Cümə axşamı günü, 20 avqust 2026
     

Hansısa məmurun oğluna toy etməsi - hadisənin ictimai əhəmiyyəti və media xəbər məzmunu varmı?..

Image


Baş nazirin müavini Samir Şərifovun oğlunun toyu yerli mediada trend xəbərə çevrildi. Demək olar, əksər media resurslarında bu məsələ az qala sensasion xəbər başlıqları ilə verildi.

Bir məmurun oğluna toy etməsi ictimai məzmunlu hadisə sayıla bilərmi? Medianın bu hadisəni xüsusi həvəs və məqsədlə tirajlaması media etikasına, media prinsiplərinə nə qədər uyğundur?

Xəyalə Rais: “Bir məmurun övladına toy etməsi ictimai məzmun daşımır və bu bir ailə hadisəsidir, buna görə də onun tirajlanmasını, geniş şəkildə müzakirə edilməsini düzgün saymıram”

Moderator.az saytının baş redaktoru Xəyalə Rais “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə məsələlərin medianın gündəminə çıxarılması düzgün deyil. “Toy xalqımızın qədim adətidir. Hər bir valideyin övlad böyüdərkən övladının toyunun arzu və xəyalı ilə yaşayır. Kiminin bu arzuları gerçəkləşdirməyə imkanı, gücü çatır, kimidəsə bu alınmır. Samir Şərifov da övladının xoş günündə pula qənaət etməyib, övladına arzusunda olduğu şəkildə toy edib. Bu hadisənin mətbuatda bu qədər işıqlandırılması, müzakirə olunması müsbət hal deyil. Bir məmurun övladına toy etməsi ictimai məzmun daşımır və bu bir ailə hadisəsidir, buna görə də onun tirajlanmasını, geniş şəkildə müzakirə edilməsini düzgün saymıram. Burda bir məsələ var ki, çox adam bu toyu müzakirə edir, xərclənən puldan, ora dəvət edilən ulduzlardan, dəbdəbədən danışırlar. Bu da düzgün məsələ deyil.

Samir Şərifovu qınayan şəxslərin özlərinə belə bir sual verərdim ki, siz istəməzdinizmi ki, övladınızın toyu dəbdəbəli keçsin? Sizin də belə imkanlarınız olsaydı etməzdinizmi? Təbii ki, edərdilər. İmkanı olan hər bir şəxsin arzusudur ki, övladına ürəyi istəyən bir toy etsin. Bu normal haldır və bunu bu qədər şişirtmək, ictimai məzmunlu bir hadisə kimi müzakirə etmək doğru deyil”-deyə X.Rais bildirdi.

Elyar İslamoğlu: “Məmurların övladlarına dəbdəbəli toy etməsi mətbuatın gündəmində yer almalı deyil, bu yaxşı qarşılanmır”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, əslində, hansısa məmurun övladına dəbdəbəli toy etməsi media gündəmində yer almalı deyil. Bunun heç bir ictimai məzmun daşımadığını deyən ekspert hesab edir ki, media bu məsələnin gündəmə çevrilməsinə çalışmalı deyil. “Keçmiş maliyyə naziri Samir Şərifovun oğlunun toyu haqqında məlumatı mən də mediadan oxudum. Hesab edirəm ki, medianın gündəmində belə bir hadisələrin yer tutması, onun ictimai məzmunlu bir məsələ kimi təqdim edilməsi yaxşı hal deyil. Heç bu jurnalist etikasına və medianın əzəli prinsiplərinə uyğun da gəlmir. Mediamızın gündəmini hansısa məmurun övladının toy xəbəri yox, ictimai, sosial, siyasi əhəmiyyətli xəbərlər tutmalıdır. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, məmurlar çalışmalıdır ki, övladlarına dəbdəbəli toylar etməsinlər və həmin toylar da təntənəli, dəbdəbəli toy kimi medianın gündəminə düşməsin. Çünki belə xəbərlər cəmiyyətdə qıcıq doğurur.

Vətən müharibəsində yüzlərlə subay, nişanlı oğulllarımız şəhid olub, bunlardan sonra məmurların övladlarına dəbdəbəli toylar etməsi və bəzi media qurumlarının da bunu gündəmə çevirməsi cəmiyyətdə xoş qarşılanmır. Çalışmaq lazımdır ki, toylar sadə olsun. Məmurların övladlarına dəbdəbəli toy etməsi mətbuatın gündəmində yer almalı deyil, bu yaxşı qarşılanmır”.

E.İslamoğlu qeyd etdi ki, toyların dəbdəbəli şəkildə keçirilməsi, israfçılığa yol verilməsi dinimizdə də bəyənilmir. “Dəfələrlə Prezident İlham Əliyev məmurlara çağrış edib ki, sadə olsunlar, camaatdan seçilməsinlər, dəbdəbəli məclislər, toylar etməsinlər. Cənab Prezidentin davranışı məmurlara nüminə olmalıdır. Cənab Prezident və Birinci xanım öz doğum günlərini ya azad ərazilərdə qeyd ediblər, ya şəhid ailələri ilə birgə keçiriblər, sadəlikləri ilə hər kəsə nümunə olublar. Amma çox təəssüflər olsun ki, bizim məmurlarımız cənab Prezidentin tapşırıqlarından nəticə çıxarmırlar, onlar yenə də dəbdəbəli toylarla və ad günləri ilə gündəmə gəlirlər.

Əslində, hansısa məmurun özünə keçirdiyi ad günü, övladının toyu gündəm olmamalıdır, media bu hadisəni işıqlandırmamalıdır. Çünki hansı məmurun övladının evləndiyi, toyu olduğu cəmiyyət üçün maraqlı deyil. Amma görünür, bəzi şəxslər cəmiyyətdə qıcıq yaranmasına çox həvəslidir ki, bu hadisəni xüsusi bir xəbər kimi işıqlandırır. Amma yaxşı olar, məmurlar da övladlarının toyunu elə keçirsinlər ki, bu toylar bəzi media qurumları tərəfindən gündəmə çevrilməsin və cəmiyyətdə qıcıq doğurmasın”-deyə E.İslamoğlu bildirdi.

Leyla QARAXNLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ