Azərbaycanda yenilik sayıla biləcək hadisə baş verib. Mətbuata məlum olub ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb. Universitetdən mətbuata açıqlama veriblər ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq. İ.Xəlilovanın bu istefası ən azı 15-20 ildir ki, rektor kreslosunda oturub deputatlıq, biznes, habelə digər gəlir yerlərindən də ikiəlli yapışanları göz önünə gətirdi. Universitet elm, bilik ocağıdır. Universitet gələcək nəsillərin və gələcək cəmiyyətlərin formalaşması üçün məbəd sayılır. Təəsüf ki, bəziləri rektorluq məsuliyyətini məmur kreslosu ilə səhv salıb elm ocaqlarında inzibati amirəlik və əbədi kreslo hərisliyi ilə yaşayırlar. Təəsüf ki, cəmiyyətimiz belə nümunələrlə günü bu gün də "zəngindir"...
Məıtləb