Yazar Şəfiqə Şəfa Facebook hesabında maraqlı bir paylaşım edib:
Paylaşımı təqdim edirik:
İş elanına baxın:
25-30 yaş arası, gözəl, səliqəsinə fikir verən, gülərüz, xoş xasiyyətli qadın işçi axtarılır. Rus, ingilis dillərini bilməsi mütləqdir. Əlavə dil üstünlükdür. Maaş 400-450...
Bu elanı sifariş edənin, onu yerləşdirənin... ölkədəki vəziyyətdən, minimum əmək haqqı ilə bağlı son qərardan xəbəri niyə yoxdur? Yəni bu qədər qurşaq dərdi beyini işğal edib?! Bax burda deyərlər ay cütdırnaqlı! Bu yaşda, bu gözəllikdə, bu savadda qadın minimum əmək haqqına sənə niyə versin? (zəhmətini, zamanını deyirəm)
Əgər hərəmxana qurursansa cibinə əziyyət ver. Qəpik-quruşla kef olmaz, hamam suyuyla dost tutulmaz. Yox əgər niyyətin bu deyilsə, ağlı başında olan müdirə tam əksi - daha irəli yaşlı, görünüşü diqqət çəkməyən qadın sərfəlidir ki, nə özünün nə də kişi işçilərinin fikri yayınmasın, işin gedişatı axsamasın. Çox keçmişik e bu dağlardan. Gözəl qadının olduğu şöbənin qabağında necə olursa bütün kişi işçilər telefonla danışır ki, təsadüfən qapı açılanda hinduşka boğazını uzatsın içəri, hamı telefonuna orda adaptor axtarır, razetka gəzir, caynikləri xarab olur, qaynar su da məhz o şöbədə olur... Təpənizə kül!