şənbə günü, 07 noyabr 2026
     

"44 gün - Tarixi zəfər"-in 3 cildi Zaqatalada təqdim edildi... - FOTO

Image


Nəzakət Məmmədova: “Bu cildlərdə Zaqatala, Qax və Balakən rayonlarından Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə də ensiklopedik məlumatlar yer alıb”

Uzun illərdir ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində misilsiz işlər görür, kitablar, xüsusi buraxılışlar, cildliklər hazırlayıb nəşr edir.

Şəhidləri xalqımızın əbədi ünvanı sayan redaksiya kollektivi bu ünvanların işığının sönməməsi, o oğulların yaddan çıxmaması, həmişə xatırlanması üçün fəaliyyət göstərir. Bir neçə cilddən ibarət olan “44 gün – Tarixi zəfər” adlı nəşr də redaksiyanın Vətən müharibəsi şəhidlərinə ucaltdığı kitab-abidədir. Bu cildiliyin ayrı-ayrı rayonlarda şəhid ailələrinə təqdim edilməsi mərasimi keçirilir. Bu dəfə redaksiya Zaqatalaya üz tutub, o bölgədəki şəhid ailələrinə bu kitabı təqdim edib.

baki-xeber.com-un məlumatına görə, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası fevralın 20-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimat mərasimini keçirib. Mərasimdə Zaqatala, Qax və Balakən rayonlarından olan şəhidlərin ailə üzvləri, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin əməkdaşları iştirak edib.

“44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildlərinin təqdimat mərasimində Zaqatala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərmin İbrahimova, Zaqatala rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Zaqatala şəhidi Əhməd Laçınovun anası Züleyxa Laçınova, Qax rayon şəhidi Hacıəhməd Hacıəhmədlinin anası İlkinbahar Səmədova, Balakən rayon şəhidi Kamal Məmmədovun anası Zümrüd Məmmədova çıxış edib, bu nəşrin çağdaş tariximizdə oynadığı rolu vurğulayıblar.

“Təmsil etdiyimiz Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük zəfərlər bəxş edən cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə mühüm iş görür”

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxışında “Xalqımız tarixi anlar yaşayır. Bu il Qələbəmizin 5-ci ildönümüdür. Müzəffər Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımız artıq azaddır torpaqlarda üçrəngli bayrağımız dalğalanır...

Əlbəttə, müharibə qansız-qadasız ötmür, şəhidlərimiz var... Təmsil etdiyimiz Respublika Xatirə Kitabı Redaksiyası xalqımıza böyük zərəfər bəxş edən cəsur oğulların adlarının əbədiləşdirilməsi məqsədilə mühüm iş görür.

Bu istiqamətdə Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş şəxslərlə bağlı "44 gün - Tarixi zəfər" adlı çoxcildliyinin birinci, ikinci və üçünců cildləri artıq çapdan çıxıb. Növbəti cild üzərində işlər aparılır.

Bu cildlərdə Zaqatala, Qax və Balakən rayonlarından Vətən müharibəsində iştirak edərək şəhadətə ucalmış qeyrətli oğullar barədə də ensiklopedik məlumatlar yer alıb.

Hazırda biz sizinlə birlikdə "44 gün - Tarixi zəfər" adlı çoxcildliyin haqqında bəhs etdiyimiz birinci, ikinci və üçüncü cildinin təqdimatına toplaşımışıq.

Qeyd edim ki, şəhidlər barədə məlumat toplayarkən yerli icra hakimiyyətlərinin müharibə iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbələri, həmçinin, şəhid ailələrinin özləri ilə sıx əlaqə qurur, məlumatların doğruluğunu təsdiq etmək üçün onların yardımından istifadə edirik. Fürsətdən istifadə edib bizə göstərdikləri kömək üçün onlara minnətdarlığımı bildirirəm”-deyə bildirib.

N.Məmmədova çıxışında Xatirə Kitabının yaradılması tarixi barədə də məlumat verib. Baş redaktor vurğulayıb ki, ilk vaxtlar Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə müstəqil quruma çevrilib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox nəcib və müqəddəs bir missiya yerinə yetirir. “Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanuna əsasən Azərbaycan vətəndaşlarının xatirəsini əbədiləşdirmək işini məhz Respublika Xatirə Kitabı Redaksiyası həyata keçirir.

Xatirə Kitabının cildlərində İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. Bu ensiklopedik kitab artıq ölkəmizin insan resurslarını əbədiləşdirən mühüm tarixi sənədə çevrilib.

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş və təndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən ibarət (iki dildə) kitab hazırlanıb, ictimaiyyətə təqdim edilib.

Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-Xəbər" qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" seriyasından da kitablar nəşr edir, ha-zırda layihə üzrə işlər davam etdirilir.

Respublika Xatirə Kitabı Redaksiyası həmçinin "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin hamısı geniş ictimaiyyətə təqdim olunub.

"Heç kim unudulmur, heç nə yaddan çıxmır!" devizi ilə çıxış edən Xatirə Kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir. Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk”-deyə bildirən N.Məmmədova çıxışının sonunda bildirdi ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. “İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Bizə Qələbə sevinci yaşadan şəhid oğulları anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim əsas işimizdir.

Şəhidlər bizim əbədiyyət ünvanımızdır.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Bugünkü tədbirin baş tutmasında yaratdığı şəraitə görə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısına və digər aidiyyatı şəxslərə təşəkkür edirəm.

Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr arzulayıram”-deyə baş redaktor bildirdi.

Sonda “44 gün – Tarixi zəfər” adlı kitabın I, II və III cildləri Zaqatala, Qax və Balakən rayonlarından olan şəhid ailələrinə təqdim edilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ