Bazar günü günü, 08 noyabr 2026
     

Türk dünyasının arxeoloqları Qarabağdakı bütün saxta erməni izlərini ifşa edəcəklər...

Image


Qasım Hacıyev: "Qarabağda, Şərqi Zəngəzurda türk dünyası arxeoloqlarının birgə arxeoloji qazıntılar aparması zərurətdir"

İşğal altında olduğu 30 ilə yaxın bir dövr ərzində Qarabağda və Şərqi Zəngəzurda bütün tarix-mədəniyyət, arxeoloji, təbiət, dini abidələr erməni saxtakarlığına məruz qalıb. Erməni işğalçılarının məqsədi Azərbaycanın maddi-mədəni, tarixi, dini irsini saxtalaşdırmaq, saxtalaşdırması mümkün olmayanları isə yer üzündən silmək olub. 

Uzun illər bu ziyanlı, bütün beynəlxalq konvensiyalara zidd əməllərlə, cinayət tərkibli  fəaliyyətlə məşğul oldular. Bu gün onların cinayətkar əməllərinin ifşası üçün geniş imkanlar mövcuddur. 

Sentyabrın 16-da Şuşada Türk Dünyasının Elmi-Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARİCA) toplantısı keçirilib. Türk Akademiyasının Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə təşkil etdiyi tədbir türk ölkələrinin aparıcı arxeoloq alimlərini bir araya gətirib.

İclasda Türk Akademiyasının prezidenti Şahin Mustafayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan (o cümlədən Qaraqalpakstan), Monqolustan və Tatarıstan (RF) elmi institutlarının və arxeologiya mərkəzlərinin rəhbərləri iştirak edib.

Elə bu toplantının keçirilməsi bizə böyük bir fürsət verib ki, erməni saxtakarlığını yerlə bir edək. 

Doğrudan da bu gün Qarabağda türk dünyası arxeoloqlarının iştirakı ilə arxeolji tədqiqatlara, arxeoloji qazıntılara ehtiyac var. Bütün gerçəklikləri dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək baxımından bu zəruridir. 

Ermənistan tarixdən dərs götürmək əvəzinə yenə də Azərbaycan ərazilərinə iddialar irəli sürür, Qarabağı özlərinin "tarixi vətəni" kimi qələmə verməkdən, özünü buradakı abidələrin "sahibi" kimi təqdim etməkdən əl çəkmək istəmir. Hazırda ermənilər yenə də Qarabağdakı alban dövrü abidələrinə, eləcə də başqa maddi irs nümunələrinə aid saxta məlumatlar düzəldib xarici mediada, xarici nəşrlərdə, hətta elmi jurnallarda belə onları dərc etdirirlər. Onlar hələ də uydurma "Tiqranakert" sevdasından əl çəkməyiblər. Hələ də dünyanı aldadırlar ki, guya Ağdam yaxınlığında, Şahbulaq qalasının yerində "Tiqranakert" adlı "qədim erməni şəhəri" olub. Ağdam işğalda olanda erməni arxeoloqu Hamlet Petrosyanın Şahbulaq ərazisinin altını üstünə çevirdiyi, mifik "Tiqranakert" axtardığı, burada onun başçılığı ilə qanunsuz arxeoloji ekspedisiyanın təşkil edildiyi, qazıntılar aparıldığı məlumdur. O da məlumdur ki, "Tiqranakert" "qazıntılarının" "elmi nəticələri" beynəlxalq elmi jurnallarda da çap olunmuşdu. Yəni ermənilər saxta məlumatları xaricdə də yaya bilirlər. Eyni zamanda da qədim Azıx mağarasında ermənilər xarici arxeoloqları cəlb etməklə qanunsuz arxeoloji qazıntı işləri aparmışdılar. Özü də bu ekspedisiyanın "beynəlxalq statuslu" bir ekspedisiya olduğunu deyirdilər. Təbii ki, xarici ölkələrdə qara arxeologiya ilə məşğul olan o qədər muzdlu arxeoloqlar var. Erməni lobbisinin onları bu qanusuz prosesə pulla cəlb etdiyi də şübhəsizdir. 

Ermənilərin Qarabağda vaxtilə həyata keçirdiyi qanunsuz arxeoloji fəaliyyətini yalnız türk dünyasının arxeoloqlarının birgə tədqiqat aparması beynəlxalq səviyyədə ifşa edə bilər. Çünki onlar arxeoloji qazıntılar, arxeoloji tədqiqatlar zamanı erməni saxtakarlığının izlərini aydın şəkildə görəcəklər və onları ifşa edəcəklər.   

"Erməni arxeoloqlarının saxtakarlıqlarını ifşa etmək üçün fəaliyyətimizi genişləndirməliyik" 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, Türk Dünyasının Elmi-Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARİCA) Şuşa toplantısının böyük əhəmiyyəti var və bunun çox uğurlu nəticələri olacaq. 

Q.Hacıyevin sözlərinə görə, o toplantıda hansı qərarlar qəbul edildiyindən hələlik məlumatı olmasa da, amma orada türk dünyası arxeoloqlarının Qarabağda birgə arxeoloji qazıntılar aparmaları üçün qərar verildiyinə ümid edir. "Orada hansı qərarlar qəbul edildiyi barədə məlumatım yoxdur. Amma güman edirəm ki, mütləq bu məsələni diqqətdə saxlayıblar və türk dünyası alimlərindən ibarət arxeoloq qrupunun Qarabağda arxeoloji qazıntılar, tədqiqatlar aparılması məsələsini qaldırıblar. Bu barədə açıqlanan qərarlardan biləcəyik. 

Bütövlükdə, Qarabağda, Şərqi Zəngəzurda türk dünyası arxeoqlarının birgə arxeoloji qazıntılar aparması zərurətdir. Torpaqlarımız işğaldan azad edildikdən sonra biz burada ermənilərin bizim maddi-mədəniyyət abidələrimizin başına gətirdikləri faciələri, vandalizm aktlarını yaxından izlədik. Biz sizinlə ermənilərin Qarabağda apardıqları qanunsuz arxeoloji qazıntılar barədə çox danışmışıq, onların heç bir çərçivəyə sığmayan bu cinayətlərini ifşa etmişik. Hamlet Petrosyanın Ağdam yaxınlığında mifik, tarixdə heç zaman mövcud olmayan "Tiqranakert" axtarışlarını dəfələrlə tənqid etmişik və bildirmişik ki, Ağdamda heç bir erməni izi, heç bir erməni irsi yoxdur, olmayıb da. Onlar özlərindən saxta tarix düzəltdikləri kimi, saxta irs də, saxta dövlət də icad ediblər. Heç Tiqranın ermənilərlə əlaqəsi də yoxdur. Dəfələrlə demişik ki, Tiqran erməni deyildi, parfiyalı idi. Amma ermənilər əksər tarixi şəxsiyyətləri öz adlarına çıxdığı kimi, Tiqrana da iddia edirlər. Tiqran hara, bizim ərazilər hara? Biz erməni arxeoloqlarının saxtakarlıqlarını, onlarla birgə bizim ərazilərdə qanunsuz tədqiqat, arxeoloji qazıntılar aparan xarici arxeoloqları ifşa etmək üçün fəaliyyətimizi genişləndirməliyik".

Q.Hacıyev bildirdi ki, Türkiyə alimləri ilə bir neçə dəfə ekspedisiyalarda olub, Van bölgəsində, Ankara çevrəsində qazıntılarda iştirak edib. Türkiyə arxeoloqlarının Avropa, dünya arxeolqları ilə işlədiklərini, əməkdaşlıq etdiklərini deyən Q.Hacıyev bildirdi ki, bu baxımdan türk ölkələrinin arxeolqlarının iştirakı ilə bir qrupun təşkil edilməsi çox yaxşı olar. "Bu sahədə Türkiyə arxeoloqlarının böyük təcrübəsi var. Mən o vaxt Türk Tarix Qurumunun rəhbərlərinin hər biri ilə Ankarada görüşmüşəm, onlar da bura gəliblər. Təəssüflər olsun ki, Azərbaycanda onlarla birgə arxeoloji qazıntılar aparmamışıq. Avropadan gələn arxeoloqlarla işləmişik. Bura Fransa, Almaniya alimləri gəliblər. Amma təsəvvür edin ki, türk dünyası arxeoloqlarının Qarabağ ərazisində birgə arxeoloji qazıntılar aparmasının faydası çox böyük olar. Bu bütün dünyaya dəyər. Biz bununla çox effektiv nəticə əldə edə, erməni saxtakarlığını bütün dünyada ifşa edə bilərik. Türk dünyası arxeoloqları ilə birgə qazıntı işləri çox böyük fayda verə bilər. Bu işi əlaqəli görməliyik ki, effektiv nəticə əldə edək. Bu işi birlikdə görməyimiz çox arzuediləndir"-deyə professor Hacıyev bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ