Bazar günü günü, 08 noyabr 2026
     

Qədim tibb kitabları Müzafəddin Əzizovun tərcüməsində...

Image


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bir çox qədim tibbi əlyazmalar saxlanılır ki, zaman keçdikcə, institutumuzun əməkdaşları tərəfindən nəşrə hazırlanır, çap olunub oxuculara çatdırılır. İnstitutumuzun zəhmətkeş əməkdaşlarından biri də mərhum mətnşünas, ərəbşünas, tərcüməçi Hacı Müzafəddin Əzizovdur. Bu yazımızda onun bir neçə kitabından bəhs etmək istəyirik.

Dövrünün tanınmış alim və tərcüməçisi İshaq ibn Hüneynin "Sadə dərmanlar kitabı" Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru f.e.d. Nəsib Göyüşovdur. Hacı Müzafəddin Əzizov kitaba yazdığı "Ön söz"də İshaq ibn Hüneynin (830-910) Hirədə doğulduğunu, Bağdadda vəfat etdiyini, onun həkim kimi yetişməsində atası Hüneyn ibn İshaqın böyük rolu olduğunu, Bağdadda yaşıb-yaratdığını, ərəb, fars, yunan, siryani dillərini gözəl bildiyini, saray həkimi vəzifəsinə kimi yüksəldiyini, Yunan və Roma təbiblərinin sadə dərmanlar haqqındakı fikirlərini toplayıb ərəb dilinə tərcümə edərək bu kitabı ərsəyə gətirdiyini qeyd edərək yazır: "Bu əlyazmanın bir nüsxəsi Əlyazmalar İnstitutunda B-5409 şifrəsi altında saxlanılır və onun sanballı əsərlərindən sayılır. Kiçik formatlıdır, hər səhifəsi 14 sətirdən ibarət olub, həcmi 205 səhifədir. Kolofonu yoxdur. Tərtibatı çox sadə, mətni aydın, kifayət qədər oxunaqlı, kalliqrafik nəsx xəttilə köçürülmüşdür. Babaların, istinad edilən alimlərin (Hippokrat, Calinus, Qalen...) adları qırmızı rənglə yazılmışdır".

Kitabda dərmanlar əlifba sırası ilə verilmişdir və əsər hərflərə görə 26 baba bölünmüşdür. Kitabın maraqlı tərtibatı vardır; müəllif bir dərmanın adını yazmış, sonra bir neçə alim təbibin həmin dərman haqqındakı fikrini vermişdir. Burada Dioskrid, Eginalı Pavel, Məğis, Andromax, Qalen, İryasus, Hippokrat, Ruf, Arxigen, Bucanəs, Fərfuryus, Masus, Quləs, Zəbucanis, Qərqubus, Sokrat, Bənaduq, Calinus kimi alimlərin fikirləri yer alır. Müxtəlif mənbələrdən istifadə etdiyi üçün müəllif həm Qalen, həm də Calinus yazmışdır. Müəllif təcrübə etdiyi dərmanlarda öz adını da qeyd etmişdir. Kitab tibb tarixinin öyrənilməsi üçün dəyərli mənbədir.

Hacı Müzafəddin Əzizovun növbəti tərcümələri Əbu Bəkir Məhəmməd ibn Zəkəriyya ibn Yəhya ər-Razinin əsərləridir. Razinin "Ət-tibbül-Mənsuri" ("Mənsur təbabəti") adlı əsəri Elmi Şuranın qərarı, Valeh Vəliyevin redaktorluğu ilə "Elm və təhsil" nəşriyyatında nəşr olunmuşdur. Kitabın "ön söz"ündə tarixə qısa ekskursiya edən, antik yunan və Roma alimlərinin təbabət haqqındakı əsərlərini mütaliə edib, onlara tənqidi yanaşaraq yeni əsərlər yazan alimlərin fəaliyyətini xüsusi vurğulayan müəllif yazır: "Belə alimlərdən birisi Əbu Bəkr Məhəmməd ər-Razidir. İslam dünyasının Calinusu və müsəlmanların baş həkimi adı ilə dünyada şöhrət qazanmış M.ər-Razi 240 h./854 m. İlində Tehran yaxınlığında Rey şəhərində anadan olmuş və 313 h./925 m. İlində orada da vəfat etmişdir. Böyük filosof, təbib, əczaçı alim, kimyagər, riyaziyyatçı və musiqiçi kimi şöhrət qazanmış M.ər-Razi yaradıcılığa Bağdadda başlamış və orada Calinus, Hippokrat və bir sıra Hind müdriklərinin yaradıcılığı ilə tanış olmuşdur".

Deyilənə görə, təbabəti dirildən Ca­li­nus, onun pə­rakəndəliyini bir ye­rə toplayan M.ər-Razi, nöqsanlarını aradan qaldıran isə İbn Si­na ol­muşdur. XVII yü­zi­lə qədər M.ər-Razi Avropada təbabət elminin ən mü­kəm­məl bi­licisi kimi şəhrət qa­zan­mış, orada onun dərin elminə, əməli fəaliyyət sa­yə­sin­də qa­­zan­dığı çox dəyərli uğur­la­rına yüksək qiymət verilmiş və əsərlərindən stolüstü ki­tab­lar ki­mi faydalanmışlar. Onun 224 əsəri olmuş, yalnız 61 əsəri əldə edilmişdir. Razinin "Ət-tib­bül-Mən­­su­ri" əsərinin əlyazması Əlyazmalar İnstitutunda A-464 şifrəsi altında mühafizə edilir. Əsər 10 məqalədən ibarətdir, hər məqalə də bablara bölünmüşdür.

Müəllif əsərin əvvəlində dörd ün­­sür­dən qısa mə­lumat vermiş, müxtəlif üzv­lərdə xıltların ya­ran­ma­sını, az-çoxluğunu qeyd etmiş və bə­zi üzvlərin quruluşunun təs­virini vermişdir. Sonra mi­zac­lara görə bədənlərin fi­zi­ki xassələri və hər üzvə görə insan tə­biə­tinin təyini mə­sə­lə­lə­ri işıqlandırılır. Daha sonra qi­dalardan, əd­viy­yatdan, hərə­kət­dən, yuxudan, geyimdən və onların hazırlanma ma­te­ri­al­la­rın­dan, əra­zinin iqlimindən, qa­nalmadan, gigiyenik təd­birlərdən, xəstələrə qul­luq­dan, dəri xəs­tə­liklərindən, səfər za­ma­nı lazım olan pro­fi­lak­tik tədbirlərdən, sınıqçılıq pe­­şəsindən, sı­nıq­lardan, yaralardan, şiş­lərdən, zəhər­lən­mə­lərdən, həşərat və ilan sanc­ma­­­larından və s. söz açılır. Nəhayət, bə­dənin başdan-aya­ğa­dək müxtəlif yerlərində əmə­­lə gələn xəs­tə­lik­lər­dən bəhs edilir. Müəllif  or­qan­la­rın qu­­ruluşunu ayrı-ayrı fəsillərdə geniş şəkildə təsvir etmiş, hər orqanın xəs­tə­lik­lə­rinin əlamətlərini vermiş və müa­li­cə­sində istifadə et­­diyi dərmanları təq­dim etmişdir. Burada baş ağrısı, miqren, baş­gicəl­lən­mə, meningit, apo­p­lek­­siya, letargiya, iflic, üz­də, dodaqda və alında yaranan çatların müalicəsi üçün, hətta bo­­­ğaz­da tikan, sümük və s. ilişib qalması, dildə ağırlıq, yaralar, damaq xəstəliyi, diş xəstəlikləri, dil­çə­yin düş­mə­­si və s. zamanı lazım olan müalicə üsulları və dərman vasitələri diqqətə çat­­dırılmışdır. 

Kitabın sonunda qədim çəki və uzunluq vahidləri verilmişdir. 

Əlyazmalar İnstitutunda B-615 şifrəli ərəb dilində olan bir əlyazma kitabında da Zəkəriyya ər-Razinin iki əsəri verilmişdir: "Əl-müx­­təsər fit-tibb" (Tibbə aid müxtəsər) və "Bərüs-saət" (Bir saat ərzində sa­ğal­ma). Hə­min əsər­­lər elə bir kitabda H.M.Əzizovun tər­cü­­məsində, Elmi Şuranın qərarı, f.e.d. Paşa Kərimovun redaktorluğu ilə "Elm və təhsil" nəşriyyatında çap olunmuşdur. 

"Müqəddimə"də tərcüməçi müəllifin həyatı və elmi fəaliyyəti və həmin əsərlərin yaranması haqqında məlumat verərək yazır: "Əlyazma kitabının tərkibində olan hər iki əsərin bəzi paleoqrafik xüsusiyyətlərinə gəldikdə, deyə bilərik ki, əsərlərin mətnləri eyni xəttat tərəfindən, eyni vaxtda köçürülmüşdür. Mətnlər qara, başlıqlar isə qırmızı mürəkkəblə, kifayət qədər çətin oxunan, bəzi hallarda "şikəstə" xəttinin elementlərini özündə ehtiva edən nəstəliq xəttilə köçürülmüşdür. Səhifələrin haşiyələrində ərəb və fars dillərində qeydlər və izahlar verilmişdir, xəttin xüsusiyyətinə görə deyə bilərik ki, onlar da xəttata məxsusdur".

"Müxtəsər tibb kitabı" 10 mə­qa­lə­dən ibarətdir. Bi­rin­ci­də ardıcıl olaraq dörd ün­­sür­dən (od, su, hava, tor­paq) və mə­zac­lar­dan (isti və soyuq), xılt­lardan, üzvlərdən (əsas, apa­rı­cı, qeyri-əsas), qüv­və­lərdən (təbii, hey­vani, nəfsani), ruhlardan (təbii, psi­xo­lo­ji, heyvani), ikin­cidə bədən üzv­lə­rinin ana­to­mik quruluşundan, üçün­cüdə orqanizmin xəs­təlik və­ziy­yə­tin­dən, xəstəliklərin sə­bəb­lə­rin­dən, dördüncüdə nəbz­dən, sidikdən, çö­kün­tülərdən, be­şin­ci­də qidalanmadan, bə­dən tər­­biyəsindən, fizio­te­rapevtik üsullardan, yu­xudan, uşaqlardan, ye­­ni­yet­mələrdən, qa­nal­ma­dan, qusmadan, al­tıncıda baş, üz, göz, bu­run, qulaq, dil və s. xəs­tə­­liklərdən, yed­din­ci­­­də tənəffüs, ürək, həzm, qara ciyər, dalaq xəs­təliklərindən, sək­ki­zin­ci­də sidik-cin­siy­yət üzv­lərinin xəs­tə­lik­lərindən, doqquzuncuda də­ri xəstəliklərindən və qız­dır­­madan, onun­cuda ət və süd məh­sullarından, göyər­ti­lər­dən, meyvələrdən, yağlardan, ətir­li bit­ki­lərd­ən, içki­lər­dən bəhs olunur. Kitabda "Burunda yaralar barədə", "Burunda babasillər yarsanması barəsində", "İy­­bil­mə qa­biliyyətinin itməsi barəsində" "Öskürək barədə", "Ağ ci­yər iltihabı barədə", "Vərəm və plev­­rit ba­rə­də" başlıqları altında tənəffüs xəs­tə­lik­lə­rin­dən, eləcə də digər daxili xəstəliklərdən, sarılıq xəstəliyindən və s. bəhs açılmışdır.

"Bir saat ərzində sağalma" çox bir neçə səhifəlik əsərdir, burada təcili yardım xarakterli müalicə və lazım olan dərman vasitəsi göstərilmişdir.

Kitabın sonunda tibbi terminlərin lüğəti verilmişdir. 

Hacı Müzafəddin Əzizovun ərəb dilindən tərcümə etdiyi növbəti kitab XIII əsrin sonu, XIV əsrin əvvəllərində əvvəlcə Şirvanda, sonralar Türkiyə sultanlarının saraylarında fəaliyyət göstərmiş görkəmli Azərbaycan alim təbibi Məhəmməd ibn Mahmud ibn Hacı Şirvaninin "Ətriyyat bağı" əsəridir. Kitab Elmi Şuranın qərarı ilə "Elm" nəşriyyatında nəşr olunmuşdur. Kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli, rəyçi və ön söz müəllifi f.e.d., professor Kamandar Şəriflidir. 

Kitaba yazdığı "Dövrünün görkəmli təbibi" adlı ön sözdə qədim tibb tarixindən qısa məlumat verən, Məhəmməd Şirvaninin əsərlərindən və tərcümələrindən bəhs edən professor Kamandar Şərifli sonda təəssüflə yazır: "Zəngin və çoxsaylı elmi irsi olan Məhəmməd bin Mahmud bin Hacı Şirvaninin əsərlərinin orta əsr əlyazmaları dünya ölkələrində, o cümlədən Türkiyədə, Fransada, Suriyada, İraqda, Almaniyada, Misirdı, Vatikanda və başqa ölkələrdə geniş yayılmasına və ayrı-ayrı alimlərin tədqiqat obyuektinə çevrilməsinəbaxmayaraq, "Xəridət əl-əcaib və fəridət əl-qəraib" tərcüməsi və "Raudətül-ətr" əsərinin bu tərcüməsi istisna olmaqla əsərləri indiyədək öz vətəni Azərbaycanda nə araşdırılmış, nə də nəşr olunmuşdur".

Kitabın "Müqəddimə"sində müəllif Allaha həmdü səna edir, Allahın Peyğəmbərə (s) və ailəsinə (ə.m.) xeyir-dua etdiyini qeyd edir. Bədən elminin din elmindən əvvəl yarandığını, İmam Cəfəri-Sadiqin (ə) onların hər ikisinin əkiz yarandıqlarını söylədiyini diqqətə çatdırır və yazır: "Bizə bu gün məlum olan əczaçılıq elmi ümumən tibb elminin bir sahəsidir. Tibb elmi isə mövcud sağlamlığın qorunub saxlanmasında, itirildiyi halda isə onun bərpa edilməsinə xidmət edir. Və beləcə də təriflənir. Lakin ümumən tibb elmini və onun bir sahəsi olan əczaçılığı bir-birindən ayrı təsəvvür etmək olmaz". Müəllif bu əsəri hazırlarkən "Əl-Qanun fit-tibb", "Əz-Zəxirə", "Əl-İrşad", "Əl-Mələki", "Əl-Mucəz", "Əl-Kifayə" və s. əsərlərdən istifadə etdiyini və alim təbiblərdən eşitdiklərini və qazandığı təcrübəni də əlavə etdiyini bildirir. Əsər 44 fəsildən ibarətdir. İlk 10 fəsildə: "Əczaçılıqla məşğul olmaq istəyənlərə bəzi tövsiyələr", "Əczaçılıq sənətinə necə başlamalı", "Sadə dərmanların barəsində görülməli tədbirlər", "Sadə dərmnların sınaqdan keçirilməsi barəsində", "Sadə dərmanların yandırılması və qvrulması barəsində", "Yandırılmış və yandırılmamış ədviyyənin yuyulması üsulları barəsində", Mineral, bitki və heyvan mənşəli sadə dərmanların (təktərkibli) emalı və həll edilməsi barəsində", "Əlifba sırası ilə ədviyyələrin şərhi barəsində", "Sadə və mürəkkəb dərmanların əvəzlənməsi barəsində" (ərəb əlifba sırası ilə)", "Bəzi çəki vahidləri (ərəb əlifbası sırası ilə)" kimi məlumatlar verilmişdir. 

Sonradan sanki yeni bir əsər başlayır. Burada 44 bab vardır. I babın I fəsli gülabların alınması və şərabların hazırlanması, II fəsil müxtəlif şərablar, onların faydası, qəbulu, dozası haqqındadır. Daha sonra hər babda beləcə hər bir şey haqqında məlumat verilmişdir ki, burada skəncəbinlər, şirələr, mürəbbələr, dərman məcunları, gülablar, məcunlar (qarışıqlar), ürəkfərəhləndiricilər, keyləşdiricilər, xüsusi şirniyyatlar, tiryaqlar, iyarəclər, ətrifüllər, həblər, bişmişlər, quru meyvələrin şirələri, sular, qarqaralar, sürtkülər, asqırdıcılar, kökəlmə vasitələri, arıqlama vasitələri, paraşoklar, yastı həblər, quru ədviyyədən alınan şirələr, imalə vasitələri, tamponlar, sarğılar, yaxmalar, mərhəmlər, yağlar, dəmləmələr, vannalar, kompreslər, qoxular, maskalar, kosmetik vasitələr, gözə sürmə kimi çəkilən dərmanlar, pəhriz yeməkləri vardır.

Bu kitablar tibb tarixi ilə məşğul olmaq istəyənlər, həkimlər, tələbələr, habelə bütün insanlar üçün gərəklidir. Müzafəddin müəllim gözəl, səmimi, dəyərli insan olduğu kimi, ömrünün bir hissəsini həsr etdiyi bu tərcümə kitabları da bizim üçün çox dəyərlidir. Allah rəhmət eləsin, ruhu şad olsun.

Sona Xəyal



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ