şənbə günü, 07 noyabr 2026
     

YAZILI DASTAN ABİDƏLƏRİ TƏDQİQ OLUNUR

Image


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivlərində bir sıra yazılı dastan abidələrinin əlyazmaları mühafizə edilir. Bu yazımızda nəşr olunmuş bir neçə kitabdan bəhs etmək istəyirik.

Əlyazmalar institutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əli Məmmədbağır oğlunun tranfoneliterasiya edib, elmi-paleoqrafik təsvir və filoloji araşdırma ilə birlikdə nəşr etdirdiyi “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsi “Elm və təhsil” nəşriyyatnda işıq üzü görmüşdür. Kitabın redaktorları f.ü.f.d., dosent Aybəniz Rəhimova və böyük elmi işçi Rauf Şeyxzamanlı, rəyçisi f.e.d., professor Azadə Musayevadır.

Kitabın “Girişi”ində müəllif Azərbaycan folklorundan, yazılı folklor abidələrindən qısa məlumat verir, “Qəşəm xan və Gülüstan xanım” dastanından bəhs edərək yazır: “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsinin bizə gəlib çatmış yeganə nüsxəsinin məzmunu ilə ətraflı tanışlıq göstərdi ki, əlyazmanın mətninin paleoqrafik xüsusiyyətləri, süjet xətti, dastanın hansı tarixi dövrdə yaranması, qəhrəmanların şəxsiyyəti, klassik imla qaydaları, əsərdə arxaik dil xüsusiyyətlərinin qorunub saxlanılması və folklor əsərinin siyasi hadisələr fonunda yaranmasına səbəb olan bəzi məqalələrin öyrənilməsi olduqca əhəmiyyətlidir. Odur ki, yazılı dastan abidəsi haqqında daha ətraflı məlumat əldə etmək üçün maraq doğuran həmin məsələlərin hər biri ayrı-ayrılıqda, yığcam şəkildə olmaqla aşağıda nəzərdən keçiriləcəkdir”.

Müəllif “Dastanın əl yazması” adlı birinci bölümdə yazılı dastan abidəsinin “Paleoqrafik xüsusiyyətləri”ndən, “Tarxi hadisələr fonunda yaranan dastanın ideya-məzmun xüsusiyyətləri”ndən, “Dastanda işğalçılığa qarşı etiraz”dan, “Dastan qəhrəmanları və addəyişmə” məsələlərindən bəhs edir. “Datanın struktur və bəzi linqvistik-mənbəşünaslıq məsələləri” adlı II bölümündə isə “Dastan struktrunun səciyyəsi”, “Dastan deyimləri və ifadələri”, “Dil xüsusiyyətləri” kimi məsələlər araşdırılır. 6 bölümdən ibarən “Nəticə”də fikirlərini ümumiləşdirən tədqiqatçı Qəşəm xanın (Yaqubun) ziyalı, xalq yaradıcılığını dərindən bilən şair-dastançı olduğunu, öz başına gələn hadisəni qələmə aldığını qeyd edir, Qəşəm xanı bir tarixi şəxsiyyət hesab edir, onun Gəncə xanlarının nəslindən olduğunu bildirir, onu Qaçaq Nəbi ilə müqayisə edir, dastan qəhrəmanlarının taleyinin uğursuzluğunu Əsli və Kərəmin taleyi ilə yaxın səsləşdiyini vurğulayır, dastanda rus işğalına etirazın və Qacarlar halimiyyətinə rəğbətin əks olunduğunu diqqətə çatdırır və yazır: “Qəşəm xan və Gülüstan xanım” dastanı XX yüzilliyin əvvəllərində qələmə alınmasına baxmayaraq, mətninin fonetik, qrammatik, leksik dil xüsusiyyətlərində arxaiklik, dialektoloji cəhətlərin kifayət qədər qorunub saxlanılması, xüsusilə böyük maraq doğurur”. Tədqiqatın sonunda “Ədəbiyyat siyahısı” verilmişdir.

Dastan “Ustadnamə” ilə açılır. Dastanda nəzm və nəsr hissələr bir-birini növbələyir.

Sonda “İzahlar” təqdim olunmuşdur.

Əli Məmmədbağıroğlunun transfoneliterasiya edib, elmi-paleoqrafik təsvir və filoloji araşdırma ilə birlikdə nəşrə hazırladığı “Hatəmi-Tai” adlı yazılı dastan abidəsi “Zərdabi Nəşr” MMS-də çap olunmuşdur. Kitabın redaktoru Arif Ramazanov, rəyçisi f.e.d., professor Kamil Allahyarovdur.

“Giriş”də Hatəmi-Tai haqqında söz açan müəllif “Dastan ədəbi janrında yaranmış “Hatəmi-Tai” əsərinə Azərbaycan folkloruna aid nəşrlərdə indiyədək rast gəlinmədiyini” birdirir.

Monoqrafiyanın I fəsli “Hatəmi-Tai” dastanının əlyazması” adlanır. Fəslin “Hatəmi-Tai” dastanının əlyazma nüsxəsi və onun qəhrəmanları” bölümündə 88 vərəq həcmində olan əlyazma kitabının 1912-ci ildə katib Məhəmməd İbrahim Kərbəlayi Nəsir Həmədani oğlu tərəfindən nəstəliq xəttilə köçürüldüyünü, 1957-ci ildə Mustafa isayev tərəfindən Əlyazmalar fonduna (indiki Əlyazmalar insttutuna) verildiyini bildirən müəllif, katibin əslən həmədanlı olduğuna görə əlyazmanın cənubda qələmə alındığı qənaətinə gəlmişdir. Tədqiqatçı yazır: “Dastan altı beytlik Fani təxəllüs şairin ustadnamə-qəzəli ilə başlanır. Əlyazma mətninin xalq dastanları yaradıcılığı ənənəsinə uyğun olaraq qoşma, gəraylı və s. xalq şeiri növlərilə deyil, qəzəl ilə başlanması əsərin süjetinin məhz başqa bir xalqın folklor yaradıcılığına məxsusluğunu və ilkin mətninin nə vaxtsa tərcümə olunaraq Azərbaycan xalq dastançılığı xüsusiyyətini əxz etməklə formalaşması və nəhayət, xalq ədəbiyyatının bilicisi olan bir şəxs tərəfindən qələmə alındığı fikrini ortaya çıxarır. Ona görə də dastanın dikinin xalq danışıq dilinə nə qədər yaxınlığını görsək də, bizə yazılı şəkildə gəlib çatan bu folklor mətni daha çox bir yaradıcı şəxsin folklor ədəbiyyatı üslubunda araya-ərsəyə gətirdiyi bədii əsər təsirini hiss etdirir”.

Müəllif Hatəmi-Tainin müsbət keyfiyyətlərilə Şərq aləmində məşhurluğunu və Azərbaycan yazılı və şifahi ədəbiyyatında da sevilən qəhrəmanlardan olduğunu, dastanda onun səxavəti kimi mübarizliyinin və qətiyyətinin də qabarıq şəkildə göründüyünü vurğulayır. Tədqiqatçı dastandakı digər qəhrəmanlar haqqında da məlumat verir.

Fəslin “Hatəmi-Tai dastanının məzmun rəngarəngliyi” adlı bölümündə dastanın olduqca maraqlı süjet və məzmuna malik olduğunu, dastanın əsas ideyasının qəhramanın səxavətliliyinin təbliği olduğunu bildirən tədqiqatçı dastandakı hadisələrdən söz açır və buradakı “Biyabanda yaşayan gənc”, “Ağlayıb gülən camaşırçı”, “Minarəyə çıxıb-enən müəzzin”, “Ənsəsinə sillə vurduran kor ərəb”, “Cəvahir hekayəti” adlı hekayətlərdən bəhs edərək onların qısa məzmununu verir.

Əsərin II fəsli “Hatəmi-Tai” dastanının linqvistik və tekstoloji xüsusiyyətləri” adlanır. Burada “Dastanın dilinə aid bəzi qeydlər”, “Hatəmi-Tai” dastanının mətnində mətnşünaslıq məsələləri” işıqlandırılmışdır. Müəllif “Nəticə”də yazır: “Burada biz “Hatəmi-Tai” yazılı dastan abidəsi haqqında daha ətraflı elmi-paleoqrafik təsviri məlumatın verilməsilə yanaşı, əsərin filoloji və tekstoloji linqvistik xüsusiyyətləri ilə bağlı bəzi araşdırmalar da aparmağa səy göstərmişik”. Tədqiqatın sonunda “Ədəbiyyat siyahısı” verilmişdir. Kitaba dastanın transfoneliterasiyası daxil edilmiş, sonda çətin sözlərin lüğəti verilmişdir.

Əli Məmmədbağır oğlunun “Hekayəti-Kərəm” yazılı dastan abidəsi kitabı “Zərdabi Nəşr” MMS də çapdan buraxılmışdır. Əlyazmanın mətnini vaxtilə f.e.d, Əməkdar elm xadimi Şamil Cəmşidov nəşrə hazırlamışdı. Əli müəllim əlyazmanı yenidən tərtib edib nəşrə hazırlamış və tədqiq etmişdir. Kitabın redaktoru Macarıstan Peç Universitetinin doktorantı Mahnur Kərimova, rəyçisi f.e.d., professor Kamil Allahyarovdur.

Tədqiqatçı əsərin girişində əsər haqqında məlumat verir və sonda fikrini belə yekunlaşdırır: “Aydın məsələdir ki, hər hansı bir əsər, xüsusilə, ilkin qaynaqlarla əlaqəli müqayisəli şəkildə nəşrə hazırlanan mətnin təkrar-təkrar, diqqətlə nəzərdən keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Məhz əski mətnlərin nəşrə hazırlanmasında tətbiq olunan elmi-praktik metoddan istifadə etməklə “Hekayəti-Kərəm”in əlyazmasını da bütünlüklə, yenidən əvvəldən-axıradək tekstoloji yöndən nəzərdən keçirməli olduq və nəticədə tutuşdurma zamanı aşkar olunan çatışmazlıqları, uyğunsuzluqları bacardığımız qədər bərpa edib, dastanın transfoneliterasiyası olunaraq yenidən tərtib edilən dürüstləşdirilmiş mətnini və eyni zamanda yazılı abidə ilə bağlı elmi-paleoqrafik, filoloji cəhətdən aparılmış araşdırmanı da əlavə edib oxuculara təqdim edirik”.

“Hekayəti-Kərəm” yazılı dastan abidəsinin əlyazması” adlı I fəslin I bölümündə “Hekayəti-Kərəm” əlyazmasının paleoqrafik xüsusiyyətləri”, “Hekayəti-Kərəm” dastanının müqayisəli təhlili”, “Hekayəti-Kərəm” dastanında əhvalat və hekayətlər” haqqında əhatəli məlumat verilmişdir.

Kitabın “Hekayəti-Kərəm” yazılı dastan abidəsinin dil-üslub xüsusiyyətləri” adlı II fəslində “Hekayəti-Kərəm” əlyazmasının bəzi tekstoloji xüsusiyyətləri” və “Hekayəti-Kərəm” dastanı şifahi nitqdən yazılı dilə keçidin məhsulur” kimi məsələlər işıqlandırılmışdır. Müəllif “Nəticə”də “Hekayəti-Kərəm” əlyazmasının “Əsli və Kərəm” mövzusunda yazılmış ən qədim və nadir nüsxələrdən olduğunu, ədəbi dil normalarına uyğun şəkildə yazıldığını, əsərin 1867-ci ildə köçürüldüyünü, dastanın ənənəvi ustadnamə ilə deyil, xüsusi giriş – pişrovla başladığını, əsərdə nəsr və nəzmin növbələşdiyini, nəzm hissələrin qoşma və gəraylılardan ibarət olduğunu, şifahi variantlardan fərqli olaraq, Kərəmə anadan olanda Əhməd mirzə, Əsliyə isə Qara Sultan adının verildiyini, əsərdə Sofinin lələ kimi deyil, dost kimi təqdim edildiyini, əsərin süjetinin 1911-ci il İstanbul, 1913-cü il Bakı nəşrlərinə yaxın olduğunu və s. məsələləri diqqətə çatdırmışdır. Sonda zəngin ədəbiyyat siyahısı verilmişdir.

Kitaba əsərin mətninin transfoneliterasiyası da daxil edilmişdir. Əsər “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır və sonda 4 iyun 1867-ci il tarixi qeyd edilmişdir.

Kitabda mətnin faksimilesi də verilmişdir. Sonda “İzahlar”, “Onomastik vahidlər (toponimlər, hidronimlər, oronimlər)” və çətin anlaşılan sözlərin lüğəti verilmişdir.

Əli Məmmədbağır oğlunun ərsəyə gətirib oxuculara təqdim etdiyi hər üç kitab folklorçular, habelə folklorla məşğul olmaq istəyənlər üçün dəyərli vəsaitdir. Əli müəllimi uğurlarına görə təbrik edir, ona daha böyük müvəffəqiyyətlər arzulayır və yeni kitablarını gözləyirik.

SONA XƏYAL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ