şənbə günü, 07 noyabr 2026
     

Bakalavr ləğv edilir - yeni ikipilləli ali təhsil nə qədər perspektivlidir?..

Image


Məlum olduğu kimi, Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni təhsil sisteminə keçəcək. Belə ki, ölkədə təhsilin bakalavr pilləsi ləğv ediləcək. Bakalavrın əvəzinə təhsildə iki səviyyə tətbiq olunacaq - ali və ixtisaslaşdırılmış ali təhsil. 

Əsas səviyyədə təhsil müddəti dörd ildən altı ilədək, ixtisas səviyyəsində isə bir ildən üç ilədək olacaq. Beləliklə, ölkədə təhsil müddətinin vaxtı uzadılır. Bu sistem vasitəsilə insanlar sadəcə diplom almaq üçün oxumayacaq, əsas məqsəd seçdiyi sahə üzrə ixtisaslaşmaq olacaq. Azərbaycan təhsilində də hazırda əsas problemlərdən biri abituriyentlərin sadəcə "ali təhsil"i olsun deyə maraq dairələrinə və bacarıqlarına uyğun olmayan ixtisaslara yönəlib, univeristeti bitirəndən sonra işsiz qalmalarıdır. Rusiyada tətbiq edilən yeni qaydanın ölkəmizdə də tətbiq edilməsi müzakirə olunur. Maraqlıdır, Azərbaycan  yeni təhsil modelinə keçə bilər?

Kamran Əsədov: "Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir"

Təhsil üzrə ekspert Kamran Əsədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rusiyanın bakalavriat və magistratura pillələrini ləğv edərək 5 illik inteqrasiya olunmuş təhsilə keçidi yalnız təhsil islahatı deyil, həm də ölkənin təhsil siyasətində mühüm bir dönüş nöqtəsidir: "Xatırladım ki, Bolonya sistemi Azərbaycanda 2005-ci ildən tətbiq edilir. Bu sistemin əsas məqsədi Azərbaycanın ali təhsilini Avropa standartlarına uyğunlaşdırmaq, tələbə mobilliyini artırmaq və məzunların iş bazarında rəqabət qabiliyyətini yüksəltmək idi. Lakin 18 ildən sonra sistemin effektivliyi hələ də müzakirə mövzusudur. Bolonya sistemi tələbələrin daha sərbəst təhsil almalarını və geniş kredit seçimləri vasitəsilə öz tədris planlarını formalaşdırmalarını nəzərdə tuturdu. Lakin bu sistem Azərbaycanda tam tətbiq edilərkən bir çox struktur problemləri üzə çıxdı. Bolonya sisteminin tətbiqi nəticəsində tələbələrin məzuniyyət göstəricilərində əhəmiyyətli artım müşahidə olunmayıb. Belə ki, 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat pilləsini bitirən tələbələrin yalnız 65%-i dərhal iş tapa bilib, bu da məzunların böyük bir hissəsinin ya iş bazarına uyğunlaşa bilmədiyini, ya da ali təhsil sisteminin real ehtiyaclarla uzlaşmadığını göstərir. Magistratura pilləsi üzrə isə daha böyük bir problem var, yəni qəbul olunan tələbələrin yalnız 40%-i proqramlarını müvəffəqiyyətlə başa çatdırır. Bu rəqəmlər Azərbaycanın Bolonya sistemində ciddi problemlər yaşadığını təsdiqləyir". 

Ekspert hesab edir ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ali təhsilin əsas prinsiplərini müəyyən edir. Lakin qanunda göstərilən bəzi mexanizmlər, məsələn, tələbələrin mobilliyi, diplomların beynəlxalq səviyyədə tanınması və iş bazarına uyğun tədris proqramlarının hazırlanması kimi məsələlər tam həyata keçirilmir: "Bundan əlavə, işəgötürənlərin ali təhsil proqramlarının məzmununa təsir göstərə biləcəyi mexanizmlər zəif işləyir. Bu, universitetlərin iş bazarının real tələblərindən uzaqlaşmasına səbəb olur. Rusiyanın 5 illik təhsil sisteminə keçidi ilə müqayisədə, Azərbaycan hələlik ehtiyatlı davranır. Bu keçid Rusiya üçün də çətinliksiz olmayacaq, çünki sistemin uğuru onun tətbiqinə ayrılan resurslardan və strateji planlaşdırmadan asılıdır. Dünya təcrübəsi göstərir ki, təhsil sistemində radikal dəyişikliklər yalnız ölkənin spesifik ehtiyaclarına uyğun olduqda və geniş ictimai dəstək qazandıqda effektiv ola bilər. Almaniya Bolonya sistemini tətbiq edərkən onu öz spesifik ehtiyaclarına uyğunlaşdırdı. Azərbaycanda isə bu uyğunlaşma prosesi çox zəif həyata keçirildi və nəticədə sistem formal xarakter aldı. Universitetlər tələbələrin ixtisaslaşmasına deyil, əsasən nəzəri biliklərin ötürülməsinə fokuslandılar. Azərbaycanda 5 illik təhsil sisteminə keçid mümkün ola bilər, lakin bu, ciddi planlama və genişmiqyaslı islahatlar tələb edir. Əvvəlcə, təhsil proqramlarının yenidən nəzərdən keçirilməsi, yerli və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılmalıdır. 5 illik sistem tələbələrin həm nəzəri, həm də praktiki biliklərini dərinləşdirə bilər. Xüsusilə mühəndislik, tibb və pedaqoji ixtisaslar kimi sahələrdə bu, daha çox effekt verə bilər. Lakin bu keçidin uğurlu olması üçün bir neçə əsas məsələ həll edilməlidir.

İlk öncə deyim ki, təhsil proqramlarının iş bazarına uyğunlaşdırılması vacibdir. Hazırda tələbələr məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkirlər, çünki universitetlərdə tədris olunan biliklər müasir iş bazarının tələblərinə uyğun deyil. Təhsil proqramlarının işəgötürənlərin iştirakı ilə hazırlanması tələbələrin praktik bacarıqlarını artırmağa kömək edə bilər.  İkincisi, müəllim heyətinin hazırlığı və tədris metodlarının yenilənməsi zəruridir. Bolonya sistemində müəllimlərdən tələb olunan yeni yanaşmalar Azərbaycanda tam mənimsənilməyib. Əgər 5 illik sistemə keçid baş verərsə, bu, müəllimlər üçün daha böyük çağırışlar yaradacaq. Üçüncüsü, tələbələrin motivasiyasını artırmaq üçün sosial və iqtisadi dəstək mexanizmləri gücləndirilməlidir. Təhsil haqları, təqaüdlər və kredit sistemləri tələbələrin maddi problemlərini həll etmək üçün əsas mexanizmlər olmalıdır. Hazırda bu sahədəki çatışmazlıqlar bir çox tələbənin təhsilini yarımçıq qoymasına səbəb olur. Rusiyanın təcrübəsi və dünyanın digər uğurlu nümunələri Azərbaycanda təhsil sisteminin köklü islahatlarla yenidən qurula biləcəyini göstərir. Lakin bu proses yalnız məqsədli, elmi əsaslandırılmış və resurslarla dəstəklənmiş yanaşma ilə uğurlu ola bilər. Beş illik sistemin tətbiqi Azərbaycanın təhsil tarixində yeni bir səhifə aça bilər, lakin bu, hazırlıq tələb edir. Əks halda, növbəti sistem də özünü doğrultmaya bilər". 

Elmin Nuri: "Bakalavrın ləğvi uğurlu addım deyil"

Təhsil eksperti Elmin Nuri hesab edir ki, bakalavrın ləğvi uğurlu addım deyil: "Rusiyada ali təhsillə bağlı verilən qərar təəccüb doğurur. Çünki dünyanın bir çox ölkəsi ali təhsil müddətinin qısaldılması, müəyyən ixtisaslarla bağlı fərqli təhsil müddətlərinin yaradılmasının tərəfdarıdır. Bir çox universitetlər var ki, müəyyən ixtisaslar üzrə 2-3 illik fəaliyyət göstərirlər. Ümumiyyətlə, təhsil müddəti ixtisasa görə dəyişilməlidir. Məsələn, bizdə fərqi yoxdur, hər bir ixtisasda 4 il oxumalısınız. Sadəcə tibb ixtisası fərqlidir. Digər ixtisas qrupları üzrə də təhsil müddəti fərqli təyin olunmalıdır. Hər ixtisasın özünün məzmun və formasına uyğun olaraq müddəti müəyyənləşdirilməlidir. Məsələn, jurnalistika ixtisası üçün 4 il oxumağa ehtiyac yoxdur, bunu 2 il də edə bilərlər. Amma elə ixtisaslar var ki, onun üçün 4 il də azdır".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ