Bazar günü günü, 08 noyabr 2026
     

Azad rayonlarda geniş ekoloji bərpa meydanı açılıb...

Image


Azad ərazilərdə ekoloji vəziyyətinin bərpası istiqamətində 2020-ci ildən bəri xeyli işlər görülüb və bu istiqamətdə geniş miqyaslı fəaliyyət davam etdirilir.

Bilirik ki, Ermənistanın işağlı altında olduğu 30 ilə yaxın bir dövr ərzində Qarabağ və Şərqi Zəngəzur ərazisində təbii sərvətlərimiz talanıb və ətraf mühitə də ciddi ziyan vurulub. Təsəvvür edin ki, terrorçu Ermənistan torpaqlarımızı bütün mənalarda viran qoyub. Sözsüz ki, həmin ərazilərin ətraf mühitinə vurulan ağır ziyan bütün bölgədə ekoloji tarazlığın pozulmasına səbəb olub. Ermənistanın təbiətimizə vurduğu hərtərəfli ziyan üzündən floramız, bitki örtüyümüz, meşələrimiz, nadir ağaclarımız qırılıb, iflic vəziyyətə salınıb. Bu ziyanın, ekoloji terrorun zərərlərini, fəsadlarını aradan qaldırmaq üçün isə illər tələb olunur. Hələ biz uzun illərə azad ərazilərinin təbii palitrasını nizamlaya bilərik. Çünki vurulan zərərin miqyası çox böyükdür.

Rəsmi məlumatlara görə, işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha ortaya çıxıb. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.

Bu faktlarla tanış olarkən hər kəs Ermənistanın necə vəhşi bir siyaət yürütdüyünün şahidi olur. 

Bir çox ekspertlərə görə, Cənubi Qafqazda ekoloji tarazlığın pozulması birbaşa Ermənistanın terrorçuluq fəaliyyəti ilə bağlıdır. Dünyada və bölgədə müşahidə edilən iqlim dəyişiklikləri prosesini tezləşdirən amillərdən biri də terror hadisələridir ki, bölgəmizdə bu mənfur işlə də uzun illər Ermənistan məşğul olub.

Ermənilərin törətdiyi ekoterror... 

Ekspertlər qeyd edir ki, 44 günlük müharibə nəticəsində təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terroruna nöqtə qoyulub. Ekspertlər qeyd edir ki, Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Rəsmi məlumatlara görə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Torpaqlarımız Ermənistanın işğalı altında olduğu illərdə Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə "Qırmızı kitab"a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Faktlar o qəədr çoxdur ki, hamısını qeyd etsək, səhifələr bəs etməz. 

Azad rayonların ekoloji mühiti bərpa olunur... 

Bu gün isə çox çətin olsa da, dövlətimiz o problemləri aradan qaldırır, azad ərazilərin ekoloji vəziyyətini yaxşılaşdırmaq məqsədilə böyük işlər görür. Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır.

Məlumatlara görə, Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.

Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə sıfırdan başlayan və çox böyük əraziləri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işlərində ekologiyanın bərpa edilməsi proqramları da mühüm yer tutur. Qarabağın və Şərqi Zəngəzur təbiətinin gözəlliyi, havası, suyu, mineral bulaqları, meşələri, bir sözlə, cənnəti xatırladan ab-havası otuz ilə yaxın xain düşmən tərəfindən zəhərlənsə də artıq doğma yurd yerlərimiz bərpa edilir. Azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ümumilikdə 160 hektara yaxın sahədə 121 min 420 ədəd ağac tingi əkilib, 3 min kiloqram palıd və Şərq çinarı toxumu səpilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiya quraşdırılıb. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür.

Ətraf mühitin qorunması əsas prioritetdir 

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə meşəsalma işləri ilə bağlı "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı" hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkinləri həyata keçirilir. Eyni zamanda, işğaldan azad edilən ərazilərdə yeni milli parklar da yaradılacaq və artıq bu parkların yerləri müəyyən edilib. Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir.

Rəsmən bəyan edilir ki, Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan ərazilərdə  genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunmasının əsas prioritetdir.

Bildiyimiz kimi, ərazilərin ətraf mühitinin qorunması üzrə ekoloji məsələlər üzrə işçi qrupu da fəaliyyət göstərir.

Su hövzələrinin bərpası və qorunması... 

Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Gülşən Axundova mətbuata bildirib ki, azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması və "yaşıl artım" prinsiplərinin tətbiqi böyük əhəmiyyət kəsb edir: "Bu ərazilərdə su hövzələrinin və bioresursların qorunması, eləcə də digər təbii resursların mühafizəsi üzrə görülən işlər, Azərbaycanın ekoloji tarazlığını bərpa etmək və ekosistemin davamlılığını təmin etmək üçün vacib addımlardır. Bu çərçivədə həyata keçirilən tədbirlər aşağıdakı şəkildə qiymətləndirilə bilər:

Su hövzələrinin bərpası və qorunması üçün genişmiqyaslı layihələr icra olunub. Bu layihələr sayəsində su ehtiyatlarının keyfiyyətinin yaxşılaşdırılması, çirklənmənin azaldılması və ekosistemin qorunması təmin edilir. Xüsusilə çay və göllərin çirklənmədən təmizlənməsi, bu su hövzələrinin bioresurslarının bərpası və suvarma sistemlərinin yenidən qurulması əhəmiyyətli addımlardır.

Meşələrin bərpası və qorunması məqsədilə reallaşdırılan layihələr, bu ərazilərin təbii bitki örtüyünün yenidən formalaşdırılmasına kömək edir. Bu, həm də karbon udma potensialının artırılmasına və iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verir. Azad edilmiş ərazilərdə fauna və floraya xüsusi diqqət yetirilir. Nadir və nəsli kəsilməkdə olan növlərin qorunması üçün xüsusi mühafizə zonaları yaradılır. Bu ərazilərdə bioloji müxtəlifliyin qorunması və artırılması üçün ekoloji təhsil və ictimaiyyətin məlumatlandırılması tədbirləri keçirilir.

Azad edilmiş ərazilərdə günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin istifadəsi üçün genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sayəsində həmin ərazilərdə enerji təminatı ekoloji cəhətdən daha təmiz və davamlı hala gətirilir. Bu ərazilərdə ekoloji monitorinqin və tədqiqatların aparılması, ətraf mühitin vəziyyətinin davamlı izlənməsinə və uyğun tədbirlərin vaxtında görülməsinə imkan yaradır. Elmi-tədqiqat institutları və ekoloji təşkilatlar bu işlərdə fəal iştirak edir və nəticələri ictimaiyyətlə paylaşır.

Ümumilikdə, azad edilmiş ərazilərdə "yaşıl artım" prinsiplərinin tətbiqi Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olmasında əhəmiyyətli rol oynayır. Bu tədbirlər yalnız ekoloji tarazlığı bərpa etməklə bitmir, həm də ölkəmizin iqtisadi və sosial inkişafına töhfə verir. Ekoloji tarazlığın bərpası və ekosistemin qorunması nəticəsində yerli icmaların rifahı və bölgələrin iqtisadi potensialı artacaqdır..."

Bir sözlə, bu gün azad rayonlarda ekoloji mühitin bərpası istiqamətində çox böyük işlər görülür, layihələr həyata keçirilir, əhalinin məskunlaşdığı rayonlarda, kəndlərdə yaşıllaşdırma işləri aparılır, parklar, yaşıllıq zolaqları salınır. Təbiətin canlanması, həyatın qayıtması bizdə ümid yaradır ki, çox yaxın illərdə Ermənistanın törətdiyi ekoloji terrorun ağır fəsadlarını yaxın bir neçə ilə aradan qaldıra biləcəyik. 

İardə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ