Bazar günü günü, 08 noyabr 2026
     

Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

Image


Sünnət İcbari Tibbi Sığorta hesabına təminata alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında bildirilib. Qeyd edilib ki, cari ilin 6 ayı ərzində İcbari Tibbi Sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.

Bu əməliyyatlar İcbari Tibbi Sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.

Sünnətdənsə, olduqca ağır və bahalı müalicə tələb edən onkoloji xəstəliklər İcbari Tibbi Sıortaya daxil edilsəydi daha yaxşı olardı. Çünki sünnət elə bir məsələdir ki, bunu hər valideyn öz vəsaiti hesabına  etdirə bilər. Çox təəssüf ki, son zamanlar abort, sünnət kimi məsələlər İcbari Tibbi Sığortaya salınıb.

Olmaz idmi ki, bunların əvəzinə onkoloji xəstəliklər İcbari Tibbi Sığortaya salınsın? Çünki bu elə bir dəhşətli xəstəlikdir ki, ona hansısa formada dövlətin dəstəyi vacibdir. 

Məlum olduğu kimi, dəfələrlə bu məsələ gündəmə gəlsə də, onkoloji xəstəlik tam olaraq İcbari Tibbi Sığortaya daxil edilməyib, bu xəstəliklə bağlı İcbari Tibbi Sığortaya daxil edilən məsələ isə əsasən müayinə ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən mətbuata bildirilib ki, İcbari Tibbi Sığorta orqanizmdə xərçəngə çevrilmə risqi yüksək olan atipik hüceyrə dəyişiklikləri nəticəsində yaranan şişönü xəstəliklərin erkən diaqnostikasını təmin edir. Bildirilib ki, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Bu müayinələr vasitəsilə xəstəliklərin dəqiq diaqnostikasını aparmaq, orqanların funksional vəziyyətini və daxili strukturlarını qiymətləndirmək, kimyəvi və fiziki prosesləri öyrənmək, o cümlədən daxili orqanları vizual olaraq müayinə etmək mümkündür. Şişönü xəstəliklərin diaqnostikasını dəqiq və etibarlı şəkildə aparmaq üçün isə bir neçə əsas metodlardan istifadə olunur. Bu metodların hər biri müəyyən xəstəliklərin aşkarlanmasında yüksək həssaslıq və dəqiqlik təmin edir.

Bunlar öz yerində. Amma bütövlükdə onkoloji xəstəliklərin müalicəsinin, əməliyyatların İcbari Tibbi Sığorta hesabına aparılması daha məqsədəuyğundur. Minlərlə insan bu ölümcül xəstəliklə mübarizə apardığı şəraitdə bu məsələ xüsusilə diqqətdə olmalıdır. 

Adil Qeybulla: "Əsas məsələ onkoloji və şəkərli diabetli xəstələrin icbari tibbi sığortaya salınmasıdır" 

Professor Adil Qeybulla "Bakı-Xəbər"ə bildirdi ki, ümumiyyətlə onkoloji, şəkərli diabetli, vərəmli xəstələr dövlət proqramı ilə müalicə olunur. "İcbari Tibbi Sığortaya ilkin keçiddə dövlət proqramında olmayan xəstəliklər salındı. Xəstəliklər icbari tibbi sığortaya daxil edildikcə mərhələ-mərhələ həmin dövlət proqramları ləğv olundu. Hesab edirəm ki, onkoloji xəstəliklər də İcbari Tibbi Sığortaya düşəcək. Sadəcə bu, zaman məsələsidir. Yaxşı olardı ki, bəri başdan düşərdi. Lakin fikrimcə, onkoloji xəstəliklər də İcbari Tibbi Sığortaya düşməlidir. Burda çətinlik odur ki, onkoloji xəstəliklərin həm müayinəsi, həm də müalicəsi kifayət qədər vəsait tələb etdiyinə görə bu xəstələrin İcbari Tibbi Sığortaya salınması üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait yetərincə olmalıdır. Çünki bu xəstələrin effektiv müalicə alması üçün bu vacibdir. Yəqin ki, onkoloji xəstəliklər də sığortaya düşəcək. Vətəndaşların buna çox ciddi ehtiyacı var. Bununla bağlı gözləntilər də yetərincədir".

A.Qeybulla sünnətin İcbari Tibbi Sığortaya daxil edilməsinə də münasibət bildirdi. Qeyd etdi ki, bu daha çox dini mahiyyət daşıyan ayindir, dindən gələn bir məsələdir. "Düzdür, sünnət cərrahi əməliyyat kimi bir sıra hallarda yerinə yetirilir. Amma bunun kütləvi olaraq dini bir ayin kimi yerinə yetirilməsinə tibbi baxımdan baxışlar, yanaşmalar əsasən müəmmalıdır. Hər halda, biz müsəlman dövlətiyik və bu da kütləvi tətbiq olunan bir adətdir. Son vaxtlar sünnət zamanı müəyyən ağırlaşmalar olduğuna görə İcbari Tibbi Sığortaya salınıb. Hər halda bu, vətəndaşlar üçün pis deyil. Amma yenə deyirəm, əsas məsələ onkoloji və şəkərli diabetli xəstələrin İcbari Tibbi Sığortaya salınmasıdır. Hansı xəstəliklər ki çox böyük xərc aparır, ağırlaşmaları olur, o xəstələrin ciddi müalicəyə ehtiyacı var, onların Dövlət Proqramından çıxarılıb İcbari Tibbi Sığortaya salınması artıq zaman məsələsidir. İnsanların bununla bağlı gözləntiləri və buna ehtiyacları var"-deyə A.Qeybulla bildirdi.    

Aydın Əliyev: "Bu olduqca aktual məsələlərdəndir" 

Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyev də "Bakı-Xəbər"ə bildirdi ki, onkoloji xəstəliklər İcbari Tibbi Sığorta zərfində yer almalıdır.  "Bu olduqca aktual məsələlərdəndir. Mən də, xüsusən abortların və sünnətin tibbi sığortaya salınmasının tərəfdarı deyiləm. Lazımı insanlara lazımı təşkilatların vasitəsilə bu işləri pulsuz edə bilərlər. Bu o demək deyil ki, mən onların da tibbi sığortaya daxil edilməsini istəmirəm. Yox. Amma bu gün cəmiyyətimizdə daha ağır xəstəliklər mövcuddur, əsas diqqət onlara yetirilməlidir. Ən ciddi xəstəliklərdən biri hətta gənclər arasında yayılan onkoloji xəstəliklərdir. Onkoloji xəstəlikləri genetik, irsiyyətdən başqa ekoloji mühitin çox çirkli olması da yaradır. Dünyada da, bizdə də ekoloji çirklənmə, içdiyimiz suyun, qidaların keyfiyyətsizliyi, siqaret, alkoqol içkilər, kömpüter və telefonlardan düzgün istifadə etməmək, şüalar və sair insanın bədənində olan hüceyrələrin mübadiləsini dəyişdirir. Bədən keyfiyyətsiz məhsulları normal qəbul edə bilmir, nəticədə ayrı maddələr yaranır. Bədənimizə uyğun olmayan bu  maddələr də müxtəlif xəstəliklərin armasına səbəb olur. Görürsüz, ürək-qan damar xəstəlikləri, şəkərli diabet, onkoloji xəstəliklər nə qədər çoxalıb. Bəli, hamısı göstərir ki, mütləq onkoloji xəstəliklərə də tibbi sığorta tətbiq olunmalıdır. Buna böyük ehtiyac var. Mən də o fikirdə olanlardanam ki, bəli, onkoloji xəstəliklərin müalicəsi də İcbari Tibbi Sığorta vasitəsilə həyata keçirilməlidir". 

A.Əliyev qida amilini xüsusi vurğulayaraq qeyd etdi ki, qidalar yerli qidalar olmalıdır, insanlar yaşadıqları yerin qidalarını qəbul etməlidir. Qidaların keyfiyyətsizliyinin xəstəliklərə səbəb olduğunu deyən mütəxəssis qeyd etdi ki, keyfiyyəti olmayan qidalar hətta insanların əsəbinə təsir edir, onları gərginləşdirir. "Həmişə hər yerdə bir düstur yayıram: təbiət+insan= sağlamlıq. Yəni insanın təbiətlə, torpaqla nə qədər çox əlaqəsi olarsa insan onda sağlam yaşayar.

Onkoloji xəstəliklərin hansı səbəbdən İcbari Tibbi Sığortaya daxil edilmədiyini soruşursuz. Bunu mən deyə bilmərəm. Ehtimalıma görə, bu, onkoloji xəstələrin sayının çoxluğu ilə bağlıdır. Bir amili də deyim ki, xüsusən də klinikalarda onkoloji xəstələrin ödənişi həddən artıq çox olur, bu, müalicəsi böyük xərc tələb edən xəstəlikdir. Bu amillər də şərtdir. Buna görə də, həyatın tələbidir ki, onkoloji xəstəliklərin müalicəsi də İcbari Tibbi Sığortaya keçirilsin"-deyə A.Əliyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ