şənbə günü, 07 noyabr 2026
     

Azərbaycan Vəkillər Kollegiyası “Əqrəb mövsümü”nə qarşı...

Image


Emil Quliyev: “Bu iddia absurddur, gülməlidir”

2023-cü ilin yanvarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) kanalında yayımlanan “Əqrəb mövsümü”(“İki dünya bir olsa da”) serialı ilə bağlı qalmaqallar səngimir. Ekrana çıxdığı ilk vaxtlardan daim bu serial barədə ayrı-ayrı şəxslər tənqidi fikirlər bildirib.

Hətta “Əqrəb mövsümü” serialında tütündən istifadə prosesi özünün kulminasiya nöqtəsinə çatmışdı” kimi fikirlər də səsləndirilib. İndi də serialda vəkillər haqqında səsləndirilən fikirlər qalmaqal yaradıb, təqdim edilən səhnə vəkillərin şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirilib. Vəkillər Kollegiyası “Əqrəb mövsümü” serialında vəkillərlə bağlı səsləndirilən fikirlərə görə qanunamüvafiq addımlar atacağını bildirib. “Təəssüf hissi ilə qeyd edirik ki, son günlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan "Əqrəb mövsümü (İki dünya bir olsa da)" serialında vəkillik peşəsinə qarşı kəskin ifadələr, hətta kobud səslənən sözlər işlədilməsinin şahidi oluruq". Bu, Vəkillər Kollegiyasını Mətbuat Xidmətinin yaydığı məlumatda əks olunub.

Bildirilir ki, serialın 08.02.2025-ci il və 15.02.2025-ci il tarixlərdə yayımlanan bölümlərində film personajının dili ilə vəkillik peşəsinə dair bəzi xoşagəlməz ifadələr işlədilib. “Sözügedən ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək, vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir. Odur ki, vəkillərimizin haqlı narazılığını başa düşür və onlardan vəkillik peşəsinin xüsusi özəlliklərindən biri olan səbr nümayiş etdirməyi xahiş edirik.

Bildiririk ki, İTV kanalının "Əqrəb mövsümü" serialında vəkillik peşəsinə qarşı səslənən fikirləri hər hansı bir maneə olmadan efirə verməsi "Media haqqında" Azərbaycan Respublikasının Qanunun 14.1-ci, 39.1.3-cü maddələrinin tələblərinin pozulması deməkdir. Belə ki, Qanunun 14.1.6-cı maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir. Həmçinin, Qanunun 14.1.7-ci maddəsinə görə, mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci maddəsinə görə, audiovizual media olaraq, Qanunun 39.1.3-cü maddəsinə əsasən, 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək kimi vəzifəsi mövcuddur.

Bildirmək istərdik ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən qanunauyğun addımlar atılacağı qərara alınıb və yaxın zamanda Azərbaycan Respublikasının Audiovizual Şurasına, İctimai Televiziya və Radio Yayımları Şirkətinə, zərurət yarandığı təqdirdə digər qurumlara müvafiq müraciətlər ediləcəkdir.

Bir daha hər kəsdən xahiş edirik ki, vəkilliyə qarşı münasibətdə etik normalara riayət edilsin, qeyri-etik, əxlaqdan kənar ifadələr işlədilməsin. Əks halda tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcəkdir" - deyə kollegiyanın məlumatında bildirilib.

Məlumata görə, “Əqrəb mövsümü” serialında bundan əvvəl də vəkillərlə bağlı xoşagəlməz fikir səsləndirilib və bu, narazılığa səbəb olub. Bildirilənə görə, son seriyada dialoqda vəkil haqqında açıq şəkildə təhqir xarakterli ifadənin işlədilməsi vəkillərin kəskin etirazına səbəb olub. Məsələ o qədər böyüyüb ki, Vəkillər Kollegiyası da mövqeyini ortaya qoyub.

Mətbuata görə, birinci narazılıq serialın 8 fevralda yayımlanan seriyasında müstəntiqlə prokuror arasındakı söhbət zamanı vəkil peşəsi haqqında aşağılayıcı fikir səsləndirilməsilə yaranıb. Serialda söhbət zamanı prokuror köməkçisinə ehtiyac olmadığını söyləyir, qarşı tərəf isə ona “göndər, vəkildən zaddan işləsin...” deyir.

Azərbaycan Vəkillər Kollegiyasının “Əqrəb mövsümü” serialı ilə bağlı müvafiq addım atacağı barədə açıqlamasına filmin rejissoru absurd məsələ kimi yanaşır.

“Əqrəb mövsümü” serialının quruluşçu rejissoru Emil Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu məsələyə hər hansı bir şərh vermək niyyətində deyil. “Biz canlı yayımda nə lazımdır hamısını demişik, artıq sözlər qalmayıb. Bununla bağlı mən nə açıqlama verim? Absurd məsələlərə nə açıqlama vermək olar ki? Bu iddia absurddur, gülməlidir. Bu haqda nə danışım? Elə şey olar? Bədii əsərdir, onu necə müzakirə etmək olar? Bu sənədli filmdir, yoxsa xəbərdir, verilişdir, yoxsa nədir? Bu bədii filmdir, bədii əsərdir, burda əksini tapanlar müəllifin təxəyyülünün məhsuludur. Bədii əsərdə səsləndirilən fikirləri ciddiyə almağın özü qeyri-ciddidir”.

Vəkillər Kollegiyasının seriala qarşı hüquqi müstəvidə atacağı addımlara gəlincə, E.Quliyev “orda məhkəmə predmeti var ki, hüquqi müstəvidə də addım atsınlar? Atsınlar. Orda məhkəmə predmeti olacaq heç nə yoxdur. Yenə də deyirəm, bu, sənədli film deyil, bədii əsərdir, bədii filmdir, real hadisə deyil ki. Biri var sənədli filmin içində belə bir şey ola, deyəsən, hə, aydın məsələdir. Bədii əsəri müzakirə etmək gülməlidir”-deyə bildirdi.

Qeyd edək ki, serialın ssenari müəllifi Azər Aydəmir sosial media hesabında yazdığı postda onların ünvanına səslənən ittihamlarla razılaşmır. O hesab edir ki, vəkillər bədii materiala həssas, emosional yanaşır. Onun sözlərinə görə, vəkillik ədalət prinsipləri əsasında fəaliyyət göstərən, qərarlarını soyuqqanlı və obyektiv şəkildə verən, hərəkətlərini təmkinlə idarə edən bir peşədir. “Azərbaycan kinosu uzun illər senzuradan, ifadə və bədii azadlığın məhdudlaşdırılmasından əziyyət çəkib. Biz cəmiyyəti maraqlandıran mövzuları, plüralizm və ifadə azadlığını kinomuza, televiziyamıza təzə-təzə gətirmək istəyirik ki, bu da müxtəlif qurumlar tərəfindən birmənalı qarşılanmır. Bu, narahatlıq doğuran bir faktdır. Elə çıxır ki, siz buna inanmırsınız?! Bu da məyusluq doğurur. Onu da deyim ki, bu cür yanaşmanızla bir Azərbaycan vətəndaşı olaraq mənim gələcəyə olan ümidlərimi sarsıdırsınız. Çünki, nə də olmasa, siz məndən çox bilirsiniz axı...”

Serialın ssenaristi onu da qeyd edib ki, serialda özü də müstəntiq Rauf Eyvazov obrazını canlandırır. Həmin müstəntiq də istintaqı düzgün aparmır, hadisələrə obyektiv yanaşmır. Serialdakı polis personajı da düzgün qərarlar qəbul etmir:

“Çünki hər bir filmdə mərkəzi yerdə insan faktoru dayanır. İnsan talelərindən bəhs edilir. İnsan faktoru da hər zaman sovet propoqandasının təşviq etdiyi “Dyadya Styopa” ola bilməz. Əyər-əskiklərimizlə bir KİNO adında Ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır”.

“Əqrəb mövsümü” serialı hüquqşünas-yazıçı Ceyhun Hidayətlinin “Əqrəb” romanının motivləri əsasında dram, triller və detektiv janrlarında çəkilən serialdır.

Gördüyünüz kimi, filmin rejissoru və ssenaristi Azərbaycan Vəkillər Kollegiyasının iradları ilə razılaşmır və bədii əsərdə səsləndirilən fikirlərin sırf əsər müəllifinin təxəyyülünün məhsulu olduğunu, vəkillik peşəsinin alçaldılmadığını deyir.

Qarşıda serailla bağlı hansı addım atılacağını isə görəcəyik. Hələlik gündəmdə kollegiyanın ağır ittihamları və serialın yaradıcı heyətinin təkzibləri yer alır.

Leyla QARAXANLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ