şənbə günü, 07 noyabr 2026
     

Fərqimiz - Paşinyan kilsədən vergi yığır, bizdə büdcədən dinlərə pul ayrılır...

Image


Tural İrfan: "Azərbaycanda əksinə, dini qurumlara dövlət dəstək verir..." 

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk atdığı addımlar Eçmiədzin kilsəsi ilə bağlı oldu və bütün gücü ilə kilsənin dövlət işlərinə qarışmasını əngəlləməyə çalışdı. Bu gün erməni kilsəsi ilə Paşinyan hakimiyyəti arasında ziddiyyətlər mövcuddur və bu gərginlik get-gedə daha da dərinləşir.  Paşinyanın hakimiyyətdə olması kilsənin ürəyincə deyil, bütün ermənilərin katolikosu II Qaregin başda olmaqla, kilsə onun devrilməsinə çalışır. Bir sözlə, Paşinyanla erməni kilsəsi arasında gərgin mübarizə gedir. İş o yerə çatıb ki, Paşinyan kilsədən şam istehsalına və satışına görə vergi tələb edir. 

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib: "Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?". Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satır və vergi ödəyirsə, bəs niyə kilsə şam satanda vergi ödəmir? O daha sonra bildirib: "Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik, hamısını son qəpiyinə qədər kilsəyə qaytaracağıq". 

Ermənistanda dövlət-kilsə münasibətləri Konstitusiya, vicdan azadlığı və dini qurumlar haqqında qanun, çərçivəni aydın şəkildə formalaşdıran Ermənistan Respublikası ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər haqqında qanunla tənzimlənir. Gördüyünüz kimi, Ermənistanda dövlət-kilsə münasibətlərini tənzimləyən ayrıca qanun da var.

Paşinyan açıq şəkildə Ermənistanda kilsəni şam istehsalına və onun satışına görə vergiyə cəlb etmək istəyir, hətta bunda israr edir, bildirir ki, kilsə vergi ödəməlidir. 

Amma Azərbaycanda bu məsələlər Ermənistandan tamamilə fərqlidir. Birincisi, Azərbaycanda  müsəlmanların, xristianların, yəhudilərin dövlətlə münasibətlərini tənzimləyən ayrıca qanunlar yoxdur. Yalnız "Dini Etiqad Azadlığı Haqqında" Azərbaycan Respublikasının qanunu var və münasibətlər bu qanun çərçivəsində tənzimlənir. Bizdə həm də din dövlətdən ayrıdır və din dövlətin işlərinə heç zaman qarışmır.  İkincisi,  Azərbaycanda dini konfessiyalar, məscidlər, kilsələr, sinaqoqlar vergiyə cəlb olunmur, əksinə, dövlət onların inkişafı üçün öz büdcəsindən vəsait ayırır, dini konfessiyaları maliyyələşdirir.

Bu məsələyə münasibətdə Azərbaycanla Ermənistanın müqayisəyə gəlməyəcək dərəcədə fərqlərinin olduğunu deyən ekspertlərin sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq çoxkonfessiyalı  dövlətdir, Ermənistan isə monoetnik, monodinli bir ölkə kimi tanınır. 

"Paşinyan kilsəni vergiyə cəlb etməklə, əslində onların hakimiyyətə təsirini və təzyiqini azaltmaq istəyir"

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan baki-xeber.com-a şərhində "Ermənistandakı dini vəziyyət ilə Azərbaycandakı vəziyyət fərqlidir. Erməni kilsəsi, demək olar ki, dövlətin ideoloji mərkəzi timsalındadır. Əsasən törədilmiş soyqırımı və erməni şovinizmini körükləyən ocaqdır. Hətta Ermənistanın indiki hakimiyəti nisbətən fərqli siyasət apardığına görə kilsə ona qarşı da keşiş Baqratın başçılığı ilə ayaqlanmış, ətrafına kifayət qədər kütlə də toplamışdı. Bu onu göstərir ki, erməni kilsəsi hələ də dövlətə təsir rıçaqlarını saxlayır. Bu da, təbii ki, öncə maliyyə məsələsi ilə bağlıdır. Paşinyan kilsəni vergiyə cəlb etməklə, əslində onların hakimiyyətə təsirini və təzyiqini azaltmaq istəyir. Bəlkə də kilsə onu tam dəstəkləsə, o, vergi məsələsindən vaz keçə bilər. Amma o bunu etməyəcək. Çünki kilsənin əsl məramını bilir"-deyə bildirdi. 

T.İrfanın sözlərinə görə, Ermənistan yarı teokratik quruluşdur, ona görə ki, kilsənin dövlətə sıx bağlılığı və təsir qüvvəsi var. "İndiyədək mövcud olan hakimiyyətlər də kilsədən ideoloji, siyasi, mənəvi dəstək alaraq əsasən Azərbaycana qarşı radikal, dağıdıcı planlarını icra ediblər. Erməni kilsəsi hazırda sülhə ciddi maneə yaradır. Çünki bu kilsəyə müasirlik, demokratiya, insan haqları, regionda sabitlik, sülh anlayışları yaddır. Kilsənin özündə də gərək islahatlar aparılsın. Çünki Paşinyan vergi məsələsinin ciddi şəkildə qanuni icrasını tətbiq etsə, yeni keşişlər peyda olaraq Baqrat kimi üsyan edəcəklər. Bir sözlə, Ermənistanda din-dövlət münasibətlərini tənzimləmək üçün qanun olsa da, görünən odur ki, effektiv deyil. 

Azərbaycanda isə dövlət-din münasibətləri normaldır, din dövlətdən ayrıdır. Yeni qanunun qəbul edilməsi zərurətdən doğmalıdır. Əgər ehtiyac yaranarsa bizdə də dinlə bağlı müvafiq qanunlar qəbul edilə bilər. Azərbaycan Konstitusiyasına görə, vətəndaşlar milli, irqi, dini mənsubiyyətinə görə fərqlənmir, qanun qarşısında bərabərdirlər. İnancından, dinindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Vətəndaşların hüquq və məsuliyyətləri dinlə deyil, müvafiq qanunla tənzimlənir. Ermənistanda isə dövlətin əsas ideoloji prinsipləri kilsə ideologiyası əsasında qurulduğuna görə elə bir qanuna ehtiyac var. Üstəlik, Azərbaycanda məscidlər nəsə istehsal etmir, vergiyə də cəlb edilmir. Azərbaycanda, əksinə, dini qurumlara dövlət dəstək verir ona görə ki, fəaliyyətlərini nizama salsınlar və xaricdən maliyyələşərək bunun qarşılığında da yad təsirlərə məruz qalmasınlar. Bu, dövlətin sadəcə yardımıdır. Əgər haçansa bizdə də məscidlər inkişaf edərək özünü idarə edəcək həddən üstün maliyyəyə, büdcəyə sahib olarsa, zənnimcə, vergi və sair xeyriyyə işlərinə dəstək verməyə cəlb edilə bilər. Ancaq hələ ki, dövlət həmin qurumlara dəstək verir.

Əgər məscidin gəliri olarsa, bu gəlirdən vergiyə cəlb edilməsi təbiidir. İanələr, nəzir, zəkat, xüms kimi vəsaitlərin hazırda bir çox inanclı dairələrdə pərakəndə şəkildə şəxslər, bəzi din xadimləri tərəfindən qeyri - şəffaf şəkildə məsrəf olunması barədə də iddialar var. Bu kimi məsələləri tənzimləmək üçün yeni və daha mütərəqqi qanunun qəbuluna ehtiyac olduğu görünür. Bir çox məscidlərdə, ziyarətgahlarda nəzir pulları pərakəndə şəkildə, qeyri-şəffaf olaraq naməlum istiqamətlərə gedir. Hətta vaxtilə burada xarici təsirlər və mübadilələrdən də bəhs edilirdi. Hazırda dövlətin dini qurumlara dəstək verdiyi kimi, zəmin yaranarsa, dini qurumların, məscidlərin də dövlətə vergi verməsinə şərait yaratmaq olar. Bu, həm də dinin ancaq almaq yox, vermək, bölüşmək ənənəsinin də əyani obrazı kimi təqdim edilər. Dini qurumlar dövlətə daha çox töhfə verməlidir"-deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ