şənbə günü, 07 noyabr 2026
     

Rəsmi taksi sürücülüyünə qəbul universitetlərə qəbuldan çətindir - narazılıq artır...

Image


"Bu, sürücüləri istismar etmək üçün qurulan "qumar" oyunudur"

Əgər fərqindəsinizsə, 1 il əvvəl Bakı şəhəri daxilində ən uzun taksi səfərlərinin qiyməti 6-8 manat təşkil edirdi. Hazırda isə bu məbləğlə cəmi 6-7 kilometrlik səfərləri reallaşdırmaq olar. Ən qısa səfərlər belə azı 3 manat qarşılığında reallaşdırılır. Artıq 1-2 manatlıq səfərlər yoxdur, mininmum səfər qiyməti 2,5 manatdan başlayır. 

Ötən 1 il boyu hökumət taksilərin ucuz olmasından çox narahat idi. Amma bu narahatlığın məntiqli səbəbini heç kim ortaya qoya bilmədi. Hətta Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bu narahatlığı ötən ilin may ayında parlamentdə ifadə etdi: "Taksilərin gedişhaqlarında ölkədən-ölkəyə fərq var. Təbii ki, bu həmin ölkənin həyat tərzindən asılıdır. Aparıcı ölkələrdə taksi qiymətləri, həqiqətən, bizdən qat-qat bahadır. Avropa, Amerika, Yaponiya, Cənubi Koreya... Adlarını deməyəcəm, bəzi ölkələrdə isə taksi sürücüləri sərnişini 10 dəqiqəlik yol əvəzinə, yarım saatlıq yolla aparırlar. Nəticədə, sərnişinin üçqat artıq xərci çıxır. Özüm də bunun şahidi olmuşam. Orta inkişaf səviyyəsi olan ölkələrə baxsaq, görərik ki, taksi qiymətləri bizdə onlardan kifayət qədər ucuzdur".

Budur, artıq hökumətin apardığı bir illik islahatlar nəticəsində taksi xidmətinin qiyməti ən azı 40% bahalaşıb. Bəs bu bahalaşma konkret nəyin nəticəsidir?

Birincisi, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin ödədikləri vergi, qeydiyyat, şəhadətnamə, buraxılış, avtomobillərin qanuna uygun avadanlıqlarla təhcizatı və s. xərclər bir il ərzində bir neçə dəfə artıb. Digər tərəfdən, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülərin xərcləri dəfələrlə artıb. Əvvəl taksi fəaliyyəti ilə məşğul olmaq istəyən  vətəndaş 16 manatlıq icazə vərəqəsi və sürücülük vəsiqəsi ilə işə başlaya bilərdi. İndi isə sürücü 178 manat ödəyib Dövlət İmtahan Mərkəzində imtahan verməli və 70 manat verib buraxılış vərəqi almalıdır. Yəni əvvəllər sürücüluk vəsiqəsinə malik olan vətəndaşlarımız cəmi 16 manat xərc cəkməklə fəaliyyətə başlaya bilərdisə, indi bunun üçün sürücülər ən azı 248 manat xərc çəkməlidirlər. Yəni xərclər 9.25 dəfə, başqa sözlə desək, 925% artıb. Taksi qiymətlərinin bahalaşmasının əsas səbəbi hələ bu da deyil.

Ötən ilin avqust ayından başlayaraq taksi sürücülərinin qiymətlədirilməsi üçün Dövlət İmtahan Mərkəzi tərəfindən imtahanlar keçirilir. İmtahanı müvəffəqiyyətlə vermiş namizədlər 7 il müddətində etibarlı olan şəhadətnamə əldə edir. Bəs bugünə kimi neçə nəfər bu imtahanlarda iştirak edib, nə qədər sürücü müvəffəqiyyət qazanıb?

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə mətbuata açıqlamasında bildirib ki, taksi sürücüləri üçün imtahan keçirilməyə başlanan vaxtdan bugünə kimi 6 678 nəfər imtahanda iştirak edib: "Onlardan 5 983 nəfəri uğur qazanıb və şəhadətnamə alıb. Bugünə olan məlumata əsasən, bundan sonra, bu gün də daxil olmaqla, 5 444 nəfər üçün imtahan keçirilməsi nəzərdə tutulub", - o qeyd edib.

Buyurun, hələ biz onu demirik ki, 695 nəfər sürücünün ödədiyi 278 manat batıb. Bu da məsələyə təsir edən amillərdəndir. Çünki sürücülərin böyük əksəriyyəti savadsızdır, uğursuz nəticələri görüb imtahan verməkdən daşınanlar da az deyil. Sürücü savadlı olsaydı gedib universitetə qəbul olardı, sürücü olmazdı. İmtahanda iştirak edən sürücülər deyir, elə məntiq sualları salınıb ki, ali təhsilli insanlar belə o sualların qarşısında aciz qalır.

Bir il əvvəl Bakı şəhərində 67 min taksi fəaliyyət göstərirdi. Hazırda taksilərin sayı təxminən 45 minə enib. Onlardan da cəmi 6 mini qanuni əsaslarla fəaliyyət göstərir - bunlar imtahandan müvəffəqiyyətlə keçən sürücülərdir. Qalan 39 min taksi sürücüsu hazırki qanuna görə qeyri-qanuni fəaliyyət göstərir. Əsas səbəb də məhz paytaxtda taksilərin azalmasıdır. Tələbat çox, təklif isə azdır. Səhər-axsam pik saatlarında Uber, Bolt və Yango şirkətləri hər kilometrə görə 2 manat ödəniş tələb edir. Yəni 3 kilometr məsafə qət edirsənsə, ödəniş 6 manat təşkil edəcək.

Hələ bu azmış kimi, taksi şırkətləri də sürücüləri qul əməyı şəraitində çalışdırır.

Həmsöhbətimiz olan taksi sürücüsu Mahir Abbaszadə deyir ki, öz maşınınla taksi fəaliyyəti ilə məşğul olursansa, gündəlik qazancının 12%-i partnyor parka, 25%-ni şirkətə köçürürsən, 25%-i isə yanacağa xərcləyirsən: "Yəni 100 manat gəlirin olursa onun 38 manatı sənə qalır. Onun da 15 manatını gündəlik amortizasiyaya çıxırsan, sürücüyə qalan 23 manat olur. Səhər saat 7.00-dan axsam 21.00-a qədər maşın qovursan ki, 23  manat evə çörək pulu aparasan. Siqaret çəkənlər daha az pul aparır evə, çünki 3-5 manat da siqaretə, suya xərcləyir. Əgər maşını şirkətdən götürürsənsə, həftənin 7 günü ərzində 150 səfər reallaşdırmalısan ki, şirkət sənə ayda 600 manat əmək haqqı versin. Əgər həftə ərzində 149 səfər etdinsə, bir səfər çatmadısa, həmin həftə şirkət sürücüyə əmək haqqı ödəmir. Bu ədalətsizlikdir. Biri 150 səfər reallaşdırıbsa, ona uyğun, digəri isə 130 səfər reallaşdırıbsa, ona uyğun maaş almalıdur. Bu, sürücüləri istismar etmək üçün qurulan qumar  oyunudu".

Taksi sayının azalmasına həm də avtomobillərin istehsal tarixinə qoyulan tələblər təsir edir. Bu ildən yalnız 13 il əvvəl istehsal tarixi olan avtomobillərlə taksi fəaliyyəti göstərmək olar.

Yuxarıda qeyd etdiyimiz kimi, hökumətin taksi fəaliyyətindəki bir illik siyasəti, qanun və qaydalara etdiyi dəyişikliklər həm taksi fəaliyyətinin xərclərini bir neçə dəfə çoxaldıb, həm də qanuni taksi fəaliyyəti ilə məşğul olanların sayını azaldıb. Nəticədə taksi bazarında tələb təklifi üstələyib. Yəni bazarda taksiyə tələbatı olanlar çox, taksilərin isə sayı azdır. Bu da, sözsüz ki, taksi xidmətlərinin qiymətinin bahalaşmasına gətirib çıxarıb. Hökumətin məqsədi bu idisə, onları təbrik etmək olar, hədəfi onluğa vurublar.

Məsələyə münasibət bildirən Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib ki,  DİM tərəfindən keçirilən taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanının qiyməti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunub və cəmi 35 manat təşkil edir: "Yazıda yalnız DİM-in adının çəkilməsi və "İndi isə sürücü 178 manat ödəyib DİM-də imtahan verməli və 70 manat verib buraxılış vərəqi almalıdır" fikri birmənalı deyil və elə təəssürat yaranır ki, göstərilən məbləğ DİM-ə ödənilir. Halbuki DİM-də keçirilən imtahanın qiyməti qeyd etdiyim kimi 35 manatdır.

Bundan əlavə, imtahanın mürəkkəblik səviyyəsi ilə bağlı irəli sürülən fikirlər və müqayisələrə də razı deyilik.
Xatırladım ki, hazırlıq kursları əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən keçirilir. Cəmi 24 saatlıq bir kursdur. Mərkəz tərəfindən keçirilən imtahan da həmin hazırlıq kursunun proqramını əhatə edir və kifayət qədər sadə hesab olunur. Hazırki müvəffəqiyyət göstəricisi də bunu deyir və 90%-ə yaxındır. İmtahandan müvəffəqiyyət əldə edə bilməyən şəxslər isə yenidən sadəcə 35 manat iştirak haqqını ödəyərək imtahana qatıla bilərlər.

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir. Namizədlərin ödədikləri məbləğ əsasında imtahanlar təşkil olunur. Həmin məbləğ isə imtahan mərkəzləri, imtahan rəhbərləri və zal nəzarətçiləri, test tapşırıqlarının hazırlanması, ekspertizası, proqram təminatının hazırlanması, logistika və s. istiqamətlər üzrə aparılan işlərə sərf olunur".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ