Bazar günü günü, 08 noyabr 2026
     

124 saylı məktəblə bağlı anonim zəng hüquq-mühafizə orqanlarında araşdırılsın...

Image


Son günlər müxtəlif KİV-də Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəblə bağlı xoşagəlməz məlumatlar yayılıb.  

Qaynarinfo-nun yaydığı məlumata görə, bu sayta  məktəbin bir qrup müəlliminin adından şikayət daxil olub və onlar bu məktəbin direktoru Adil Əliyevin fəaliyyətindən narazılıq ediblər. Qeyd olunur ki, müəllimlər işlərini itirməmək üçün adlarının açıqlanmasını istəmirlər. 

Onların sözlərinə görə, direktor Adil Əliyev dərs saatlarını düzgün bölmür. Bölgü daha çox müəyyən şərtlər müqabilində olur, lakin bununla belə, direktor vəd etdiyi saatları da vermir. 

Sayt yazır ki, müəllimlər narazıılıq edəndə isə qərəzli şəkildə həmin saatları vakansiyaya çıxarır. "Araşdırma aparılsa, üzə çıxacaq ki, həmin fənlərə müəllim ehtiyacı olmadığı halda 13 vakansiya verilib. Müəllimlər haqqında olmayan sözlər danışaraq münaqişə yaradır, şəxsi-qərəzlik edir. Şəxsi münasibətlərini iş prosesinə yansıdaraq müəllimləri incidir", deyə şikayətçilər iddia edib. 

Onlar bildiriblər ki, Elm və Təhsil Nazirliyi məktəbə komissiya göndərib şikayətləri araşdıra bilər. Eyni zamanda qeyd olunur ki, Adil Əliyevin 65 yaşı tamam olub. O, təqaüdə göndərilməli olsa da, parlament seçkilərində komissiya sədri olduğu üçün müqaviləsinin vaxtı 4 sentyabr 2024-cü ilə qədər uzadılıb. "Direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilib", deyə müəllimlər vurğulayıb. 

Qaynarinfo məsələ ilə bağlı 124 nömrəli məktəblə əlaqə saxlayıb. Direktor müavini Gülnar Qədirova iddiaların əsassız olduğunu bildirib: "Əgər düz danışırlarsa, niyə adlarının çəkilməsini istəmirlər? Şikayət edirlər, amma anonim şəkildə. ATV kanalı da gəlmişdi, müsahibə verdim və ittihamların əsassız olduğunu bildirdim. Deyilənlər hamısı yalandır. Adil müəllim yaşlı adamdır, qısa müddətdən sonra vəzifədən gedəcək. Heç kimi incitmir, dərsləri də düzgün bölür".  

124 nömrəli tam orta məktəblə bağlı digər məlumat isə Azad Azərbaycan Televiziya (ATV) kanalında yayımlanıb.  Kanaldan bildirilib ki, sözügedən məktəbdə pul yığıldığı iddia olunur və 

bununla bağlı şikayət ATV-nin "qaynar xətt"inə daxil olub. Qeyd olunur ki, pul müəllimlərin ehtiyacı və təmir üçün yığılır. ATV-yə görə, şikayətçi qeyd edib ki, onun bir övladından 25, digərindən isə 15 manat pul istənilib. 

124 saylı məktəbin təmsilçisi isə  iddiaların doğru olmadığını deyib. "Qeyd olunan məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılıb və valideynlərlə görüş keçirilib, irəli sürülən iddiaların əsassız olduğu aydınlaşıb. Valideynlər də belə bir təşəbbüsün olmadığını qeyd ediblər"-deyə məktəbdən verilən məlumatda bildirilib. 

124 saylı məktəbdə nə baş verir? 

BŞTH: "Anonim zəng olub, bununla bağlı da məktəb cavab verib" 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTH) ilə əlaqə saxladıq. BŞTH-dan "Bakı-Xəbər"ə "anonim zəng olub və bununla bağlı da məktəb cavab verib"-deyə bildirdilər. 

Sözügedən kanal valideynləri danışdırıb, onlar məktəbdə belə bir hal olmadığını deyiblər. Məktəbin direktoru da açıqlama verərək bildirib ki, bütün müəllimlərlə danışıb və belə bir məsələnin baş vermədiyini qeyd edib. Maraqlıdır, bir valideyn də etiraf etmir ki, sözügedən məktəbdə indiyə qədər belə hadisə baş verib. Əgər iddialar doğru deyilsə və mətbuatda yayılan məlumatlar anonim şəxs tərəfindən mediaya ötürülübsə və bu özünün təsdiqini tapmırsa, onda bu anonim zəngi araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. 

Təbii ki, ATV kanalı kadrları müvafiq orqanlara verməlidir və aidiyyəti orqanlar da bunu araşdırıb, gerçəyi üzə çıxarmalıdır. 

Bütün valideynlər, müəllimlər, direktor "belə şey olmayıb" deyir, amma bir anonim zənglə o boyda məktəbin adını biabır edirlər, bu isə qətiyyən  düzgün yanaşma deyil. Bu məsələni kökündən araşdırıb sonra efirə çıxarmaq daha effektiv olardı.  Əgər bunun tam aydınlaşmasını istəyirsə ATV kanalı buyurub həmin kadrları, həmin o səsi hüquq-mühafizə orqanlarına təqdim etsin. Bu anonim zəngi edən adamın kimliyi araşdırılsın. Bəlkə kiminsə 124 saylı məktəblə, onun rəhbərliyi ilə problemi var, onları qaralamaq üçün belə edir? Yaxud bəlkə sözgedən kanalın əməkdaşlarından kiminsə 124 saylı məktəbdə xoşuna gəlməyən bir şey olub onları qaralamaq, qorxutmaq istəyiblər, burada ən müxtəlif variantlar var və bu variantların hansı biridirsə, bu araşdırılmalı, aydınlaşdırılmalıdır . Tutaq ki, hansısa bir məktəbdən anonim zəng gəlib və iddia olunub ki, orada pul alırlar, telekanal da götürüb bunu efirə verir, sonra da məlum olur ki, belə şey yoxdur, bu yalandır. Onda həmin media qurumunun imici zədələnir, ona tamaşaçı etimadı azalır. Hansısa bir məsələni araşdırmadan, gerçəyi öyrənmədən onu ictimailəşdirmək, efirə vermək ziyanlı bir haldır. Efirdə belə araşdırma olur? 

Bu araşdırma o zaman başa çatacaq ki, məktəbdən şikayət edən o anonim valideynin kimliyi üzə çıxarılsın. O kimdir, kimə bağlıdır? Bu valideyn idarə olunur, olunmur? Bəlkə o valideyn təxribatçıdır, bəlkə onu kimlərsə öyrədib məktəbin üstünə salıb? Bu adamı bəlkə kimlərsə öyrədib Azərbaycanın kütləvi informasiya vasitələrini, televiziyalarını, saytlarını hörmətdən salmaq istəyir? Bəlkə bu bizim mətbuatı nüfuzdan salmağa xidmət edən bir göstərişdir? Yəni araşdırılmamış bir məsələnin bu şəkildə işıqlandırılması, sonra da onun həqiqət olmadığının üzə çıxması həmin media qurumlarını pis vəziyyətə salır. Belə mediaçılıq olmaz və bu. medainın nüfuzuna kölgə salan amillərdir. 

Kamran Əsədov: "Şikayətin doğruluğu sübut olunmayıbsa və mediada geniş şəkildə yayılırsa..." 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da münasibətini öyrəndik. K.Əsədov  "Bakı-Xəbər"ə bildirdi ki, anonim şikayətlərin mediada işıqlandırılması mürəkkəb və həssas bir məsələdir. "Bir tərəfdən bu, bəzi problemlərin cəmiyyətə çatdırılmasında və onların həlli üçün ictimai təzyiqin yaradılmasında rol oynaya bilər. Digər tərəfdən isə, anonim şikayətlər məktəb, müəllimlər və şagirdlər üzərində ciddi mənfi təsir yarada bilər, xüsusən də sübut olunmamış və ya əsassız ittihamlarla qarşılaşdıqları zaman"-deyə bildirdi.

K.Əsədov hesab edir ki, burada məsələnin müsbət tərəfləri də var, xüsusən də problemlərin üzə çıxarılması baxımından. Anonim şikayətlər, bəzi hallarda şikayətçilərin cəzalanma və ya təzyiq altında qalmaq qorxusu səbəbindən açıq şəkildə danışa bilmədiyi problemləri işıqlandıra bilər. Bu, xüsusilə sistemli problemlərin cəmiyyətin diqqətinə çatdırılmasında faydalı ola bilər.

İctimai nəzarət: medianın anonim şikayətləri işıqlandırması təhsil sistemindəki problemlərə dair ictimai nəzarəti gücləndirə və məsuliyyət hissini artıra bilər. Bəzi hallarda bu, müsbət dəyişikliklərə səbəb ola bilər.

Məsələnin mənfi tərəfləri:

Reputasiyaya zərbə: anonim şikayətlər müəllimlərin, məktəblərin və şagirdlərin nüfuzuna ciddi zərər vura bilər. Şikayətin doğruluğu sübut olunmayıbşsa və mediada geniş şəkildə yayılırsa, bu, yanlış anlaşılmalara, etibarın itirilməsinə və hətta təhsil mühitində gərginliyin artmasına gətirib çıxara bilər.

Psixoloji təsir: şagirdlər və müəllimlər mediada yayılan anonim ittihamlar qarşısında özlərini təzyiq altında hiss edə bilər, bu isə onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu cür şikayətlər təhsil mühitində narahatlıq və motivasiya itkisi yarada bilər.

Ədalətsizlik riski: anonim şikayətlərin əsassız olması hallarında günahsız insanların haqsız ittihamlarla üzləşməsi mümkündür. Belə hallar təhsil müəssisələri arasında mənfi münasibətlərin yaranmasına və əməkdaşlığın zəifləməsinə səbəb ola bilər.

Müqayisə üçün dünya təcrübəsini də qeyd edim: bir çox ölkədə anonim şikayətlərə yanaşmalar fərqlidir. Məsələn, bəzi ölkələrdə mediada anonim şikayətlərin yayılması xüsusi diqqətlə idarə olunur və sübut olunmuş məlumatlar olmadan bu cür xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulur. Digər tərəfdən, bəzi ölkələrdə korrupsiya və ya digər sistemli problemlərlə mübarizə üçün anonim məlumatların ictimailəşdirilməsi əsas vasitə kimi istifadə edilir.

Nəticə olaraq, anonim şikayətlərin mediada işıqlandırılması diqqətli yanaşma tələb edir. Bu cür xəbərlər yayıldıqda, həm cəmiyyətin məlumatlandırılması, həm də məktəb və təhsil sistemindəki şəxslərin hüquqlarının qorunması arasında balans saxlanılmalıdır. Şikayətlər araşdırılmadan əvvəl əsassız ittihamların yayılmaması və zərərli nəticələrə yol açılmaması üçün daha çox diqqət göstərilməlidir"-deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ