Daha bir "Tik Tok" fəalı barədə bəd xəbər yayılıb. Xoşagəlməz hadisə bu dəfə Türkiyədə qeydə alınıb. Belə ki, 24 yaşlı "TikTok" fenomeni Gizem Özmen Manisanın Kırkağaç rayonunda baş verən yol qəzasında həyatını itirib. Dəhşətli qəzada həyatını itirən şəxslərdən birinin G.Özmen olduğu məlum olub.
İzmir-İstanbul avtomagistralının Kırkağaç hissəsində bir avtomobil yolun təhlükəsizlik zolağında park edilmiş yanacaq tankerinə çırpılıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə qrupları cəlb olunub.
Mətləb