Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında maraqlı faktlar əksini tapıb. Məlum olub ki, ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Hesabatda qeyd olunur ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.
Mətləb