18 yaşına qədər uşaqların hərbi məsələlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yerlərdəki şöbələri ilə bir sıra ciddi təmasları olur. Yəni burda əsgərliyə getmək, əsgərlikdən qayıtmaq, eyni zamanda əsgərliyə qədər ortaya çıxan bəzi məsələlər var ki, bunlar da zaman-zaman həll olunur". 

İ.Rüstəmli deyir ki, uşaqların qeydiyyatını 14 yaşlarında aparmaqla biz bir addım irəli gedirik və bu özündə müsbət istiqamətləri ifadə edir. "Bu baza hissəsini formalaşdırmaq çox böyük əhəmiyyət kəsb edir və bu baza hissəsini də formalaşdırmaq üçün qeydiyyatın erkən yaşda başlanılmasını məqsədəuyğun sayıram. İlkin hərbi-tibbi qeydiyyatın aparılmasını 16 yaşa keçirməyin nə mənası var ki? 

Biz 14 yaşlı uşaqları hərbi-tibbi qeydiyyatdan keçiririk. Ona görə də, oğlanların 14 yaşında ilkin hərbi-tibbi qeydiyyatdan keçirilməsi çox aktualdır. Amma 16 yaşda bir az sıxlıq, problemlər yarana bilər. Məncə, 14 yaş tam uyğundur. Nə olsun ki bu ənənə sovet dövründən qalıb? Burda mənfi bir şey yoxdur. Sovet dövründən qalma məsələ olsa da, burda mənfilik axtarmaq düzgün deyil. 

Bəri başdan deyim ki, qəti antisovetəm, o rejimi heç vaxt bəyənməmişəm. Amma sovet rejiminin özünün də yaxşı tərəfləri vardı, onları eynilə həyatımıza tətbiq etməyimiz mənfi bir şey deyil"-deyə İ.Rüstəmli bildirdi. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ