şənbə günü, 07 noyabr 2026
     

20 ədədi qara magiyanın rəmzidir

Image


İlin  20-ci gününə sözardı

İlin 20-ci günü olmasını nəzərə alıb, 20 ədədinin hikmətlərinə nəzər salaq. 

Quranın 20-ci surəsi Musa Peyğəmbərin həyatından bəhs etdiyindən, biz də 20  ədədini elə bu həzrətin həyatı fonunda şərh edəcəyik.  

... Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətini tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı). 

 ...Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. 

 Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər... 

...Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da... hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi ki,  sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladı... Musa belə halla ilk dəfə qarşılaşdığından, qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu. 

Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına  qərar verdi...

Bu əhvalat "Quran"da öz əksini  belə tapmışdır:

"Onlar dedilər: "Ya Musa! Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq! 

Musa dedi: "Xeyr, əvvəlcə siz tullayın!" Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür. 

Musanın canına qorxu düşdü  (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin). 

Biz ona belə buyurduq: "Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"  

Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nəhayət, sehrbazlar: "Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!" – deyib səcdəyə qapandılar.

 Firon, dedi: "Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!" "Quran", 20-ci surə, 65-71-ci ayələr. 

"Quran"da təsbit olunmuş bu hadisədə diqqət çəkən bir neçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədə danışıldı)?

 Elmi-lədun araşdırmalarımız sübut edir ki, "Quran"ın düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qeyd edim ki, Elmi-ləduna görə 20 ədədi sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magik təsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusuna girən ədəd  ən çox 20 (!) ədədi olur. Belə adamlar bəzi hallarda yuxuda ya 20 nömrəli marşurutda getdiklərini görürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslar verdiyini görürlər. Nəticədə real həyatda onların ya səfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləri yerdən onlara veriləsi pul verilmir....  

Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsində diqqət çəkən digər məqam onların meydana yığdıqları ip və qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana deyil, məhz ilana çevrildi? 

Elmi-ləduna görə ilan şər qüvvələrin (sehrin, cadunun…)  simvoludur. Magiya ilə məşğul olanlar ən çox bu heyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər (qara enerji ötürürlər). Bu cür təsirə məruz qalan insanlar  yuxuda əsasən  ilan görürlər. 

Quranda cadugərlər (sehrbazlar) barədə Allah bizlərə xəbər verir ki, onların istifadə etdikləri kitab Süleyman Peyğəmbərdə də vardı. Amma, Peyğəmbər  cinləri buyurmaq üçün olan o dualardan pis məqsədlə istifadə etmirdi. Onları ancaq tikinti və s xeyir məqsədlər üçün buyururdu. Amma, Süleyman  dünyasını dəyişəndən sonra həmin kitab başqa-başqa adamların əllərinə keçdi və üzü köçürülərək, ər-arvad arasına nifaq salmaq, sağlamlığa ziyan vurmaq və s fitnə-fəsad  məqsədlərlə istifadə olunmağa başladı:

"(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyi üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!" – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar  ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!" "Quran", "İnək" surəsi, 102-ci ayə.

 Cəmiyyətdə neqativ enerji ötürülməsi (sehr, cadu və s) Süleymandan sonra bütün dövrlərdə olub. Amma, əvvəllər  bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul  olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların "xidmətindən" istifadə edənlərin artması ilə əlaqdardır.

Vurğulamaq  istəyirəm ki, Musa Peyğəmbərin dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar – yüksək vəzifəlisindən tutmuş, sıravi  vətəndaşına qədər – bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ ("qara") enerjidir. Nəticədə öz əlləri ilə özlərini tilsimə salırlar.  Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə səbəb olur. Belə enerji yüklənmiş əşyalar evə qoyulduqda ilk növbədə evdəki qız uşaqlarına, hamilələrə çox güclü təsir edir və onlarda baş, boyun, kürək, onurğa ağrılarına, panikaya, əsəbə, yorğunluğa, yuxusuzluğa, qarabasmalara və s hallara səbəb olur və  müalicəyə tabe olmur.  Hətta,  hamilə qadının bətnindəki uşağa (yaxud, evdə yaşayan qızın neçə ildən sonra doğacağı uşağa) da çox güclü mənfi təsir göstərir. Hazırda autizmli, əqli qüsurlu, əsəbi, cinsi bilinməyən... uşaqların daha çox  doğulması da bununla bağlıdır. Yəni, insanlar hansısa bir problem üçün falçılara, cadugərlərə (onlar bəzən özlərini ekstrasens, medium və s adlandırırlar) müraciət etməklə həm indiki nəsli, həm də gələcək nəsli neqativ enerjiyə yoluxdururlar. 

Maraqlıdır ki,  bu cür  təsirə məruz qalan insanların yuxusuna adətən ilan girir, yaxud, onlarda ilana qarşı fobya olur (elə bilirlər ki, indi haradansa ilan çıxacaq). 

Söz ardı: Qadınlarda mensturasiya prosesi olduğuna görə neqativ enerji onlara daha tez təsir edir və bu prosesi (ümumiyyətlə, analıq orqanlarının funksiyasını) pozur.

"Biz Yaquba elm verdik. Lakin, insanların əksəriyyəti bunu bilməz". Quran, 12:68 

Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, 39 kitab müəllifi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ