şənbə günü, 07 noyabr 2026
     

Cinayətkarlıqla mübarizə üzrə Koordinasiya Şurasının rəhbəri dəyişdirildi...

Image


Şəmsəddin Əliyev: "Bu şuranın fəaliyyəti, gördüyü işlər barədə ictimaiyyətə hər hansı bir məlumatın verildiyini xatırlamıram"

Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində" Koordinasiya Şurasının sədri dəyişib. Qərara əsasən, şuranın sədri vəzifəsi Samir Şərifova həvalə edilib.

Bu Koordinasiya Şurası indiyə qədər cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına qarşı nələri ortaya qoyub?

Ümumiyyətlə, bu cür qurumlar cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizələrə nə kimi töhfə vermək gücündədir? Bu, daha çox siyasi, inzibati orqan rolunu oynayıb, yoxsa əməliyyat funksiyalarını da müzakirə edib? Bu şuranın konkret işi nədən ibarətdir? Bu cinayətlərlə mübarizəyə inzibati rəhbərlikmi edib, yoxsa müəyyən əməliyyat tədbirləri də müzakirə edib? Bu qurum ümumiyyətlə bu sahədə nə kimi rol oynayıb?

"Qənaətimə görə, Nazirlər Kabineti yanında belə bir Koordinasiya Şurasının..."

Hüquqşünas Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə bildirdi ki, bu qurumun fəaliyyəti, indiyə qədər gördüyü işlər barədə müfəssəl məlumata malik deyil. "Sözün düzü, bu qurumun sözügedən sahələr üzrə fəaliyyəti barədə geniş ictimaiyyətin də müfəssəl məlumata malik olduğunu güman etmirəm. Doğrusu, mən özüm də belə bir şuranın fəaliyyət göstərdiyi haqda yeni eşidirəm. Yəni cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının mövcud olduğunu bilmirdim. Müxtəlif koordinasiya şuraları, dövlət komissiyaları fəaliyyət göstərir, onların fəaliyyəti haqda ictimiayyətə məlumatlar verilir. Məsələn, Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası var, onun işçi qrupu da yaradılıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası var, çox aktiv də fəaliyyət göstərir. 

Amma sözügedən şura barədə bunları demək çətindir, çünki gördüyü işlər barədə ictimaiyyətə məlumat verilmir, belə bir məlumat olsaydı, bizim də xəbərimiz olardı. 

Bu şura ilə bağlı mən öz fikirlərimi deyəcəyəm və heç kəs sözlərimdən inciməsin, başqa hər hansısa bir məqsəd, maraq axtarmasın, hansısa istiqamətlərə yozmasın.   Nazirlər Kabineti yanında  Koordinasiya Şurasının olmasına əsla ehtiyac yoxdur. Çünki cinayət yolu ilə əldə edilən əmlakla bağlı həm ibtidai, həm də məhkəmə istintaqı zamanı kifayət qədər ciddi prosessual yanaşma olur. Obyektiv və ədalətli araşdırmalar nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın hardan, necə və kim tərəfindən əldə olunması ilə bağlı prosessual nəticələr əldə etdikdən sonra yenə Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq bu əmlakın taleyi, cinayətin subyekti ilə əlaqədar son qərar qəbul edilir. Məhkəmənin Azərbaycan dövləti adından qəbul etdiyi akt həm də, düşünürəm ki, sosial ədalətin bərpası ilə bağlı atılan addım kimi qəbul olunur. Hüquq-mühafizə orqanlarında çalışanlar kifayət qədər peşəkardırlar. Həm prokurorluq orqanlarında, həm məhkəmə korpusunda, həm Daxili İşlər Nazirliyi sistemində, həm Dövlət Təhlükəsizlik Xidmətində, həm kəşfiyyat və əks-kəşfiyyat qurumlarında öz vəzifələrinə, səlahiyyətlərinə sadiq olan əməkdaşlar  bu sahədə dövlətin siyasətinin formalaşdırılmasında çox fəal iştirak edirlər. Onun həyata keçirilməsini və icrasını təmin etmək gücündədirlər və kifayət qədər peşəkardırlar". 

Ş.Əliyev qeyd etdi ki, ölkəmizdə bu cür məsul və peşəkar qurumların olması, onların fəaliyyəti nəticəsində heç nə diqqətdən yayınmır. Ş.Əliyevin fikrincə, ölkədə bir-birini təkrar edən qurumların olması müsbət hal deyil. "Qənaətimə görə, Nazirlər Kabineti yanında belə bir Koordinasiya Şurasının yaradılması əslində vaxt öldürmək, vaxt aparmaqdır. 

Klassik hüquqşünlıqda belə bir ifadə var: "Vaxtı öldürmək ən böyük cinayətdir". Amma heç bir dövlətin qanunvericiliyi, Cinayət Məcəlləsi ilə bu məsələ qadağan olunmur. Qadağan deyilsə, demək biz nə qədər istəsək vaxt öldürə bilərik. Yəni bu, məcazi mənada səslənir. Burda biz vaxt öldürürük. Bu şuranın gördüyü işlər nədir, nə iş görüb, əldə etdiyi nəticələr nədir, bilinmir. 

Tutaq ki, cinayət yolu ilə əldə edilmiş əmlakın yiyəsini də, əmlakı da tapdılar, məbləği milyon dollarla ölçülən bir əmlakdır. İstintaqa verilir, dövlətin nəfinə keçirilir, çünki cinayət yolu ilə əldə edilib. Belə. 

Oxuyuram ki, əvvəlcə bu şuranın sədri Əli Əhmədov olub, indi isə şuraya yeni sədr seçilib. Bu şuranın fəaliyyəti, gördüyü işlər barədə ictimaiyyətə hər hansı bir məlumatın verildiyini xatırlamıram. Yəni adətən narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  ictimaiyyətə televiziyalar, qəzetlər, saytlar vasitəsilə məlumatlar verilir. Biz bu barədə tez-tez eşidirik və baş verənlərdən xəbərimiz olur. Amma bu şura ilə bağlı geniş məlumat yoxdur. Həm çox sayda normativ bazanın olması, həm də bu şəkildə bir-birini təkrarlayan, yamsılayan, kopyalayan agentliklərin, təşkilatların, şuralarının olması hüquqi və demokratik dövlətin anlamına heç cür uyğun gəlmir. Bu qədər bir-birini təkrarlayan qurumların olmasının nə mənası var? 

Bizdə elektron hökumət, elektron müraciət, elektron məhkəmə sistemi var. Bu yolla  bürokratiyaya qarşı mübarizə aparılır, həm də vətəndaş-məmur təmasının aradan qaldırılmasına xidmət edir, korrupsiya hallarının qarşısını almaq ucun həyata keçirilir"-deyə Ş.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ