şənbə günü, 07 noyabr 2026
     

Orduda radikal dinçilik meyllərinin yayılmasına qarşı daha bir tədbir görüldü...

Image


Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair 2025-ci il üçün birgə fəaliyyət planı imzalanıb.

Sənədə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərin yeri, icra vaxtı və məsul şəxslər müəyyən edilib.

Bu il ərzində hərbi qulluqçularla təşkil ediləcək görüşlərdə Azərbaycançılıq ideyasının, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılmasının inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlərin keçirilməsi planlaşdırılıb.

Müdafiə Nazirliyi ilə Dini Komitə arasında bu istiqamətdə əməkdaşlıq sazişinin imzalanması maraq doğurur.

Bu sazişə nə ehtiyac var idi? Bu hansı zərurətdən doğdu? 

Bu, orduda dini radikalizmin yayılmasının qarşısını almaqda necə rol oynaya bilər? 

Suallara cavab almaq üçün Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sorğu göndərdik. Eyni zamanda da dini və hərbi sahədə olan ekspertlərin mövqeyini öyrəndik. 

Biz yazını çapa hazırladığımız müddətdə rəsmi qurumlardan cavab gəlmədiyi üçün ekspertlərin fikirlərini təqdim edirik. 

Tural İrfan: "Dini radikalizm, xurafata bükülmüş xarici siyasi niyyətlər orduya təsir etməməlidir"

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər" şərhində bildirdi ki, əslində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təkcə Müdafiə Nazirliyi yox, başqa nazirliklər və qurumlar ilə də bu cür əlaqələri olmalıdır. "Dini radikalizm, xurafata bükülmüş xarici siyasi niyyətlər orduya təsir etməməlidir. Orduya gedən şəxs ora getməmiş beyni zəhərlənibsə digərlərinə də təsir göstərə bilər. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul bildiyi bilginlər mütəmadi olaraq ordumuzda görüşlər keçirməli, sağlam dini inancımızı aşılamalıdırlar. Bu, təkcə xurafata, dini radikalizmə qarşı olmamalıdır. Eyni zamanda öz dini, mənəvi dəyərlərimizin yaşadılması üçün də xarakterikdir. Ordumuz daha böyük ruh yüksəkliyində olmalıdır ki, milli-mənəvi dəyərlərimizə təhdid yaradan istənilən səylərə qarşı da barışmaz olsun.

Ordu milli ruhda, mənəviyyatı yüksək, dini bilgiləri zəngin olmalıdır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin imzaladığı bu əməkdaşlıq sazişi çərçivəsində münasibətlər qurulmalı, Müdafiə Nazirliyi ilə lazımı səviyyədə inkişaf etməlidir. Müdafiə nazirliyi ilə hərb sahəsində dinlə bağlı zəruri məsələlərin həllində bu münasibətin müsbət roluna şübhə etmirəm. Xarici təsirlər, düşmən qüvvələr din pərdəsi altında hər bir insanın inancına, etiqadına, dinə yanaşmasına öz təsirini qoya bilər. Ordu bir və möhkəm, əqidəsi sağlam, inancı mötədil olmalıdır. Radikalizm, ekstremizm, xurafat, mövhumat, məzhəbçilik kimi zərərli elementlər orduya sirayət edə bilməz.

Hesab edirəm ki, ordunun Türkiyə üsulunda daha da qüdrətlənməsi üçün müəyyən qədər islami elementlərə yer verilməlidir. Əsgərimiz, zabitimiz dinimizi də dərindən bilməli, məlumatlı olmalıdır" - deyə T.İrfan bildirdi. 

Emin Həsənli: "Bu çox önəmli və vacib məsələdir" 

Hərbi ekspert Emin Həsənli də bizimlə söhbətində iki qurum arasında bağlanmış sazişin əhəmiyyətinin böyük olduğunu bildirdi. "Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında uzun zamandır ki, əməkdaşlıq mövcuddur. 2025-ci ildə birgə fəaliyyət planı imzalanıb. Bu fəaliyyət planında dini radikalizmə qarşı birgə mübarizə, eyni zamanda Azərbaycançılıq ideyasının təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətlər və sivilizasiyalar arasında münasibətlər, bir çox məsələlər öz əksini tapacaq. Bu çox önəmli və vacib məsələdir. Bilirsiz ki, orduda xidmət edənlərin böyük hissəsi gənclərdir və onlar orta məktəbi bitirdikdən qısa müddət sonra 18 yaşında həqiqi hərbi xidmətə gedirlər. Bunlar arasında maarifləndirmə işlərinin aparılması vacibdir. Hesab edirəm ki, bu cür əməkdaşlıq çox vacibdir, dövlətçilik baxımından önəmlidir. Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycançılıq ideyasının təbliği baxımından çox əhəmiyyətlidir.

Hazırda dünyada dini radikalizm ən əsas problemlərdən biridir və müxtəlif ölkələr bu kimi məsələlərdən öz maraqları üçün istifadə edirlər. Azərbaycan dövləti isə hər zaman çalışır ki, bu məsələlərdə milli və dövlətçilik yönündən addımlar atılsın, Azərbaycançılıq ideyası, milli dəyərlər qorunsun. Bu istiqamətdə müsbət haldır ki, ölkəmizdə uğurlu bir fəaliyyət var.

Fikrincə, Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu əməkdaşlığı da çox təqdirəlayiqdir, çox vacib bir məsələdir.

Ümumiyyətlə, müxtəlif istiqamətlərdə əməkdaşlıqlar var. Əsgərlərimiz, hərbçilərimiz arasında dini maarifləndirmə, milli dəyərlərin qorunması, hüquqi maarifləndirmə kimi önəmli işlər aparılır. Hüquqi, siyasi, informasiya, məlumat maarifləndirilməsi kimi məsələlər hər zaman Silahlı Qüvvələrdə çox önəmli, vacib sahələrdən biridir. Bu yöndə də aidiyyəti üzrə zabitlər var, Müdafiə Nazirliyinin özündə və ayrı-ayrı qoşunlara aid hərbi hissələrdə həmin zabitlər müntəzəm olaraq həmin məsələləri diqqətdə saxlayırlar" - deyə E.Həsənli bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ