şənbə günü, 07 noyabr 2026
     

Bu qar yağışında Bakıda kiçik sahibkarlar neçə nəfərə bais oldular... Yasamal icra, bələdiyyə hara baxır...

Image


Elxan Əliyev: “Mərmər materiallı daş yer üçün deyil, divar üçün nəzərdə tutulub, ancaq…”

Paytaxta qar yağanda yaşlılar onu təmizlik, sağlamlıq, bolluq-bərəkətliliyin nişanəsi kimi dəyərləndirirlər. Doğrudan da hər tərəfin təmiz və ağappaq qarla örtüldüyünü görəndə, bir anlığa bütün eyiblərin yox olduğunu düşünürük. Amma qarın özü ilə hansı problemlər gətirdiyini fikirləşəndə dərhal sevinc hisslərimiz qəm-qüssə ilə əvəzlənir.

Axı paytaxtımızın qarlı qış günlərində ortaya çıxan problemləri saymaqla qurtarmır. Hər zaman olduğu kimi, bu il də qarın yağması ilə paytaxtda həyat iflic vəziyyətinə düşdü. Qar Bakı şəhərinin problemlərinin üstünü örtmədi, onları üzə çıxartdı. Yolların buz bağlaması, küçələrin, səkilərin, pilləkənlərin vaxtında qardan təmizlənməməsi və s. problemlər şəhər sakinlərini əlavə əziyyətə saldı.

Hamını narahat edən əsas problemlərdən biri həm piyada, həm də nəqliyyatın hərəkət etdiyi yolların vəziyyəti ilə bağlıdır. Qar dayansa da, küçələrin və səkilərin buzu təmizlənməyib. Buzu təmizlənməyən, şüşə kimi olan səkilər piyadaların qəniminə çevrildi. Buna səbəb isə yol kənarında olan gözəllik salonları, dönərxana, kafe–restoranlar və digər iaşə obyektlərinin qarşısının mərmər metlaxla döşənməsidir. Qar yağan kimi həmin obyektlərin qarşısı şüşə kimi buz bağlayır. O ərazidən keçmək istəyən şəxslər isə yıxılır və müxtəlif dərəcəli xəsarətlər alır. Məlumat üçün bildirək ki, 24 fevral tarixində 90 nəfər Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib, 15 nəfər əməliyyat üçün stasionara qəbul edilib. Yıxılmalara səbəbsə, əsasən, yol kənarındakı obyektlərin qarşısındakı mərmər metlaxların şüşə kimi buz bağlamasıdır. Piyadalar da səkilərdə yeriməyin avtomobil şütüyən yollarda gəzməkdən daha təhlükəli olduğunu deyirlər. Onlar bildirir ki, qar yağan kimi Bakıda nəinki səkilər, piyada keçidləri, parklarda da hərəkət təhlükəli olur: “Piyada keçidini, səkini piyadaların təhlükəsizliyi üçün yaradıblar. Amma piyadalar qarlı havada səki ilə, piyada keçidləri ilə gedəndə, parklarda hərəkət edəndə sürüşüb xəsarət ala bilərlər. Çünki sözügedən yerlərdə yerə döşənilən daşlar xizək kimi sürüşkəndir”.

Sərnişinlər qeyd edir ki, bu hal daha çox Yasamal rayonu Zahid Cəlilov, Şəfaət Mehdiyev və digər ərazilərdə müşahidə olunur. Bildirirlər ki, Yasamal Rayon İcra Hakimiyyəti və bələdiyyəsi bu kimi halların yaşanmaması üçün hər hansı bir tədbir görmür.

“Restoran, şadlıq evi, ticarət mərkəzi açan şəxslər obyektin qarşısına, yəni səkiyə istədikləri rəngdə, istədikləri materialda daş döşəyirlər, bu, şəhərsalma qaydalarına ziddir”

Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, paytaxtın əksər yerlərində yerə daş döşənərkən qarlı-yağışlı hava şəraiti nəzərə alınmayıb: “Bakıda bəzi parklarda, səkilərdə, iaşə obyektlərinin qarşısında buzlu havada gəzmək piyadalar üçün təhlükə yaradır. Səbəb yerə döşənilən daşların sürüşkən olmasıdır. Bu gün paytaxtda belə ərazilər çoxdur. Mərmər materiallı daş yer üçün deyil, divar üçün nəzərdə tutulub. Həmin yerlərdə layihələndirmə düzgün aparılmayıb. Ona görə də, bu gün mərmər döşənən yerlərdə qar yağan kimi piyadalar hərəkət edə bilmir. Belə yerlərdə yaşlı insanlar da, uşaq da yıxılaraq xəsarət ala bilər. Əslində piyada keçidlərində, səkilərdə, iaşə obyektlərinin qarşısında, parklarda yerə döşənilən daş bişirilmiş, üstü diyircəkli daşlar olmalıdır. Aidiyyəti qurumlar bu məsələni diqqətə almalıdır”.

Ekspert onu da əlavə etdi ki, bu gün paytaxtda digər problemi iaşə obyektləri yaradır: “İndi şadlıq evləri, restoranlar inşa olunarkən səkidə piyadaların hərəkəti nəzərə alınmır. Əslində hansı obyekt inşa olunur-olunsun, səkiyə döşənilən daş eyni olmalıdır. Amma bu gün biz fərqli mənzərə ilə rastlaşırıq. Restoran, şadlıq evi, ticarət mərkəzi açan şəxslər obyektin qarşısına, yəni səkiyə istədikləri rəngdə, istədikləri materialda daş döşəyirlər. Bu, şəhərsalma qaydalarına ziddir. Səkiyə döşənilən daşın rəngi, materialı səkinin bir hissəsində bir cür, digər hissəsində başqa cür ola bilməz. Amma şəhərdə iaşə obyekti istifadəyə verən şəxslər buna məhəl qoymurlar. Bir də görürsən, təmirdən sonra səkinin daşlarını söküb yerə mərmər döşəyirlər. Bişmiş romb şəkilli, üzəri diyircəkli daşlar səki, piyada keçidi, parklar üçün daha münasibdir. Səkiyə döşənilən daş hansısa obyektin görünüşünə xələl gətirirsə, uyğunsuzluq yaradırsa buna görə yerə sürüşkən materialdan daş döşənilə bilməz. Bu kimi halların qarşısı alınmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ