çərşənbə axşamı günü, 25 avqust 2026
     

Məktəbli qızımız ABŞ və Dubayın müsabiqəsində qızıl medal qazandı...

Image


Nəzrin Hüseynli: "Qazandığım ilk qızıl medalın sevincini, məndə yaratdığı təəssüratı sözlə ifadə edə bilmirəm" 

Bütün uşaqlar eyni cür olmur, elə uşaqlar olur ki, öz istedadları, bilik və bacarıqları ilə öz yaşıdlarınan seçilir, onlardan bir neçə addım irəlidə olurlar. Belə uşaqların düşüncəsi, fənlərə marağı, qavrayışı daha çevik olur. Azərbaycanda kifayət qədər bu cür şagirdlər var ki, onlar nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə tanınırlar. 

Bakı şəhəri 220 saylı məktəb-liseyin XI sinif şagirdi Hüseynli Nəzrin Tərlan qızı riyaziyyat, kimya və digər fənlər üzrə fərqlənən, bu yönlərdə keçirilən yerli və beynəlxalq olimpiadalarda, bilik, intellekt yarışlarında üzümüzü ağ edən balalarımızdandır. 

Nəzrinin uğur hekayəsi olduqca maraqlıdır. Oxumaqdan zövq alan, öyrənməkdən yorulub-usanmayan Nəzrin Hüseynli uşaqlıqdan meylini kitablara, oxuyub-öyrənməyə salıb. Qəhrəmanımız deyir ki, öyrəndikcə özünü daha xoşbəxt sayır və ətrafındakı uşaqların, şagirdlərin də bilikli olmasını istəyir.

Nəzrin 13 yanvar 2008-ci ildə Bakıda müəllim ailəsində dünyaya gəlib, 2014-cü ildə birinci sinifə gedib. Nəzrin deyir ki, bütün fənləri yaxşı oxusa da, amma uşaqlıqdan texniki fənlərə xüsusi sevgisi və marağı olub. "Texniki fənləri daha çox sevirəm və uşaqlıqdan ən çox bu fənlərə maraq göstərmişəm. Texniki fənləri sevməyim mənim üzümə çox qapıları açdı, müxtəlif beynəlxalq olimpiadalara qatılmaq həvəsi yaratdı. Beləliklə olimpiadalara getməyə başladım. İndiyə qədər bir neçə dəfə müxtəlif ölkələrdə keçirilən olimpiadalarda iştirak etmişəm". 

"...ABŞ tərəfindən təşkil olunan və sertifikatları dünyanın 26 ölkəsində tanınan "Copernicus olympiad"da riyaziyyat fənni üzrə qızıl medal qazandım" 

Nəzrin deyir ki, texniki fənlərə marağı, bu sahədə daha çox öyrənmək, öyrəndiyini bölüşmək istəyini gerçəkləşdirmək üçün  olimpiadalarda iştirak etmək qərarına gəlib və bunu gerçəkləşdirib. Nəzrinin uğur hekayəsinin ilk cümlələri də belə yazılmağa başlayıb. "Global Olympiad Center"in təşkilatçılığı altında keçirilən beynəlxalq olimpiadaların yerli mərhələlərində (seçim mərhələlərində) iştirak etdim və öz yaşıdlarımdan fərqlənməyi bacardım. İlk təcrübəm kimya fənni üzrə Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-ın təşkil etdiyi "Future intelligent student olympiad"da (FİSO) iştirakım oldu və qızıl medala layiq görüldüm. Bu olimpiadada qızıl medal almağım məni çox ruhlandırdı və növbəti olimpiadalarda iştirak etməyə həvəsləndirdi. Qazandığım ilk qızıl medalın sevincini, məndə yaratdığı təəssüratı sözlə ifadə edə bilmirəm. Yəni mənim üçün çox qeyri-adi bir sevinc idi. Növbəti tədris ilində isə İngiltərənin təşkil etdiyi İnternational math exam center (İMEC) riyaziyyat olimpiadasında iştirak etdim və bürünc medal qazandım. 2 ay sonra ABŞ tərəfindən təşkil olunan və sertifikatları dünyanın 26 ölkəsində tanınan "Copernicus olympiad"da riyaziyyat fənni üzrə qızıl medal qazandım". 

Nəzrin bundan başqa e-Twinning-də "Edebiyat ve sanat" layihəsi üzrə müxtəlif təqdimatlar hazırlayıb Avropa keyfiyyət nişanı əldə edib. "Həmçinin UNESCO-nun dilçilik üzrə tanıdığı yeganə olimpiada olan İnternational Linguistics Olympiad-ın seçim və yarımfinal mərhələsində iştirak edib beynəlxalq sertifikat qazanmışam. Düzdür, sizə dedim ki, texniki fənnlərə daha çox marağım var, amma humanitar fənnlər sahəsində də özümü sınamışam və uğur əldə etmişəm. Hər qazandığım uğur məni başqa bir uğura, başqa bir nailiyyətə səsləyir". 

Nəzrin bütün bunlara zəhmətlə, gecə-gündüz çalışmaqla, öz üzərində işləməklə nail olub. Əlbəttə, hər uğurun arxasında istedad, bilik, o biliyi, istedadı almaz kimi cilalayan zəhmət, əmək, bir də düzgün yönləndirmə dayanır. Təbii ki, Nəzrinin valideynləri onun bilik və bacarığının, intellektinin üzə çıxarılmasına dəstək olmasaydı, müəllimləri ona düzgün istiqamət verməsəydi, uğura gedən yolun başlanğıcını göstərməsəydi qəhrəmanımız üçün bütün bunlar əlçatmaz olardı. Nəzrinin uğurlarının  təkrarlanmasına stimul verən amillərdən biri ailəsinin daim olunla qürur duyması, onu dəstəkləməsi olub: "Ailəmin hədsiz sevinməsi və mənlə qürur duyması məni olduqca həvəsləndirirdi. Odur ki, bu nəticələrimi əldə etdiyimə görə, valideynlərimə, həmçinin bu yolda mənə dəstək olan müəllimlərimə borcluyam. Heç şübhəsiz ki, gələcəkdə də öz uğurlarımla onların ürəklərini sevindirəcəyəm".

Nəzrinin gələcək arzularına gəlincə, o, mühəndislik üzrə təhsil almaq, kimya mühəndisi olmaq istəyir.  Bakalavr təhsilini Bakı Ali Neft Məktəbində, magistraturanı isə Amerikada və ya İngiltərədə oxumaq arzusundadır. Nəzrin kimya mühəndisi kimi yüksək səviyyədə yetişmək və dövlətimizə fayda vermək niyyətindədir. Azərbaycanın işıqlı sabahını düşünən və o sabahı qurub-yaradanlardan biri də Nəzrin olacaq. Buna şübhəmiz yoxdur. 220 saylı məktəb-liseyin XI sinif şagirdi Nəzrin Hüseynli bilik sahəsində daha böyük nailiyyətlər qazanacaq və onun uğur hekayəsi günü-gündən zənginləşəcək.

İstedadlı, bilikli şagirdlərimiz sözün həqiqi mənasında bizim sərvətimizdir və onların uğur hekayəsi, qazandıqları nailiyyətlər başqa uşaqlar, şagirdlər üçün də stimulverici, həvəsləndirici bir vasitədir. Bu gün Nəzrin Hüseynli kimi şagirdlər öz məkəblərində neçə-neçə şagirdə örnək olaraq göstərilir. Bunun isə böyük mənəvi-tərbiyəvi əhəmiyyəti var. Nəzrin tam bir özgüvənli yeniyetmələrdəndir və belə şagirdlər gələcəkdə xalqımızın da güvənini qazanan, ona layiq olan bir şəxsiyyət kimi özünü təsdiqləyə biləcək...

Bu il Nəzrinin həyatında əlamətarlıqları ilə yadda qalacaq, o, orta məktəbi bitirib ali məktəbə imtahan verəcək. İnanırıq ki, o bu imtahanı da uğurla verib Ali Neft Məktəbinin tələbəsi olacaq... Uğurlar Nəzrin, yolun açıq olsun!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:47
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ