Hər hansı bir vətəndaş mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Nazirliyi cavabdeh ola bilməz. Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
"Rəsmi olaraq hər hansı bir stomatoloji fəaliyyətlə və yaxud hər hansl qüsurlu məsələ ilə bağlı müraciət olunursa, Səhiyyə Nazirliyi dərhal bu məsələni araşdırır, həmin müəssisələrdə yoxlama təşkil edilir və nəticələri dərc olunur.
Son dönəmdə stomatoloji fəaliyyətlə bağlı şikayətlər daxil olub. Qeyri-qanuni yolla bu fəaliyyətlə məşğul olanlar təbii ki, cərimələnir. Bu istiqamətdə Analitik-Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Hər hansı bir vətəndaş mətbəxdə diş çəkdirirsə, ona Səhiyyə Nazirliyi cavabdeh ola bilməz", - o bildirib.