Bazar günü günü, 08 noyabr 2026
     

“İşsiz və faydasız bələdiyyələrə” daha bir şans açıldı...

Image


Qoşqar Salmanlı: "Qrantların verilməsi bələdiyyələrin inkişafına səbəb olacaq" 

Prezident İlham Əliyev "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Qanuna əsasən, bələdiyyələr qrant ala biləcək.

Bundan başqa, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsasları yaradılacaq və tənzimlənəcək.

Prezident müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlara dəyişikliklik edilməsi barədə də Fərman imzalayıb.

Bələdiyyələrin qrant alması bu qurumların  inkişafına nə kimi təsir edəcək? Bələdiyyələrin müstəqilliyinin təmin edilməsinə təsiri olacaqmı? Bu qrant bələdiyyələr üçün nə deməkdir?

"Bu qrantlar hesabına bələdiyyə konkret iş görəcək və əhali məmnunluğunu qazanacaq"

Bələdiyyə üzrə ekspert Qoşqar Salmanlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, əslində, bələdiyyələrə qrant layihələrinin ayrılması dünya təcrübəsində də var. "2000-ci ildə Azərbaycanda bələdiyyələr hələ yeni formalaşdırılmağa başlayanda, bu istiqamətdə söhbətlər gedəndə bu sahə üzrə məşğul olan, araşdırma aparan gənc mütəxəssislər olaraq bizi Milli Məclisə dəvət etmişdilər. Həmin dövrdə belə bir söhbət oldu ki,  İtaliyada bələdiyyələrə qrantların ayrılması ilə bağlı praktika var. Avropa ölkələrinin bir çoxunda bu var". 

Dünya praktikasında qarantların hansı məqsədlərlə bələdiyyələrə ayrıldığına izah verən Q.Salmanlı bildirdi ki, bələdiyyələr bu vəsaitlə ekoloji problemlərin aradan qaldırılmasını, əhalinin işsizlik problemlərinə dəstək və sair kimi işləri həyata keçirir. O qeyd etdi ki, tutalım, Azərbaycanda  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bələdiyyələr arasında müqavilə bağlanır və  bu müqavilədən irəli gələn nəticələrdən biri dövlət orqanlarından bələdiyyələrə qrant layihələrinin verilməsi olur. "Beynəlxalq təşkilatların verdiyi qrantlar var. Bizdə buna bir az başqa aspektdən yanaşılır, Azərbaycanda beynəlxalq qrantlara dövlət tərəfindən nəzarət olunur. Amma dünya ölkələrində beynəlxalq institutlar, tutalım, Dünya Bankı bələdiyyələrə qrant ayırır. Səhv etmirəmsə, bizdə bələdiyyələr qrant almırdılar, amma müxtəlif qurumlarla bu sahədə əməkdaşlıq edirdilər. Məsələn, Yaponiyanın Azərbaycandakı səfirliyi Azərbaycanın bir sıra ərazilərində subartezian quyularının qazılmasını, əhalinin içməli su ilə təminatını həyata keçirirdi. Bu, əsasən Azərbaycanın ucqar rayonlarında olurdu. Bildiyim qədər, Neftçala rayonunun iki kəndində Yaponiya səfirliyi belə bir layihə həyata keçirə bildi. Eləcə də Dünya Bankı belə layihələri gerçəkləşdirib. Xüsusilə burda qrant layihələri əsas rol oynayırdı. 

Hesab edirəm ki, cənab Prezidentin təsdiqlədiyi bu qanunla bizim bələdiyyələrimiz bir çox işlər həyata keçirə biləcəklər. Sözsüz ki, yerli bələdiyyələr əhalinin problemlərini daha dərindən bilirlər və bildikləri üçün də problemlərin həlli yönündə lazımı addımlar atacaqlar. Tutalım ki, hansısa bir kəndin ciddi içməli su, yaxud suvarma suyu ilə bağlı problemləri var. Bələdiyyələr aldıqları bu qarantla işlər həyata keçirəcək. Təbii ki, burda həm böyük lahihələrdən, həm də kiçik qrantlardan söhbət gedir. Məişət tullantılarının daşınması sahəsində də problemlər var. Bu, kəndlərin çoxunda ciddi problemə çevrilib. Bu qrantlar bələdiyyələrə ayrıldıqdan sonra onlar o işləri həyata keçirə biləcəklər. Bu da nəyə səbəb olacaq? Bu, bələdiyyələrlə yerli əhali arasında təmasların, əməkdaşlığın artmasına gətirib çıxaracaq. Bəzən kəndlərə gedirsən və məişət tullantıları kəndin girəcəyində tökülüb qalıb, amma o tullantıları yığmağa bələdiyyənin vəsaiti yoxdur. Çünki bələdiyyələr həmin ərazilərdən vergi yığa bilmirlər. Amma hesab edirəm ki, qrantların verilməsi bələdiyyələrin inkişafına səbəb olacaq. Bir çox ərazilərdə, istər ucqar rayonlarda olan bələdiyyələr, istərsə böyük şəhərlərdə fəaliyyət göstərən bələdiyyələr bir çox layihələr həyata keçirə biləcəklər".

"Bir çox hallarda ictimaiyyətdə belə bir fikir var ki, bələdiyyələr müəyyən dövlət qurumlarından, xüsusən də icra hakimiyyətlərindən qeyri-rəsmi olaraq asılı vəziyyətdədir. Bu qrantların verilməsi bələdiyyələrin müstəqilliyinin təmin olunmasında nə kimi rol oynayacaq?"-deyə Q.Salmanlıdan soruşduq. Ekspert "Hesab edirəm ki, qarşıdan gələn bələdiyyə seçkilərindən sonra bələdiyyələrin aslılığı bir çox hallarda azalacaq. Fikrimcə, cənab Prezidentin təsdiqlədiyi bu qanunla bələdiyyələrə qrantların verilməsi məhz ona hesablanıb. Bələdiyyələrin tam müstəqilləşməsi, yəni kağızda yox, əməldə də müstəqilləşməsi həyata keçiriləcək. Bu baş verəcək. Bundan sonra da, dediyimiz kimi, yeni layihələrin həyata keçirilməsi bələdiyyələrin tam olaraq müstəqil olmasına şərait yaradacaq və bununla da bələdiyyənin əhalinin gözündə nüfuzu artacaq. Yəni bu qrantlar hesabına bələdiyyə konkret iş görəcək və əhali məmnunluğunu qazanacaq. Bundan sonra isə, sözsüz ki, bələdiyyələrin özünə inamı artacaq. Bizdə bələdiyyələrin özünə inamının artması lazımdır"-deyə cavab verdi. 

Q.Salmanlı qeyd etdi ki, ölkədə böyük bələdiyyələr torpaq satışı, digər müəyyən işlərlə məşğul olublar, amma heç bir iş həyata keçirməyiblər: "Bir haşiyə çıxım. Abşeron rayonunun Masazır bələdiyyəsi var. Azərbaycanda ən çox torpağı olan bələdiyyələrdən biridir. Balansında olan torpaqların satışı ilə məşğul olsa da, ötən 20 il ərzində bu bələdiyyə indiyə qədər normal olaraq bir iş görməyib. Təsdüfən, bir müddət əvvəl Masazıra getmişdim. Gənclərin əylənməsi, asudə vaxtını səmərəli keçirməsi üçün orda bir klub, mərkəz belə yoxdur. Bunu bələdiyyə etməli, orda müəyyən kiçik iş yerləri yaratmalı idi. Tullantıların toplanmasını belə, Masazır bələdiyyəsi normal həyata keçirə bilmir. Hesab edirdim ki, Masazır bələdiyyəsi Azərbaycanın ən böyük bələdiyyələrindən biri ola bilər. Yəni yığılan vəsait, torpaqların satışışından, mağazalardan gələn gəlirlər, müəyyən gəlirli rüsumlar buna imkan yaradırdı. Amma heç bir iş həyata keçirməyib.

Sonda hesab edirəm ki, bələdiyyələrə ayrılan qrantların xərclənməsinə yəqin dövlət tərəfindən hansısa bir qurum nəzarət edəcək. Bu qrantların bələdiyyələrin inkişafında müstəsna əhəmiyyəti olacaq".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ