şənbə günü, 07 noyabr 2026
     

Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

Image


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstututunda keçən il Qərbi Azərbaycan və Qarabaq əlyazmalarının tədqiqi şöbəsi yaradılmışdır. Şöbəyə Əlyazmalar İnstitutunun baş elmi işçisi, f.e.d. professor Raqub Kərimov rəhbərlik edir. 

Qarabağla mövzusu həmişə institut əməkdaşlarının diqqət mərkəzində olub, yəqin ki, bundan sonra Qarabağla bağlı əlyazmalar daha geniş şəkildə tədqiqata cəlb ediləcəkdir.  Raqub müəllimin Qarabağ ədəbi mühiti ilə əlaqədar müxtəlif səpgidə kitabları nəşr olunmuşdur. Bu yazımızda oxuculara onlardan ikisi haqqında məlumat veririk

Raqub Kəromovun "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Qasım bəy Zakir və müasirləri" kitabının elmi redaktorları f.e.d. professor Möhsün Nağısoylu, f.e.d. professor Zaman Əsgəri, rəyçisi f.e.d. professor Paşa Kərimovdur.

Professor kitabın girişində Qasım bəy Zakirin həyatından, nəsil şəcərəsindən bəhs edən müəllif bir sıra dəyərli sənədlərə istinad etmiş, şair haqqında əldə etdiyi yeni məlumatları oxuculara çatdıraraq "Araşdırmalar göstərir ki, Q.Zakir həqiqətən Qarabağ xanlığının əsasını qoyan əsilli-nəcabətli Cavanşir əmirlərinin nəslindəndir" yazır və həmin şəcərəni təqdim edir.   

Müəllif kitabın "Zakir irsinə yeni baxış" adlı I hissəsində "Zakir irsinin tədqiqi tarixindən" adlı I yazıda Mirzə Fətəli Axundzadənin Zakirin əsərlərini çap etmək istədiyini, onun "Fərzəndi-əziz" adlı şeirini "Kafkaz" qəzetində dərc etdirdiyini, Zakirin ikinci şeirinin Mirzə Yusif Qarabağinin "Məcmueyi-Vaqif və müasirini-digər" kitabında, Adolf Berjenin "Məcmueyi-əşari-şüərayi-Azərbaycan" kitabında 42 şeirinin, bir mənzum hekayəsinin "Vətən dili" dərsliyində çap olunduğunu, nəhayət Salman Mümtazın 230 şeirdən ibarət kitabını dərc etdirdiyini və kitab haqqında fikirləri qeyd edir. 

I hissənin "Zakir şeirlərinin "Təzkireyi-Nəvvab" və "Riyazül-aşiqin" nüsxələri haqqında mülahizələr" adlı II yazıda Zakirin təzkirələrdə olan əsərlərini orijinal variantlarla müqayisə edən, bir sıra şeirlərin tekstoloji müqayisəsində öz dəyərli qənaətlərini oxuculara çatdıran müəllif Mir Möhsün Nəvvabın Zakirin əsərlərinə müdaxiləsinə öz iradını bildirmiş, Müctəhidzadənin "Riyazül-aşiqin" təzkirəsinin çap variantında çoxlu sayda qüsurların olduğunu qeyd etmişdir.

"Q.Zakirin bir şeiri haqqında" adlı II yazıda Zakirin Böyük bəyə həsr etdiyi şeiri ilə bağlı ixtilaflı məsələləri araşdıran tədqiqatçı hətta iki Böyük bəy adlı adamın olmasını aşkara çıxarmış, bəzi fikirləri təkzib edərək, öz qənaətlərini qeyd etmişdir.  

 Müəllif  "Cəfərqulu xan Nəvanın Zakirə yazdığı qeyri-mətbu bir mənzumə" adlı III yazıda Zakirlə Cəfərqulu xan arasında düşmn münasibətin olduğunu vurğulayan müəlliflərə öz iradını bildirir və onların nəinki düşmən olmadıqlarını, hətta dost olduqlarını sübut etməyə çalışır. Raqub müəllim Zakirin şeiri ilə Nəvanın "olsun" rədifli şeirlərini tutuşdurur, beyt-beyt Zakirin suallarına Nəvanın cavablarını verir və sonda yazır: "Əfsuslar olsun ki, sonrakı dövrlərdə onların arasında olan bu səmimiyyətin üstündən qara bir xətt çəkilmiş, əksər sovet tədqiqatçıları Zakirin yazdığı mənzumənin ümumi məzmunundan deyil, ayrı-ayrı zarafatla deyilmiş beytlərdən təhrif olunmuş şəkildə istifadə edərək, hətta həmin dövrdə Zakirlə Cəfərqulu xanın az qala barışmaz düşmən olduqlarını böyük ciddi-cəhdlə, birtərəfli qaydada sübut etməyə çalışmışlar. Lakin faktlar məsələnin heç də belə olmadığını, həmin dövrdə onların "can bir qəlbdə" dost olduqlarını inadla təsdiq edir".

Tədqiqatçı kitabın "Zakirin yaxın dostları və məsləkdaşları" adlı II hissəsinin I bölümündə Baba bəy Şakirin həyat və yaradıcılığından söz açmış, onu Zakirlə müqayisə etmiş və Zakirin daha üstün olduğu fikrini bildirmişdir. 

"Zakir-Nəva münasibətləri: deyilənlər və deyilməyənlər" adlı II yazıda Zakir-Nəva münasibətlərini araşdıran müəllif bu barədə deyilənləri və özünün qənaətlərini müqayisəli şəkildə diqqətə çatdırmış, Feyzulla Qasımzadənin, Kamran Məmmədovun, Mir Mehdi Xəzaninin, Mirzə Yusif Qarabağinin, Nəvvabın, Müctəhidzadənin fikirlərinə müraciət edərək, şairi səciyyələndirmişdir. 

"Qasım bəy Zakir və Mirzə Fətəli Axundzadə" adlı III yazıda "İnsanlarla səmimi ünsiyyət qurmağı bacaran qasım bəy Zakirin təkcə vətəni Qarabağda deyil, onun hüdudlarından kənarda da çoxlu sayda dostları olmuşdur. Heç şübhəsiz ki, bu dostları sırasında əvvəlinci yerdə XIX əsr ədəbiyyatımızın, ictimai fikir tariximizin böyük memarı Mirzə Fətəli Axundzadə dayanır..." yazan müəllif Zakirin Mirzə Fətəli ilə əlaqələrini və bu əlaqələr fonunda müxtəlif məsələləri təqdim etmişdir. 

Raqub Kərimov kitabın "XIX əsr ədəbi mühiti və Zakir" adlı III hissəsinin I bölümündə "Qarşılıqlı bədii yaradıcılıq və nəzirəçilik ənənələri"ni araşdırmış, akademik Kamal Talıbzadənin, Firudin bəy Köçərlinin və başqalarının fikirlərinə müraciət edərək, klassik şeirimizdə nəzirəçiliklə bağlı fikirlərini söyləmiş və şairin yaradıcılığı ilə paralellər aparmışdır. Burada Zakirə nəzirələr yazmış Qüdsi Vənəndi ilə Zakirin paralelləri də maraq doğurur. 

Q.Zakirin dini şeirləri" adlı II yazıda Qasım bəy Zakirin dini şeirlərini tədqiqata cəlb edən, Kərbəla hadisəsini öz nəzəri ilə təhlilə çəkən və şairin şeirlərindəki dini motivləri araşdıran müəllif yazır: "Kğrbəla hadisəsi ilə bağlı ayrı-ayrı məqamları böyük ustalıqla təsvir edən şair bu səhnələri yaratmaqla oxucusunun emosional hisslərini ehtizaza gətirir, onda din yolunda şəhid olan insanlara qarşı rəğbət yaratmaqla yanaşı düşmənlərinə qarşı dərin nifrət hissi oyatmağa da nail olurdu...". Əsər boyu şeir nümunələrinindən örnəklər verən tədqiqatçı fikirlərinin dolğunluğuna, oxuculara qavrayışlı şəkildə çatdırılmasına çalışmışdır. 

Sonuncu hissədə "Qasım bəy Zakirin qeyri-mətbu şeirləri"ndən bəhs edən araşdırmaçı tədqiqat işi ilə birlikdə yeni şeirləri də oxuculara təqdim etmişdir. 

"Nəticə"də Zakirin həyat və yaradıcılığı ilə bağlı araşdırmasının mahiyyətini qısa şəkildə diqqətə çatdıran Raqub Kərimov sonda fikrini belə yekunlaşdırır: "Bu lirika həm də kütlələrin mənəvi, ideya-estetik tərbiyəsində mühüm rol oynamış və bir örnəyə çevrilmişdir. Çünki bu lirika bütün dövrlər üçün müasir və gərəklidir, poeziyamızın heç bir zaman solmayan gözəllik salnaməsidir. Bu lirikanın həyati nəfəsi Günəş qədər istidir. Çünki o Zakir qəlbinin alovundan, odundan yaranmışdır. Bu od-alov vətənə, xalqa məhəbbətdən yarandığı üçün əbədidir, sönməzdir".

Kitabın sonunda çap kitablarından və əlyazma qaynaqlarından ibarət zəngin ədəbiyyat siyahısı verilmişdir.

Kitab Qarabağ tarixi, qarabağ ədəbi mühiti ilə məşğul olan tədqiqatçılar, doktorantlar, tələbələr üçün dəyərli vəsaitdir. Kitabı oxuyanda hiss olunur ki, Raqub müəllim bu tədqiqat işi üçün xeyli zəhmət çəkib səy göstərmişdir. Ona təşəkkür edir, yeni uğurlar arzulayırıq.

 

***

 

Raqub Kərimovun növbəti kitablarından biri də f.ü.f.d. Könül Bağırova ilə birlikdə nəşrə hazırladığı "Mirzə Rəhim Fənanın "Əsərləri"dir. "Elm və təhsil" nəşriyyatında çap olunmuş kitabın redaktoru akademik Teymur Kərimli, rəyçisi f.e.d. Paşa Kərimovdur.

Kitabın tərtibçi-müəlliflərinin "Məclisi-üns"ün ilk təşəbbüskarı" adlı ön sözündə XIX əsr Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən olan Mirzə Rəhim Fənanın (1848-1931) həyatı , ədəbi məclislə bağlı zəhməti, məclisdaxili davranışı, Xurşidban Natəvanla münasibəti, müxtəlif mənbələrdə yer alan əsərləri haqqında söz açılmış, Əlyazmalar institutunda şairlə bağlı əldə edilən məlumatlar, şairin şeirləri, Nizami ilə bağlı tədqiqatları, tarixi mövzuda qələmə aldığı "Tarixi-cədidi-Qarabağ" və "1905-ci il hadisəsi" adlı nəsr əsərləri haqqında da məlumat verilmişdir. Əhatəli təqdimatın sonunda oxuyuruq: "Şairin özündən sonra xalqına, millətinə miras olaraq qoyub getdiyi ədəbi irsini araşdırdıqda bu nəticəyə gəlirik ki, o təkcə şair deyil, həm də ədəbiyyatşünas alim, gözəl təşkilatçı, istedadlı mühazirəçi, mahir xəttat, vətənini, xalqını sevən, onun milli-mənəvi dəyərlərini qoruyan vətənpərvər ziyalıdır".

Tərtibçi müəlliflər Mirzə Rəhim Fənanın şeirlərini ərəb əlifbasındakı əlyazmalardan transfonoliterasiya etmiş, kitaba öz prinsiplərinə uyğun tərtibat vermişlər. Adətən, klassik şeir kitablarında ilkin qəsidələr, sonra qəzəllər verilir. Bu kitabda isə ilkin "Qəzəllər" verilmişdir. Burada 112 qəzəl vardır ki, bunların arasında Natəvana 4, Əliabbas Müznibə 1 nəzirə də yer alır. Bundan başqa burada 2 cavab qəzəl də vardır.

Kitabın ikinci bölümünə 2 qoşma, 1 mürəbbə və 4 rübai daxil edilmişdir.

Kitabın "Qəsidələr" bölümündə Füzulinin 400 illik yubileyinə ithaf edilmiş 27 beytlik qəsidə və 27 beytlik "getmə" rədifli digər qəsidə vardır. 

Kitabın "Məsnəvilər" bölümünə 2 məsnəvi, "Qitələr" bölümündə 3 qitə, "Fərdlər" bölümündə 10 təkbeyt daxil edilmişdir.

Kitabın "Məktublar, müşairələr, müxtəlif şeirlər" bölümündə əsasən dostlara yazılmış qəzəllər yer alır. Burada "gördüm" rədifli "Bəyanül-həq" kirabı haqqında müsbət rəy", Növrəsə "səbr eylə" rədifli qəzəl, "İsgəndər", "Xudadad", "Növrəs", Kəminənin təkyə məclisi təşkil etməsi münasibətilə yazılmış qəzəl,  Mirzə Rəhim Aşiqə yazılmış "Aşiq" rədifli qəzəllər, "Ziya" təxəllüs şairin Mirzə Rəhimə yazdığı mənzumələr və onun Ziyaya cavab şeiri, İsa bəy Əzimbəyovun Mirzə Rəhim Fənaya yazdığı mənzum məktub və s. şeirlər vardır. 

Kitabın "Növhə" bölümündə Əli Əkbərə həsr olunmuş növhə, "Tövhid" bölümündə "eylər" rədifli qəzəl verilmişdir. Əslində Allaha ünvanlanmış şeir kitabın əvvəlində verilməliydi. 

Kitabın sonunda çətin anlaşılan sözlərin lüğəti təqdim olunmuşdur.

Mirzə Rəhim bəy Fənanın əsərlərinin kitab şəklində təqdim olunması təqdirəlayiq işdir. Şeirsevər oxucular üçün dəyərli hədiyyə olan kitabın ərsəyə gəlməsində böyük götsərdikləri səy və çəkdikləri böyük zəhmətlərinə görə tərtibçi-müəlliflərə təşəkkür edir, yeni uğurlar arzulayırıq.

SONA XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ