Cümə günü, 19 iyun 2026
     

124 saylı məktəblə bağlı anonim zəng hüquq mühafizə orqanlarında araşdırılsın...

Image


BŞTH: "Anonim zəng olub, bununla bağlı da məktəb cavab verib"

Kamran Əsədov: "Şikayətin doğruluğu sübut olunmamışsa və mediada geniş şəkildə yayılırsa..."


Son günlər müxtəlif KİV-lərdə  Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəblə bağlı xoşagəlməz məlumatlar yayılıb.  Qaynarinfo-nun yaydığı məlumata görə, bu sayta  məktəbin bir qrup müəlliminin adından şikayət daxil olub və onlar bu məktəbin direktoru Adil Əliyevin faəliyyətindən narazılıqlıq ediblər. Qeyd olunur ki, müəllimlər işlərini itirməməsi üçün adlarının açıqlanmasını istəmirlər. 

Onların sözlərinə görə, direktor Adil Əliyev dərs saatlarını düzgün bölmür. Bölgü daha çox müəyyən şərtlər müqabilində olur, lakin, bununla belə direktor vəd etdiyi saatları da vermir. 

Sayt yazır ki, müəllimlər narazıılıq edəndə isə qərəzli şəkildə həmin saatları vakansiyaya çıxarır. "Araşdırma aparılsa, üzə çıxacaq ki, həmin fənlərə müəllim ehtiyacı olmadığı halda 13 vakansiya verilib. Müəllimlər haqqında olmayan sözlər danışaraq münaqişə yaradır, şəxsi-qərəzilik edir. Şəxsi münasibətlərini iş prosesinə yansıdaraq müəllimləri incidir", deyə şikayətçilər iddia edib. 

Onlar bildib ki, Elm və Təhsil Nazirliyi məktəbə komissiya göndərib şikayətləri araşdıra bilər. Eyni zamanda qeyd olunur ki, Adil Əliyev 65 yaşı tamam olub. O, təqaüdə göndərilməli olsa da, parlament seçkilərində komissiya sədri olduğu üçün müqaviləsinin vaxtı 4 sentyabr 2024-cü ilə qədər uzadılıb. "Direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilib", deyə müəllimlər vurğulayıb. 

Qaynarinfo məsələ ilə bağlı 124 nömrəli məktəblə əlaqə saxlayıb. Direktor müavini Gülnar Qədirova iddiaların əsassız olduğunu bildirib: "Əgər düz danışırlarsa, niyə adlarının çəkilməsini istəmirlər? Şikayət edirlər, amma anonim şəkildə. ATV kanalı da gəlmişdi, müsahibə verdim və ittihamların əsassız olduğunu bildirdim. Deyilənlər hamısı yalandır. Adil müəllim yaşlı adamdır, qısa müddətdən sonra vəzifədən gedəcək. Heç kimi incitmir, dərsləri də düzgün bölür".  

124 nömrəli tam orta məktəblə bağlı digər məlumat isə Azad Azərbaycan Televiziya (ATV) kanalında yayımlanıb.  Kanaldan bildirilib ki, sözügedən məktəbdə pul yığıldığı iddia olunur və bununla bağlı şikayət ATV-nin "qaynar xətti"nə daxil olub. Qeyd olunur ki, pul müəllimlərin ehtiyacı və təmir üçün yığılır. ATV-yə görə, şikayətçi qeyd edib ki, onun bir övladından 25, digərindən isə 15 manat pul istənilib. 

124 saylı məktəbin təmsilçisi isə  iddiaların doğru olmadığını deyib. "Qeyd olunan məsələ bağlı məktəbdaxili araşdırma aparılıb və valideynlərlə görüş keçirilib, irəli sürülən iddiaların əsassız olduğu aydınlaşıb. Valideynlər də belə bir təşəbbüsün olmadığını qeyd ediblər"-deyə məktəbdən verilən məlumatda bildirilib. 

124 saylı məktəbdə nə baş verir?

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTH) ilə əlaqə saxladıq. BŞTH-dan "Bakı-Xəbər"ə "anonim zəng olub və bununla bağlı da məktəb cavab verib"-deyə bildirdilər.  Sözügedən kanal valideynləri danışdırıb, onlar məktəbdə belə bir hal olmadığını deyiblər. Məktəbin direktoru da açıqlama verərək bildirib ki, bütün müəllimlərlə danışıb və belə bir məsələnin baş vermədiyini qeyd edib. Maraqlıdır, bir valideyn də etiraf etmir ki, sözügedən məktəbdə indiyə qədər belə hadisə baş verib. Əgər iddialar doğru deyilsə və mətbuatda yayılan məlumatlar anonim şəxs tərəfindən mediaya ötürülübsə və bu özünün təsdiqini tapmırsa, onda bu anonim zəngi araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.  Təbii ki, ATV kanalı kadrları müvafiq orqanlara verməlidir və aidiyyəti orqanlar da bunu araşdırmalıdır, gerçəkliyi üzə çıxarmalıdır. 

Bütün valideynlər, müəllimlər, direktor "belə şey olmayıb" deyir, amma bir anonim zənglə o boyda məktəbin adını biabır edirlər, bu isə qətiyyən  düzgün yanaşma deyil. Bu məsələni kökündən araşdırıb sonra efirə çıxarmaq daha effektiv olardı.  Əgər bunun tam aydınlaşmasını istəyirsə ATV kanalı buyurub həmin kadrları, həmin o səsi hüquq-mühafizə orqanlarına təqdim etsin. Bu anonim zəngi edən adamın kimliyi araşdırılsın. Bəlkə kiminsə 124 saylı məktəblə, onun rəhbərliyi ilə problemi var, onları qaralamaq üçün belə edir? Yaxud bəlkə sözgedən kanalın əməkdaşlarından kiminsə 124 saylı məktəbdə xoşuna gəlməyən bir şey olub onları qaralamaq, qorxutmaq istəyiblər, burada ən müxtəlif variantlar var və bu varinatların hanısa biridirsə, bu araşdırılmalı, aydınlaşdırılmalıdır . Tutaq ki, hansısa bir məktəbdən anonim zəng gəlib və iddia olunub ki, orada pul alırlar, telekanal da götürüb bunu efirə verir, sonra da məlum olur ki, belə şey yoxdur, bu yalandır. Onda həmin media qurumunun imici zədələnir, ona tamaşaçı etimadı azalır. Hansısa bir məsələni araşdırmadan, gerçəyi öyrənmədən onu ictimailəşdirmək, efirə vermək ziyanlı bir haldır. Efirdə belə araşdırma olur? 

Bu araşdırma o zaman başa çatacaq ki, məktəbdən şikayət edən o anonim valideynin kimliyi üzə çıxarılsın. O, kimdir, kimə bağlıdır? Bu valideyn idarə olunur, olunmur? Bəlkə o valideyn təxribatçıdır, bəlkə onu kimlərsə öyrədib məktəbin üstünə salıb? Bu adamı bəlkə kimlərsə öyrədib Azərbaycanın kütləvi informasiya vasitələrini, televiziyalarını, saytlarını hörmətdən salmaq istəyir? Bəlkə bu bizim mətbuatı nüfuzdan salmağa xidmət edən bir göstərişdir? Yəni araşdırılmamış bir məsələnin bu şəkildə işıqlandırılması, sonra da onun həqiqət olmadığının üzə çıxması həmin media qurumlarını pis vəziyyətə salır. Belə mediaçılıq olmaz və bu medainın nüfuzuna kölgə salan amillərdir. 

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun da münasibətini öyrəndik. K.Əsədov  "Bakı-Xəbər"ə bildirdi ki, anonim şikayətlərin mediada işıqlandırılması mürəkkəb və həssas bir məsələdir. "Bir tərəfdən, bu, bəzi problemlərin cəmiyyətə çatdırılmasında və onların həlli üçün ictimai təzyiqin yaradılmasında rol oynaya bilər. Digər tərəfdən isə, anonim şikayətlər məktəb, müəllimlər və şagirdlər üzərində ciddi mənfi təsir yarada bilər, xüsusən də sübut olunmamış və ya əsassız ittihamlarla qarşılaşdıqları zaman"-deyə bildirdi.

K.Əsədov hesab edir ki, burada məsələnin müsbət tərəfləri də var, xüsusən də problemlərin üzə çıxarılması baxımından. Anonim şikayətlər, bəzi hallarda şikayətçilərin cəzalanma və ya təzyiq altında qalmaq qorxusu səbəbindən açıq şəkildə danışa bilmədiyi problemləri işıqlandıra bilər. Bu, xüsusilə sistemli problemlərin cəmiyyətin diqqətinə çatdırılmasında faydalı ola bilər.

İctimai nəzarət: Medianın anonim şikayətləri işıqlandırması təhsil sistemindəki problemlərə dair ictimai nəzarəti gücləndirə və məsuliyyət hissini artıra bilər. Bəzi hallarda bu, müsbət dəyişikliklərə səbəb ola bilər.

Məsələnin mənfi tərəfləri:

Reputasiyaya zərbə: Anonim şikayətlər müəllimlərin, məktəblərin və şagirdlərin nüfuzuna ciddi zərər vura bilər. Şikayətin doğruluğu sübut olunmamışsa və mediada geniş şəkildə yayılırsa, bu, yanlış anlaşılmalara, etibarın itirilməsinə və hətta təhsil mühitində gərginliyin artmasına gətirib çıxara bilər.

Psixoloji təsir: Şagirdlər və müəllimlər mediada yayılan anonim ittihamlar qarşısında özlərini təzyiq altında hiss edə bilər, bu isə onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu cür şikayətlər təhsil mühitində narahatlıq və motivasiya itkisi yarada bilər.

Ədalətsizlik riski: Anonim şikayətlərin əsassız olması hallarında günahsız insanların haqsız ittihamlarla üzləşməsi mümkündür. Belə hallar təhsil müəssisələri arasında mənfi münasibətlərin yaranmasına və əməkdaşlığın zəifləməsinə səbəb ola bilər.

Müqayisə üçün dünya təcrübəsini də qeyd edim: Bir çox ölkədə anonim şikayətlərə dair yanaşmalar fərqlidir. Məsələn, bəzi ölkələrdə mediada anonim şikayətlərin yayılması xüsusi diqqətlə idarə olunur və sübut olunmuş məlumatlar olmadan bu cür xəbərlərin yayılmasına məhdudiyyətlər qoyulur. Digər tərəfdən, bəzi ölkələrdə korrupsiya və ya digər sistemli problemlərlə mübarizə üçün anonim məlumatların ictimailəşdirilməsi əsas vasitə kimi istifadə edilir.

Nəticə olaraq, anonim şikayətlərin mediada işıqlandırılması diqqətli yanaşma tələb edir. Bu cür xəbərlər yayıldıqda, həm cəmiyyətin məlumatlandırılması, həm də məktəb və təhsil sistemindəki şəxslərin hüquqlarının qorunması arasında balans saxlanılmalıdır. Şikayətlər araşdırılmadan əvvəl əsassız ittihamların yayılmaması və zərərli nəticələrə yol açılmaması üçün daha çox diqqət göstərilməlidir"-deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

Tramp dünyanı yenə heyrətləndirdi...

SON XƏBƏRLƏR

19.06.2026 / 20:10
Trampın "mənə yalvardı" iddiaları Melonini qəzəbləndirdi – XİN başçısı ABŞ səfərini ləğv etdi

19.06.2026 / 19:51
Azərbaycan-Ermənistan sərhədində zəlzələ...

19.06.2026 / 19:38
Xamenei ABŞ-la razılaşmanı bir ŞƏXSİN xahişindən sonra qəbul etdi...

19.06.2026 / 19:17
Rusiya ABŞ və Fransa kimi düşmənlərin Ermənistanda hərbi təliminə susdu...

19.06.2026 / 19:03
Ekoloji koalisiya Ermənistanda keçiriləcək COP17 sammitinin iştirakçılarına müraciət etdi

19.06.2026 / 18:49
İslam İnkişaf Bankı Qrupunun toplantıları çərçivəsində 32 saziş imzalandı..

19.06.2026 / 18:36
Hörmüzün açılması neftin qiymətinə və dolların nüfuzuna maraqlı təsir göstərdi...

19.06.2026 / 18:15
Abituriyentlərin 40 faizə yaxını imtahanlarında 200-dən az bal toplayıb...

19.06.2026 / 18:01
Kılıçdaroğlu Dəniz Baykala qarşı intim video komplosu ilə necə CHP başqanı oldu? – Vikiliks açır...

19.06.2026 / 17:46
Ceyhun Bayramov Almaniya səfiri Horlemannı qəbul edib

19.06.2026 / 17:36
Paşinyan 7 iyun seçkidən sonra Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişir...

19.06.2026 / 17:32
Ermənistan kömək üçün Avropanın qapısında rəsmi "əl açıb"...

19.06.2026 / 17:23
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib

19.06.2026 / 17:23
Ermənistanda müxaliflərin kütləvi həbs mərhələsi başladı...

19.06.2026 / 17:16
Dünyada gübrə bahalaşır, amma ölkəmizin gübrə gəliri azalır... Niyə?

19.06.2026 / 17:11
Trampın “daha yaxşı” dediyi İran razılaşmasının Obama sazişindən ciddi fərqi yox imiş ki...

19.06.2026 / 17:03
Moskvada azərbaycanlı biznesmenlərin bazarını Ukrayna vurmadı -iddia...

19.06.2026 / 16:50
Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu

19.06.2026 / 16:31
Süni intellektin yayılması Azərbaycan ombudsmanı qarşısında tələblər qoydu...

19.06.2026 / 16:05
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı - FOTO

19.06.2026 / 15:47
Netanyahu yenə meydan oxudu - “İsrail qoşunları Livandan çıxmayacaq…”

19.06.2026 / 15:41
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi... - FOTO

19.06.2026 / 15:34
Lavrov NATO-Rusiya danışıqlarını aldadıcı taktika adlandırdı - “…diplomatik örtükdür”…

19.06.2026 / 15:07
Daha 80 nəfər Xankəndi və Ağdərəyə köçdü...

19.06.2026 / 14:59
NATO və ABŞ şübhəli şəkildə razılaşdılar - 3.0 konsepsiyası...

19.06.2026 / 14:48
Bəzi sahibkarlara elektrik qoşulması üçün dövlət dəstəyi veriləcək

19.06.2026 / 14:46
Məktəbəqədər təhsildə yeni model tətbiq ediləcək - Prezident fərman imzaladı...

19.06.2026 / 14:42
İsraildə Trampa qarşı təhqiramiz media kampaniyası başladıldı - "80 yaşlı uşaq"...

19.06.2026 / 14:41
“Vətənpərvərlər Maarifləndirmə” İB-yi 18 iyunda Milli Qəhraman Mübariz İbrahimovun anım gününə həsr olunmuş tədbir keçirib

19.06.2026 / 13:58
Benzin və dizeldən imtinaya çağıran sanballı dövlət başçılarından kim(lər) elektromobildə gəzir?..

19.06.2026 / 13:32
Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı 30 mini keçdi...

19.06.2026 / 13:18
14 bəndlik razılaşmanı kim üddü - Tramp, ya Xamenei?..

19.06.2026 / 13:11
Prezident "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqlədi

19.06.2026 / 13:10
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi

19.06.2026 / 13:03
Media ilə bağlı qanun layihəsi ilk oxunuşda təsdiqləndi...

19.06.2026 / 12:49
Reuters: “SEPAH İraqda Körfəz ölkələrinə qarşı gizli qruplar yaradıb”

19.06.2026 / 12:46
CNN:ABŞ və İran memorandumu üçün gizli icra planları hazırlanır

19.06.2026 / 12:16
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTO

19.06.2026 / 11:57
Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur...

19.06.2026 / 11:46
"Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır" - Prezidentin köməkçisi

19.06.2026 / 11:30
ABŞ ordusu Sakit Okeanda daha bir narkoticarət gəmisini "ovladı"

19.06.2026 / 11:24
Özəl yeni partiya yaratmaq istəmədiyini dedi - amma qurultay tələbi keçməzsə...

19.06.2026 / 11:11
Şəmkirdə aqrar sahəyə dair regional müşavirə keçirilir

19.06.2026 / 08:52
Vens İsveçrəyə getməyəcək - səbəb Livanla bağlıdır?..

19.06.2026 / 08:45
Sənətçi etiraz etdi - “Xəbərim yoxdu…”

19.06.2026 / 08:30
Vensdən İsrailə xəbərdarlıq - “Tramp sizin yeganə müttəfiqinizdir…”

18.06.2026 / 23:28
Düşmənə sipər və üzü... Naxşıvan diyarına baxan dağlar....

18.06.2026 / 23:14
Vüsalın Vətən sevgisi həyatı üçün istinad yeridir...

18.06.2026 / 22:50
Prezidentin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

18.06.2026 / 21:53
Ermənistanın revanşçı müxalifəti “Qarabağ iddialarını” yenidən rəsmən qaldırdı...

18.06.2026 / 21:19
Böyük 7-lər Trampın Ukrayna siyasətinin dəyişdiyini yekun bəyanata daxil etdilər...

18.06.2026 / 20:31
Erməni məhsulları Avropa bazarına “su kimi axacaq” - ildə 420 milyon...

18.06.2026 / 19:37
Netanyahu Trampı saymadı – Livandan geri çəkilməyəcəyik...

18.06.2026 / 19:22
Bəzi ixracatçı sahibkarlar Azərbaycan dövlətindən əlavə pul alacaqlar...

18.06.2026 / 19:05
Zaxarova Kallasın açıqlamasını absurd adlandırdı

18.06.2026 / 18:41
Ermənistanın KTMT-də səsvermə hüququ ləğv edilə bilər...

18.06.2026 / 18:14
Rusiya Ermənistana nota verdi – “çaşqınlıq içindəyik”...

18.06.2026 / 17:57
Müəllimlərin geyim forması ilə bağlı yeni standartlar bəzən yanlış başa düşülür...

18.06.2026 / 17:53
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

18.06.2026 / 17:40
Azərbaycanın kamandan oxatma üzrə idmançısı IV Avropa Oyunlarında iştirak etmək üçün kvota qazanıb

18.06.2026 / 17:35
"Saxta profillər rəqəmsal mühitdə ən ciddi təhlükələrdən biridir" - DİN rəsmisi

18.06.2026 / 17:22
Rusiyanın İranla aviasiya ticarəti yenidən qızışdı... Hələlik 20 helikopter...

18.06.2026 / 17:16
Avropadan Ukraynaya hərbi təyyarələrin yeni axını başladı...

18.06.2026 / 16:59
20 il idarə etdiyi müəssisəni "Korrupsiya" yoxlayır, özünə yeni vəzifə verirlər - MÜƏMMA...

18.06.2026 / 16:52
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri Bakıda müzakirə edildi

18.06.2026 / 16:44
Tramp Yaxın Şərqi şiə-sünni müharibələrinə çəkir - "Böyük 7-lər" niyə susdu...

18.06.2026 / 16:27
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib

18.06.2026 / 16:19
Tramp İranı hər an yenidən bombalayacağını bəyan etdi...

18.06.2026 / 16:00
Məhkəmə qərarı ilə partiya başqanlığına gətirilmiş Kılıçdaroğlu qurultaydan niyə qorxur?..

18.06.2026 / 15:56
Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

18.06.2026 / 15:31
"Trampla İranın gizli razılaşdıqları başqa bir mətn var" - İddia...

18.06.2026 / 15:19
Abşeronda elektrik naqillərini oğurlayan dəstə ifşa edildi

18.06.2026 / 15:00
Ermənistanın Avropa planı Rusiyanın Türkiyə ilə dəmiryolu bağlantısını gündəmdən silir...

18.06.2026 / 14:40
Paşinyan Aİİ-nin Hökumətlərarası Şurasının iclasında iştirak edəcək

18.06.2026 / 14:37
İki qadının "eqo savaşı" Avropa İttifaqını yaman günə qoyacaq...

18.06.2026 / 14:23
Kılıçdaroğlu öz oğlunun da dəstəyini ala bilmir...

18.06.2026 / 14:13
Tramp İranla saziş imzalanma planını gözlənilmədən dəyişdi...

18.06.2026 / 14:03
47 illik düşmənçilik, 119 günlük müharibədən sonra ilk ABŞ-İran sazişi... – TAM MƏTN...

18.06.2026 / 13:51
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” keçiriləcək

18.06.2026 / 13:44
"Ermənistan rəhbərliyi soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır" - Əziz Ələkbərli

18.06.2026 / 13:36
Rusiya bazarlarından qaçan Ermənistanın Avropada da işi gətirməyə bilər...

Prezidentin aqrar müşavirəsi liberal iqtisadiyyat yolunda yeni mərhələ açır...

XƏBƏR ARXİVİ