şənbə günü, 22 avqust 2026
     

Deputat Rəşad Mahmudov ölkədə tibb təhsilinin səviyyəsi barədə düzmü deyir...

Image


İlqar Hüseynli: "Rəşad Mahmudovun fikirlərində müəyyən haqlı məqamlar var, amma sırf bakalavr təhsili, nəzəri bilik almaq baxımından Azərbaycan Tibb Universiteti heç də zəif deyil"

Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov "Azərbaycan müəllimi"nə müsahibəsində ölkənin tibb təhsili ilə bağlı qalmaqallı açıqlama verib. 

"Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm. Ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar".

Onun sözlərinə görə, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:

"Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar".

Professorun fikrincə, UNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir:

"VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində 6 illik tibb təhsili alan şəxs VII mərhələni bitirmiş sayılır. Yəni həmin ölkələrin qanunvericiliyinə görə, bakalavr və magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər. Hətta ABŞ başda olmaqla, bir çox ölkələrdə 4 illik tibb təhsili həkim olmaq üçün yetərli sayılır. Məsələn, paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək istəyirsənsə, 4 illik təhsil yetərlidir. Sonrakı 2 ili də təhsil alırsansa, VII mərhələ bitir. Bundan sonra doktorantura və ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən keçirsən. Hər 100 nəfərdən 10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul olur. Buna görə ayrıca zaman sərf etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza, müdafiəsini edə bilirlər. Türkiyədə rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz edir, yəni tələbə VIII mərhələni bitirmiş kimi qəbul olunur.

Azərbaycanda isə qanunvericilik adı belə bəlli olmayan bu mərhələni VII mərhələ olaraq qəbul edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma buradan birbaşa VIII səviyyəyə adlaya bilməz, tələbə rezidentura təhsili almalıdır. Onda soruşuram, rezidenturanı bitirən doktorant olmaq üçün nə etməlidir, yenidən 4 il oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura, daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir ki, 15 il təhsil almalıdır, halbuki, dünyada 11-12 ildən çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm".

Məntiqlə onun bu sözlərinə nazirlik, Tibb Universitetinin rəhbərliyi,  Prezident Administrasiyasının müvafiq şöbələri dərhal reaksiya verməli idilər. Ancaq sükut gördük. Niyə? Onlar da deputatla razılşırlarmı?

Digər tərəfdən, demirik ki, tibb təhsilinin səviyyəsi əladır və sair. Amma tibbi təhsillə bağlı əgər ciddi bir irad varsa, deputatın belə bir bəyanatla çıxış etməsi bir az anlaşılan deyil. Çünki tibbi təhsildə prinsipial və həlledici metodiki yanlışlıqlar varsa, onun düzəldilməsi elə ilk növbədə həm də deputatların işidir. Deputatlar niyə indiyə qədər bu istiqamətdə müəyyən addımlar atmayıblar, təkliflər verməyiblər? Elə Rəşad Mahmudov niyə zamanında bu istiqamətdə bir təkliflə çıxış etməyib?

"Amma bilmirəm deputat indiki məqamda niyə bu məsələni gündəmə gətirib?"

Ekspert İlqar Hüseynli "Bakı-Xəbər" ə şərhində bildirdi ki, Rəşad Mahmudovun fikirləri ilə tanışdır, iki gündür bu məsələ gündəmə gəlib. İ.Hüseynli vurğuladı ki, burda məsələyə iki kontekstdən yanaşmaq lazımdır. "Əvvəla, Azərbaycanın universitetləri öz sıralanması ilə götürəndə dünya reytinq cədvəllərində demək olar ki, mükəmməl yerə sahib deyillər. O cümlədən də Azərbaycan Dövlət Tibb Universiteti. Əgər dünya universitetləri reytinqinə fikir versək, təbii ki, o reytinqdə yerimiz belə görünmür. Bu çox ciddi məsələdir. Sözsüz ki, burda müəllim-professor heyəti, o cümlədən maddi-texniki baza və sair nəzərdə tutulur. Məsələn, biz daha çox nəyə üstünlük veririk? Biz uşaqlarımızın Türkiyədə tibb təhsili almasına üstünlük veririk. Əgər fikir vermisizsə, Türkiyədə tibb təhsili verən universitetlərin özlərinin ayrıca təcrübə klinikaları var. Məsələn, Hacettəpə universitetin tibb alanında özünün ayrıca klinikası var. Eləcə də digər universitetlərdə də bu cürdür. Tələbələr öz oxuduqları ali məktəblərin klinikalarında təcrübə keçirlər. Bizdəki kimi TƏBİB-in, Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxanalarda deyil, öz universitetləribdə praktik dərslərə cəlb olunurlar. Dünyanın inkişaf etmiş ölkələrində belədir. Amma Azərbaycanda heç bir universitetimizin tibb alanında özünün ayrıca klinikası, maddi-texniki bazası yoxdur. Bu bir. İkincisi, övladlarımız 6 il tibb təhsili alandan sonra rezidentura ilə bağlı müraciət edirlər. Dörd illik rezidentura onlara nə verir? Həmin dörd il müddətində yenə ayrı-ayrı müəssisələrdə təcrübə keçirlər. Son illər Tibb Universitetinin Cərrahiyyə və Tədris Terapevtik Korpusları inşa olunub, istifadəyə verilib. Bu da rezidentura təhsili alan tələbələrimiz üçün yetərli deyil. Burda da ciddi təzadlar var. Düşünürəm ki, Rəşad Mahmudovun fikirlərində müəyyən haqlı məqamlar var, amma sırf bakalavr təhsili, nəzəri bilik almaq baxımından Azərbaycan Tibb Universiteti heç də zəif deyil.

Yəni tələbələr nəzəri cəhətdən sırf bakalavr təhsili alarkən onlara yüksək səviyyədə bilik verən professor-müəllim heyəti tamamilə formalaşıb. Bunu tamamilə inkar etmək də doğru deyil, amma artıq bakalavr pilləsindən sonrakı mərhələ üçün tamamilə Rəşad Mahmudovun fikirləri ilə razıyam. Bu acı reallıqdır, istəsək də, istəməsək də bunu qəbul etmək lazımdır. Əlaqədar qurumlar, bu sahə ilə birbaşa əlaqəsi olanlar düşünməlidirlər ki, bu sistemi yeniləmək üçün nə etməliyik? Nədən başlayaq?"

İ.Hüseynli hesab edir ki, dünyanın tibb alanında olan bütün təhsil sistemlərinin ölkəmizdə tətbiqinə zərurət yaranıb, bizim sistemin yenilənməsinə ehtiyac var. "Məsələn, bildiyim qədər, Qarabağ Universitetində belə bir təşəbbüs başlayıb, Amerikadan gələn və o ölkədə çalışan bizim tibb doktorları artıq Mayo Klinikin standartlarına uyğun tibb fakültəsi, tibb bölümü yaratmağı planlaşdırırlar. Əgər bu olacaqsa, Qarabağ Universitetində bununla çox gözəl bir təcrübənin və ənənənin əsasını qoymuş olacaq.

 Başqa məsələyə gələk, rezidenturaya qəbul olan tələbələr çox az əməkhaqqı alırlar, onlara 300-400 manat əməkhaqqı verilir. Amma Türkiyədə uzmanlığa daxil olan uzman doktorlar 80-100 min türk lirəsi maaş alırlar, bu da bizim pulla təxminən 4 min manata yaxın edir. Bütün bunlar hamısı nəzərə alınmalıdır. Nəyə görə bizim Tibb Universitetini bitirən tələbələr ölkədən gedirlər, Almaniya və başqa ölkələrə can atırlar? Əvvəla, orda tibb uzmanı olaraq yaradılan imkanlar, klinik şəraitlər daha yaxşıdır, onlar mükəmməl həkim olmağa artıq imkanlar əldə edirlər, həm də mükəmməl maaşla təmin olunurlar. Bütün bunlar hansı kompleks yanaşma tələb edir, bütövlükdə bu məsələ həll edilməli, problem çözülməlidir. Biz rezdentlırimizi də yetişdirməliyik, onların ölkədə daha mükəmməl təcrübə, bilik qazanması üçün klinik, praktik imkanları genişləndirmək üçün şərait yaratmalıyıq. Eyni zamanda onların dolanışığının yaxınlaşması üçün  rezdentləri normal əməkhaqqı ilə təmin etməliyik. Bu problemi həll etmək üçün hərəkətə keçmək lazımdır". 

İ.Hüseynli qeyd etdi ki, bu sahədə olan problemləri uzun müddətdir ekspertlər dilə gətirir, amma indiyə qədər nə Milli Məclisdən, nə də dövlət qurumlarından reaksiya verilmir. Millət vəkilinin indi bu məsələ ilə bağlı danışmasının suallar yaratdığını deyən İ.Hüseynli hesab edir ki, bunun da səbəbini o özü yaxşı bilər. "Rəşad Mahmudovun niyə zamanında bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etməməsinə və indi danışmasına gəlincə, bu artıq onun özünün şəxsi problemləridir. Bəli, biz ekspertlər bu məsələləri zaman-zaman kifayət qədər səsləndirmişik, heç vaxt nə Milli Məclisdən, nə dövlət qurumlarından bizim dediklərimizə dəstək gəlməyib. Amma bilmirəm, deputat indiki məqamda niyə bu məsələni gündəmə gətirib? Səbəbini deyə bilmərəm,  bu hansısa bir daxili çəkişmənin təzahürüdür, yoxsa ümumən Rəşad Mahmudov indi belə çıxış etməyi məqbul hesab edib. Belədirsə, bu başqa məsələdir" - deyə ekspert qeyd etdi.

Bununla belə, İ.Hüseynli hesab edir ki, rəsmi dövlət qurumları, Tibb Universiteti bu barədə geniş açıqlama verməlidir, çünki reaksiyasızlıq daha çox suallar yaradır. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

22.08.2026 / 15:43
Trampın dedikləri yalan çıxdı, Hörmüzün kimin nəzarətində olduğu məlum oldu...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ