şənbə günü, 22 avqust 2026
     

Mexaniki qaz sayğaclarının yenidən qaytarılmasında marağı olanlar var...

Image


"Azəriqaz" İB Prezidentin 29 dekabr 2009-cu il tarixli,  207 saylı fərmanını sabotaj etmək istəyir

Son zamanlar "Azəriqaz" İstehsalat Birliyi (İB) ölkədə Smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəz edilməsinə start verib. 2020-ci ildən  bu işə başlanmışdı. Həmin vaxt əhali buna etiraz edirdi. Amma etirazlara baxmayaraq, "Azəriqaz" İB israrla həyət evlərində Smart-kart tipli sayğacları mexaniki sayğaclarla əvəzlədi. Lakin proses yarımçıq dayandırıldı. İndi isə İB prosesi yenidən başladıb.

Arayış üçün qeyd edək ki, Smart-kart tipli sayğaclar ölkəyə bəzək üçün deyil, ehtiyacdan və Prezidentin müvafiq fərmanının tələblərinə uyğun olaraq gətirilib. Həmin dövrdə əhalinin "Azəriqaz" İB-ya külli miqdarda borcu yaranmışdı. Abonentlərin böyük əksəriyyəti iddia edirdi ki, sayğaclaşma dövründə "Azəriqaz" İB onlara işlətmədikləri qazın pulunu borc kimi hesablayıb. Doğrudan da qurumun əməkdaşları hansı ünvana sayğac quraşdırırdısa, dərhal həmin abonentə külli miqdarda borc yazırdı. Bu kütləvi hal aldığına görə bəzi abonentlər də bundan sui-istifadə edib, qaza olan borcunu ödəmirdi ki, mənə əsassız borc yazıblar. Qarışıqlığı aradan qaldırmaq üçün Prezident 29 dekabr 2009-cu il tarixdə 207 saylı fərman imzalayaraq, 1 oktyabr 2009-cu ilə qədər əhali qrupunun qaza olan borcunu sildi. Hətta həmin dövrdə "Azəriqaz" İB 1 oktyabr 2009-cu il tarixə qədər bir sıra abonentlərə əsassız borc yazaraq guya "sildi". Əksəriyyət bundan şikayətlənməsə də, bəzi abonentlər, o cümlədən də bu sətirlərin sahibi belə halla rastlasdı və etirazını bildirdi. Amma heç bir faydası olmadı, sonda dedilər ki, onsuz da səndən heç bir xərc çıxmır, bizə isə bu lazımdır. Həmin vaxt əhalinin qaza olan borcunun silinməsi müqabilində dövlət büdcəsindən "Azəriqaz" İB-ya 327 milyon manat vəsait köçürüldü. Sözügedən fərmanda Nazirlər Kabinetinə göstəriş verilmişdi ki, əhalinin borcunun yaranmaması üçün müvafiq tədbirlər görsün. Həmin tədbirlərin ən tutarlısı isə abonent ünvanlarına Smart-kart tipli sayğacların quraşdırılması oldu. Çünki bu sayğacların iş prinsipi əvvəlcədən ödənişin edilməsinə əsaslanır və abonentin 10 kubdan artıq borcunun yaranmasına imkan verilmir. Bununla da ölkədə əhalinin qaza borcunun yaranmasına son qoyuldu.

Smart-kart sayğaclarının texniki göstəricilərinə gəldikdə isə, onun istismar müddəti 27 ildir. Hər 9 ildən bir sayğacın enerji elementi (el arasında buna "daş" deyirlər) dəyişdirilməlidir ki, klapan işləyə bilsin. Hətta Şərqi Avropa ölkələrində bu tip sayğacların 40 il də istismar olunduğu təsdiqlənib.

Azərbaycanda Smart-kart tipli sayğacların quraşdırılmasına 2012-ci ildən start verilib. Yəni ölkədə ilk quraşdırılan Smart-kart sayğacları cəmi 12 il xidmət göstərib, onların hələ 15 il qanuni istismar müddəti var. Elə isə öz xərclərini ödəyə bilməyən, dövlət dotasiyası ilə işləyən "Azəriqaz" İB nə üçün istismar müddəti bitməyən sayğacları dəyişmək qərarına gəlib?

Məsələ ilə bağlı "Azəriqaz" İB-nın mətbuat katibi Eldəniz Vəliyev mediaya açıqlamasında deyib ki, "Azəriqaz" İB dövri dövlət yoxlaması bitən sayğacları yeni sayğaclarla əvəz edir: "Bu, abonentin özünün iştirakı ilə də olur. Olur ki, əməkdaşlar bir neçə dəfə ünvana gəlirlər, mənzildən ya kimsə buna şərait yaratmır, ya kimisə görə bilmədikləri üçün məcbur qalıb yeniləyirlər. Burada başqa bir məqsəd yoxdur. Yeni, daha müasir sayğacdır. Dövri dövlət yoxlaması keçən sayğacları beş ildən bir yoxlamaya göndərməyəndə onun, ola bilsin ki, işləməsində, yazılmasında müəyyən qüsurlar əmələ gəlsin".

Smart-kart tipli sayğacların artıq istismara yararsız olduğu üçün mexaniki sayğacla əvəzlənməsinə gəldikdə isə, qurum rəsmisi suala belə cavab verib.

"Smart sayğaclar Metrologiya Departamentinə göndərilir. Metrologiya Departamenti "Azəriqaz" İB-yə aid olmayan bir qurumdur. Əvvəllər "Azəriqaz" İB-nin balansında idi, sonra Metrologiya İnstitunun tabeleyinə verildi. Yəni bu, "Azəriqaz" İB-nin səlahiyyəti çərçivəsində deyil. Onlar yoxlayıb, həmin sayğacın təkrar istismara gedib-getməyəcəyinə qərar verirlər. Biz "Azəriqaz" olaraq mexaniki, yəni sonradan ödənişli sayğacların tətbiqinə başlamışıq. Məqsədimiz daha ağıllı sayğaclara nail olmaqdır. Həmin mexaniki sayğaclara xüsusi cihazlar quraşdırılacaq, o cihazlar vasitəsilə smart tipli daha ağıllı sayğaclara nail olacağıq. Onunla onlayn ödənişlər daha rahat olacaq, bundan sonra qapını döyməyəcəklər, məsafədən oxunma, eyni zamanda, debitor borca görə avtomatik kəsilmə, debitor borc ödənilən kimi dərhal, avtomatik olaraq qazın verilişinin bərpası və bu kimi üstünlüklərə onunla nail olacağıq".

O, həmçinin, bu sayğaclarda ödəniş qayğısının olmadığını bildirib:

"Abonentə ayda bir dəfə bildiriş verilir və 30 gün müddətində bu bildirişdəki borcu ödəyirsən".

Maraqlıdır, abonentin iştirakı olmadan qaz sayğacını dəyişdirmək mümkündürmü?

Qurumdan bildirilib ki, 5 ildən bir qaz sayğaclarının götürülməsi və dövri dövlət yoxlamasının aparılması tələb olunur. Qaydalar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qoyulub. Əhali kateqoriyası sayğaclarının 5 ildən bir dövri dövlət yoxlamasının "aparılması" məcburi qaydadır.

Bu yerdə qeyd edək ki, Smart-kart sayğaclarının dövri dövlət yoxlaması yerində və vizual qaydada həyata keçrilməlidir. Bu zaman problem aşkarlanmırsa, sayğacın sökulərək müayinəyə aparılmasına ehtiyac yoxdur.

Bu qaydada göstərilib ki, "Azəriqaz" İB əməkdaşları həmin sayğacların dövriü dövlət yoxlamasını aparan zaman mütləqdir ki, ev sahibinin iştirakı təmin olunsun.

Qeyd edək ki, dövri dövlət yoxlamasının müddəti 5 il, Smart-kart sayğacların isə istismar müddəti 27 ildir. Elə isə dövri dövlət yoxlaması zamanı bu sayğac nəyə görə dəyişməlidir? Bu sayğaclar sökülmədən, vizual səkildə müayinə edilə bilir. Necə olur ki, çoxmərtəbəli mənzillərdə Smart-kart sayğacları vizual müayinə edilə bilir, amma həyət evlərində mütləq sökülub laboratoriyaya aparılmalıdır? Əsas məqsəd sayğaci "yararsız" qeyd edib, dəyişməkdir. Çoxmərtəbəli mənzillərə ona görə girişmirlər ki, o sayğaclara yaxınlaşmaq üçun abonent qapını açmalıdır. Həyət evlərində isə sayğac bayırda olduğundan istədikləri vaxt gəlib, qanunu pozaraq dəyişirlər.

Mətbuat xidmətinin məlumatında deyilir ki, biz daha müasir sayğac qoyuruq. Sayğac kukladı, dekorativ elementdi, yoxsa bəzək əşyasıdır ki, siz onu büdcə vəsaiti hesabına daha müasiri, daha gözəli ilə əvəz edirsiniz?

Yuxarıda qeyd etdiyimiz kimi, "Azəriqaz" İB dövlət dotasiyası ilə işləyir. Belə olan halda büdcə vəsaiti ilə istismar müddəti keçməyən Smart-kart sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsində maraq nədir?

Burada iki maraq var. Burincisi, sayğacların dəyişdirilməsi zamanı tender keçirilir, şirkət seçilir, buna görə büdcədən əlavə vəsait ayrılır. Sadalanan proseslərdə külli miqdarda korrupsiya elementlərinin olması hamıya aydındır. Yəni sayğacların dəyişdirilməsi artıq "Azəriqaz" İB rəhbərliyinin biznesinə, "qazanc mənbəyinə" çevrilib.

İkincisi isə, "Azəriqaz" İB prezidentin 29 dekabr 2009-cu il tarixli,  207 saylı fərmanını sabotaj etmək istəyir. Yəni yenidən mexaniki sayğaclara qayıtmaqla əhali qrupunun borclanmasına şərait yaratmaq istəyirlər. Məqsəd əhali borclanandan sonra borclu abonentlərlə müxtəlif işbirliyinə gedərək borcları şişirtmək, bu sahədə xaos yaratmaq və yenidən borcların silinməsı ücün prezidentə müraciət etməkdir. Başqa sözlə desək, "Azəriqaz" İB "suyu bulandıraraq, bulanlıq suda asanlıqla balıq tutmaq" istəyir.

Belə məsələlər üçün büdcədən vəsaitlər ayrılarkən hökumət diqqətli olmalı və israfçılığa yol verməməlidir. "Azəriqaz" İB-nın indi həyata keçirdiyi sayğacdəyişmə əməliyyatı büdcə vəsaitlərinin israf edilməsidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

22.08.2026 / 21:54
“Bakıda Azərbaycan, Özbəkistan və Türkiyə qadınlarını bir araya gətirən Birlik Gecəsi keçirilib

22.08.2026 / 20:33
Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı – Almaniya bir rus agentin izinə düşdü…

22.08.2026 / 20:07
Ukrayna ilk dəfə Rusiyada Ozon logistika mərkəzini vurdu - VİDEO

22.08.2026 / 19:44
Medvedev müharibəyə qarşı çıxan rusları hədəf aldı - Belə alçaqları bağışlamaq olmaz…

22.08.2026 / 19:27
"Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib" - Vüqar Rəhimzadə

22.08.2026 / 19:22
Əhliman Əmiraslanov: “Qərbi Azərbaycana qayıdıș Ulu öndərin formalașdırdığı milli-mənəvi bütövlük siyasətinin tərkib hissəsidir” - MÜSAHİBƏ

22.08.2026 / 18:37
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

22.08.2026 / 18:34
Memar Rizvan Qarabağlının yaradıcılığında vətənpərvərlik motivi...

22.08.2026 / 17:11
İrandan ABŞ-a açıq təhdid - güc yolu ilə onları buna məcbur edəcəyik…

22.08.2026 / 16:36
İsrail Dəməşqdə bir avtomobili vurdu…

22.08.2026 / 16:21
Xalq artisti Şükufə Yusupovanı avtomobil vurdu - vəziyyəti ağırdır...

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 11:00
Əməkdar jurnalist Nurani vəfat edib

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ