İngiltərədə Milli Səhiyyə Xidmətinin (NHS) ilk qadın baş icraçı direktoru olan Amanda Pritçard vəzifəsindən istefa verib. O, öz açıqlamasında bunun son dərəcə çətin bir qərar olduğunu bildirib. Onun istefası Baş nazir Kir Starmerin “NHS”də böyük dəyişikliklər və iri struktur islahatları aparacağını elan etməsindən, həmçinin İcmalar Palatasının iki nüfuzlu komitəsinin Amanda Pritçardın rəhbərlik üçün uyğunluğu barədə müzakirə aparmasından sonra baş verib. İngiltərə mediası Baş nazir K.Starmerin son addımlarının daha bir neçə istefaya gətirib çıxaracağını yazır.
Mətləb Salahov