Bazar günü günü, 08 noyabr 2026
     

Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

Image


Son zamanlar tez-tez sosial şəbəkələrdə dillə, bədii tərcümə ilə məşğul olan mütəxəssislərin "Azərbaycan dilinin izahlı lüğəti" ilə bağlı müəyyən tənqidi fikirlərinə rast gəlirik. Hətta bəzən belə iddialara təsadüf edirik ki, "Azərbaycan dilinin izahlı lüğəti" ilə "Azərbaycan dilinin orfoqrafiya lüğəti" arasında bir-birini tamamlamayan məqamların, iki lüğət arasında ziddiyyətlərin olduğu deyilir.

Dilimizin bütün çalarlarını özündə ifadə etməli olan "Azərbaycan dilinin izahlı lüğəti" sonuncu dəfə 2015-ci ildə nəşr olunub. Bunun üzərindən 9 il keçməsinə baxmayaraq, hələ yeni lüğət yoxdur. 

Bir çox dilçilər qeyd edirlər ki, köhnə izahlı lüğətlə, oradakı sözlərin yazılışı ilə sonuncu dəfə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" arasında ciddi fərqlər var. Lüğətdə mövcud olan problemin, xüsusən də özünü daha çox tərcümə sahəsində göstərdiyini deyən dilçilər hesab edir ki, bu problemin aradan qaldırılması üçün "Azərbaycan dilinin izahlı lüğəti" hazırlanmalıdır, eyni zamanda "Azərbaycan dilinin orfoqrafiya lüğəti" yenidən təkmilləşdirilməlidir. 

"Azərbaycan dilinin izahlı lüğəti" azərbaycanlı leksikoqraf və lüğətçi alim Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilib. 

"Azərbaycan dilinin izahlı lüğəti" XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilib. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildir. Cild Ə.Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib.

Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra, 1980-ci ildə olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olub. Redaktoru Ə.Orucov olub.

Üçüncü cild 2-cidən 3 il sonra 1983-cü ildə nəşr edilir. Kitabın redaktoru yenə Ə.Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilir. 4 il sonra, 1987-ci ildə nəşr olunan  dördüncü — sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub. 4 cilddə ümumilikdə 57 min söz var.

XX əsrin sonlarında üç cildlik "Azərbaycan dilinin izahlı lüğəti" hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.

2005-ci ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun bircildlik "Azərbaycan dilinin izahlı lüğəti" çapdan çıxıb. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilib.

Ə.Orucovun əsas müəllifi olduğu 4 cildlik izahlı lüğət 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən 25 min tirajla yenidən nəşr edilib və ölkə kitabxanalarına hədiyyə edilib.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.

Bundan sonra isə "Azərbaycan dilinin izahlı lüğəti" çap olunmayıb. 

İsmayıl Məmmədli: "Bizim şöbə hazırda "Azərbaycan dilinin izahlı lüğəti"nin üzərində işləyir, proses davam edir" 

AMEA Dilçilik İnstitutu Müdafiə Şurasının üzvü, Lüğət şöbəsinin müdiri, professor İsmayıl Məmmədli "Bakı-Xəbər"ə bildirdi ki, hazırda "Azərbaycan dilinin izahlı lüğəti"nin üzərində iş gedir. "Bizim şöbə hazırda "Azərbaycan dilinin izahlı lüğəti"nin üzərində işləyir, proses davam edir. Çoxcildlik olacaq, gələn il bitirib təhvil verəcəyik".

Yeni "Azərbaycan dilinin izahlı lüğəti"nin olmamasından narazılıq edən tərcüməçilərin, bəzi dilçilərin dediklərinə münasibət bildirən İ.Məmmədli bildirdi ki, bu bir-iki günlük iş deyil, uzun zaman tələb edən prosesdir. "Biz tərcüməçilərin dediyi ilə hərəkət edə bilmərik ki. Bu lüğəti plana salıb üzərində işləyirik, bütün şöbə bu işlə məşğuldur, hər kəs özünə aid hissələri işləyir. Bu dövlət planıdır, ona uyğun da iş gedir. Biz ayrı-ayrı adamların planları ilə işləmirik.

O ki qaldı orfoqrafiya lüğəti ilə bağlı iddialara, bu lüğətlə izahlı lüğət arasında  heç bir ziddiyyət yoxdur. Hərə öz işi ilə məşğul olsa yaxşıdır. Mən neçə illərdir lüğətlə məşğulam. Təsəvvür edin ki, 30 ildən çoxdur bu şöbənin müdiriyəm, bu işlə bizim şöbə məşğul olur. İzahlı lüğəti də hazırlayırıq, çap olunacaq. "Azərbaycan dilnin orfoqrafiya lüğəti"nə isə 2025-ci ildən sonra başlayacağıq, bununla bağlı işlər görəcəyik".

Hazırlanan izahlı lüğətdə nə qədər sözün əks olunacağına gəlincə, İ.Məmmədli bildirdi ki, hələ bu barədə heç bir açılama vermək istəmir. "Bu böyük bir prosesdir, hələ davam edir, orada nə qədər sözün yer alacağını indidən demək olmur. Bu, Səməd Vurğunun bədii dilinin izahlı lüğəti deyil ki, "orada 8 min söz var" deyəm. Biz çoxlu işlər görmüşük. Məsələn, Cəfər Cabbarlının bədii dilinin izahlı lüğətini hazırlayıb çap etmişik, qalın kitab çap etmişik. Bu işlərdən yazsınlar".

Yeni dövrdə nəşr olunacaq dilimizin izahlı lüğətinin ana dilimizin təbliği üçün mühüm olduğunu deyən İ.Məmmədli hesab edir ki, bu lüğətdə dilimizdəki bütün yenilik, işlənilən sözlər əks olunacaq. "Lüğət dilin güzgüsüdür. Dildə olan sözlərin hamısı orda verilməlidir. Bizim şöbənin işçilərinin sayı elə də çox deyil. Neçəsi rəhmətə gedib. Çox az sayda tərkiblə bu böyük işləri görürük. Çox həssaslıq, diqqət tələb edən işdir. Bu heç kəsə asan gəlməsin. Kənardan baxana döyüş asan gəlir, amma elə deyil. Kim nə danışırsa danışsın, biz öz işimizi görürük. Bu lüğətdə bütün yeniliklər olacaq, orada kartotekalar veririk, o sözləri yazırıq".

Aygün Əziz: "...Bu yeni sözlər nizamlı şəkildə lüğətlərə daxil edilmir" 

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin (FADMM "  İcraçı direktoru Aygün Əzizin də "Azərbaycan dilinin izahlı lüğəti" ilə bağlı mövqeyini öyrəndik: "Azərbaycan dilinin izahlı lüğəti" haqqında danışarkən onu qeyd etmək istərdim ki, bizdə uzun müddətdən sonra nəhayət, 4 cild səviyyəsinə çata bilmişik. Bu lüğətdə 50 milyona qədər insanın danışdığı və zəngin şifahi və yazılı ədəbiyyata malik xalqımıızın leksik vahidləri və onların məna çalarları dolğun əksini tapmayıb. Halbuki, başqa xalqlarda, söz ehtiyatı bizdən daha az olanlarda belə lüğətlər daha geniş və həcmlidir. Məsələn, cəmi 410 min nəfərin danışdığı yakut dilinin izahlı lüğəti 15 cilddir və "2019-cu ilin ən yaxşı elmi layihəsi" nominasiyasında qalib olub.

Fikrimizcə, dilimizin leksikasının tam əhatə edilməsi üçün folklorumuzun, yazılı ədəbiyyatımızın dili dərindən araşdırılmalı, yeni sözlərlə yanaşı, lüğətdə olan sözlərin diqqətdən qaçan məna çalarları tapılıb lüğətə əlavə edilməlidir. Bu, əlbəttə, ağır işdir, amma bunu etməyə borcluyuq. Çünki dövr dəyişdikcə, sözlər yeni məna kəsb edir, leksik mənalarında dəyişiklər olması labüd haldır. Düzdür, ağır işdir, amma dilimizin düzgün formada çatdırılması üçün bu, əhəmiyyət kəsb edən nüansdır. Üstəlik də texnoloji, iqtisadi, elmi inkişafla bağlı hər il çoxlu yeni sözlər yaranır. Amma bu yeni sözlər nizamlı şəkildə lüğətlərə daxil edilmir. Deyilənə görə, yenilənmiş nəşrə hazırlıq işləri gedir. Səbrsizliklə gözləyirik və ümid edirik ki, bu dəfə ümidlərimizi doğruldacaq".

A.Əziz bildirdi ki, orfoqrafiya lüğətinə gəlincə, bu ayrı, həm də böyük problemdir. "Belə ciddi, hamının, xüsusilə də KİV-in istinad nöqtəsi olan lüğətin başdansovdu hazırlanması, qüsurlardan əskik olmaması, sadəcə olaraq, təəssüf hissi doğurur. Məlumdur ki, qanunvericiliyə görə, orfoqrafiya lüğətləri 5 ildən bir yenilənməlidir. XXI əsrdə ilk orforqafiya lüğəti 2004-cü ildə nəşr olunub. Növbəti lüğət isə, qanunverciliyə zidd olaraq, 5 yox, 8 il sonra nəşr edilib. 2012-ci ildə çap edilən lüğət Prezident Administrasiyasında qəbul edilməyib. "Kitabdakı ciddi qüsurlara görə" AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib, lüğətin 2012-ci il nəşrinin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilib. 2013-cü ildəki 6-cı nəşr də legitim sayıla bilməz. 40 minə qədər qondarma sözün daxil ediliyi deyilən lüğət həm də qanunvericiliyə zidd olaraq orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən nəşr edilib. Hələ 2021-ci ildəki 7-ci nəşr geniş müzakirələrdən sonra nəşr edilsə də, bu lüğətdə də yetərincə nöqsanlar var və "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi"nin sədri Vasif Sadıqlının bu barədə qeydlərinin bir neçəsini diqqətə çatdırmaq istərdim:

"Məsələn, əvvəllər kiçik hərflə, sonra böyük hərflə, sonra yenə kiçik hərflə yazılan "normalar"dakı (bu barədə sonra) bir sıra kobud səhvlərə diqqət yetirək:

1. "3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ü hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır".

BİZİM QEYD. Əvvəla, üarğ sözü də eyni qəbildəndir, amma indiyədək sar yox, çar kimi yazılıb. Bu barədə ayrıca qeyd olmalı idi.

İkincisi, əgər yeni normalara görə, ü xüsusi isimlərdə sözün əvvəlində olanda s kimi yazılırsa, onda Üarskoe Selo şəhərinin adı necə yazılmalıdır? Belə çıxır ki, üarğ sözü ümumi isim kimi ç, xüsusi ismin əvvəlində olanda s, xüsusi ismin ortasında isə ts ilə yazılmalıdır. Çox gülünc alınmırmı? Bu barədə normalarda heç nə yazılmayıb.

2. "3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s".

BİZİM QEYD. Dilimizin lüğət tərkibinə çoxdan daxil olmuş "gigiyena" sözü h samiti ilə başlayır. Əsli yunancadan olan bu sözün rus dilinə XIX əsrin birinci yarısında alman və ya fransız dilindən keçdiyi ehtimal edilir. Hər iki dildə (alman, fransız) bu söz h ilə başlayır və hygiene şəklində yazılır. Əgər deyilən qaydaya əməl etsək, demək bu söz higiyena kimi yazılmalıdır. Ya da bu söz normalarda istisna kimi qeyd edilməli idi (yəqin ki, başqa belə sözlər də var).

3. "3.7. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s".

BİZİM QEYD. Burada qeyd edilən Siciliya sözü mənbə dildə c yox, ç ilə yazılır və tələffüz edilir. Bundan başqa, həmin dildən keçən Siseron xüsusi ismi italyancada Çiçero kimi yazılır. İkincisi dilimizdə Siseron kimi sabitləşib. Ona görə hər iki sözün normalara tabe olmadığı nəzərə alınmalı və nümunə kimi verilməməli, xüsusi isimlər lüğətinin öhdəsinə buraxılmalı idi.

4. "3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s".

BİZİM QEYD. Normaların başdansovdu hazırlanmasına daha bir nümunə. Əgər bu bəndə əməl edilərsə, bundan sonra dilimizdə yazılış şəkli hələ keçən əsrdən sabitləşmiş Uoll-Strit sözü (Wall Street) Vol-Strit, Ceyms Uatt (James White) Ceyms Vatt, Uinston Çörçil (Winston Churchill) Vinston Çörçil, Herbert Uels (Herbert Wells) Herbert Vels, Uels (Wales) dövlətinin adı isə Vels şəklində yazılmalıdır.

5. "8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s."

BİZİM QEYD. Burada "bütün sözlər" çıxarılmalıdır. Çünki və də sözdür və adında və bağlayıcısı olan çox sayda ölkə var: Trinidad və Tobaqo, Bosniya və Hersoqovina, Sent-Kits və Nevis, Antiqua və Barbuda, San-Tome və Prinsipi… Təbii ki, bu adlarda və bağlayıcısının böyük hərflə başlanması düşünülə bilməz.

6. "8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır".

BİZİM QEYD. Bəs Fransanın Milli Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı kimi mürəkkəb fəxri adlar necə yazılmaılıdır? Bu barədə mütləq qeyd olmalı idi…

7. "9. İxtisarlar və qısaltmalar".

BİZİM QEYD. Bu bənddə mürəkkəb ixtisarlar barədə bir kəlmə də yazılmayıb. Dilimizdə mürəkkəb ixtisarlar da var və onlar ayrı yazımalıdır. Nümunələr: BMT TŞ (Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurası), ATƏT PA (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası), AŞ PA (Avropa Şurasının Parlament Assambleyası), ATƏT DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu).

8. "10. Sözün sətirdən sətrə keçirilməsi. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir".

BİZİM QEYD. 2018-ci ildə müzakirəyə təqdim edilən layihədə defis də durğu işarələri sırasında verilmişdi. Bizim də iradımızdan sonra o hissə çıxarıldı. Amma yeni normalarda qeyri-hərf orfoqrafik işarə olan defisi və drobu sətrin sonunda saxlamağın düzgün olub-olmaması barədə heç nə yazılmayıb (keçən əsrdəki normalarda yolverilməz sayılırdı).

Ümid edirik ki, növbəti "Azərbaycan dilinin orfoqrafiya lüğəti" bu xətalardan xali olacaq"-deyə A.Əziz bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ