şənbə günü, 07 noyabr 2026
     

"TələbəPlus" kartlarının qüsuru - tələbələr həmin mağazalara heç yaxın düşə bilmir...

Image


Kamran Əsədov: "TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir"

Məlumdur ki, təhsil alan tələbələrə artıq bir müddətdir "TələbəPlus" kartları verilib. Həmin kartlar tələbələrə bir sıra imtiyazlar verir. "TələbəPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. 

Onların təşəbbüsü ilə qısa zamanda 23 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 190 min tələbə "TələbəPlus" kartı ilə təmin edildi. Ancaq həmin imtiyazların verildiyi  mağazalarda, əyləncə mərkəzlərində qiymətlər çox yüksəkdir və tələbə üçün əlçatan deyil. Yəni bu zaman həmin kartlar, demək olar ki, heç bir rol oynamır. Həmin məkanlarda olan məhsulların qiyməti  baha olduğundan, tələbə üçün əlverişsizdir. Bu kartlarda elə məkanlar öz əksini tapıb ki, tələbənin cibinə uyğun deyil. Tələbələr bu səbəblərlə bağlı kartdan istifadə edə bilmir, narazılıqlarını bildirirlər. Maraqlıdır, niyə həmin kartlarda tələbə üçün əlçatan və qiyməti münasib olan mağazalar, restoranlar, əyləncə mərkəzləri öz əksini tapmır, əksinə, onlar məşhur firma dükanlara, bahalı məkanlara yönəldirilirlər?

"TələbəPlus" kartı ilkin mərhələdə tələbələrin gündəlik xərclərini azaltmaq məqsədi daşısa da, təhlillər göstərir ki, bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir, halbuki…"

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanda tələbələr və təhsil işçiləri üçün güzəştli kartların – "TələbəPlus" və "TəhsilPlus" – yaradılması onların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və təhsil ehtiyaclarını dəstəkləmək məqsədi daşıyır. Lakin mövcud tətbiqlər tələbələrin əsas ehtiyaclarını tam şəkildə qarşılamır və bu, onların narazılığına səbəb olur: "Belə ki, "TələbəPlus" kartında əsas güzəştlərin mağaza və restoranlara yönəlməsi, tələbələrin təhsil və gündəlik həyat üçün daha vacib olan sahələrdə dəstəksiz qalmasına səbəb olur. Azərbaycan qanunvericiliyində tələbələrin və təhsil işçilərinin sosial müdafiəsini təmin etmək üçün müxtəlif mexanizmlər nəzərdə tutulub. "Təhsil haqqında" Qanunun 5-ci maddəsinə əsasən, dövlət təhsilin əlçatanlığını təmin etmək üçün müxtəlif sosial dəstək proqramlarını həyata keçirməlidir. Lakin bu istiqamətdə praktiki mexanizmlər hələ də kifayət qədər inkişaf etməyib. Məsələn, "TələbəPlus" kartı ilkin mərhələdə tələbələrin gündəlik xərclərini azaltmaq məqsədi daşısa da, təhlillər göstərir ki, bu kart əsasən restoran və geyim mağazalarında endirimləri əhatə edir. Halbuki, tələbələrin ən çox xərclədiyi sahələr təhsil materialları, ictimai nəqliyyat və yaşayış xərcləridir. Statistik məlumatlara əsasən, Azərbaycanda ali təhsil alan tələbələrin təxminən 45%-i şəhərdən kənar bölgələrdən gəlir və onların təhsil ilə bağlı xərcləri daha yüksəkdir. İctimai nəqliyyat və yataqxana xərcləri tələbələrin ümumi büdcəsinin təxminən 30%-ni təşkil edir. Bu halda, "TələbəPlus" kimi kartların nəqliyyatda və yaşayış xərclərində güzəştlər təmin etməməsi tələbələrin gündəlik həyatına real təsir göstərmir. Dünya təcrübəsinə nəzər saldıqda, tələbələr üçün güzəştli kartların effektiv tətbiqinə dair müxtəlif uğurlu nümunələr mövcuddur. Məsələn, Almaniyada tələbələr üçün nəzərdə tutulmuş "Semester Ticket" sistemi onlara ictimai nəqliyyatdan pulsuz və ya cüzi ödənişlə istifadə etmə imkanı verir. Bu, tələbələrin həm maddi yükünü azaldır, həm də təhsil müəssisələrinə çatmağı asanlaşdırır. Böyük Britaniyada "Totum" kartı vasitəsilə tələbələr nəqliyyat, kitab mağazaları və onlayn təhsil platformalarında geniş güzəştlər əldə edirlər. ABŞ-da "ISIC" kartı (International Student Identity Card) dünya miqyasında istifadə edilə bilər və tələbələrə endirimli uçuşlar, kitab mağazalarına çıxış və proqram təminatlarında güzəştlər təqdim edir. Azərbaycan kontekstində tələbələrin əsas ehtiyaclarını təmin etmək üçün bu kimi kartlarda əsasən bu  sahələrdə güzəştlər təmin edilməlidir: 

Birincisi, təhsil resurslarına çıxış təmin olunmalıdır. Kitab mağazalarında, dərs vəsaitlərində və çap xidmətlərində güzəştlər tələbələrin təhsil xərclərini azalda bilər. Hazırda tələbələrin böyük bir qismi dərs vəsaitlərinin baha olması səbəbindən alternativ yollar axtarır ki, bu da onların təhsil keyfiyyətinə mənfi təsir göstərir.

İkincisi, ictimai nəqliyyat sahəsində güzəştlər vacibdir. Bakı şəhərində tələbələr üçün ictimai nəqliyyatdan istifadə haqları standart qiymətlərlə eyni səviyyədədir. Halbuki, tələbələrin gündəlik hərəkət xərclərini azaltmaq məqsədilə xüsusi endirimli tariflər tətbiq oluna bilər. Bundan əlavə, rayonlardan şəhərlərə səyahət edən tələbələr üçün də endirimli qatar və avtobus biletləri təqdim edilməlidir.

Üçüncüsü, yaşayış xərcləri ilə bağlı dəstək tədbirləri həyata keçirilməlidir. Tələbə yataqxanalarının çatışmazlığı problemi onların kirayə mənzillərdə yaşamasına səbəb olur. Güzəştli kommunal xidmətlər, o cümlədən internet, elektrik və su təchizatında endirimlər tələbələr üçün böyük dəstək olar.

Dördüncüsü, tələbələrin sağlamlıq və sosial həyatını təmin etmək üçün tibbi xidmətlərdə və idman mərkəzlərində güzəştlər təmin edilməlidir. İdman zalları və psixoloji dəstək xidmətlərində güzəştlər tələbələrin fiziki və psixoloji sağlamlığını qorumaq üçün mühüm addımdır. Həmçinin, tələbələr üçün apteklərdə əsas dərman preparatlarına güzəştlər tətbiq edilməlidir.

Bu kartların daha faydalı olması üçün nəzərdə tutulmalı olan ən vacib məqam onların tələbələrin real ehtiyaclarına uyğunlaşdırılmasıdır. Təhsil sahəsinə yönəlmiş güzəştlərin artırılması, nəqliyyat və yaşayış sahəsində maddi dəstək tədbirlərinin həyata keçirilməsi tələbələrin akademik fəaliyyətlərini daha rahat və effektiv şəkildə davam etdirməsinə şərait yaradacaq. Bu yanaşma yalnız tələbələrə deyil, həmçinin təhsil sisteminin ümumi inkişafına töhfə verəcək və ölkədə təhsilin əlçatanlığını artıracaq. Nəticə olaraq, təhsil və sosial dəstəyi birləşdirən belə kartların təkmilləşdirilməsi dövlət və tələbələr arasında əməkdaşlığı daha da gücləndirəcək və onların cəmiyyətə töhfəsini artıracaq".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ