Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bəzi icra başçılarının ucuz şöhrət naminə öz rayonlarının tarixini qədimləşdirmək oyunları açılır...

Image


Tarix saxtakarlığı sevmir. İndiyə qədər edilən tarixi saxtalaşdırmanın heç biri özünü doğrultmayıb. Götürək elə qonşu Ermənistan və İranı, tarixlərini o qədər saxtalaşdırıblar ki, indi özləri də nəyin düz, nəyin yalan olduğunu müəyyən edə bilmirlər.

Çox təəssüflər olsun ki, Azərbaycanda bəzi keçmiş icra başçıları rəhbərlik etdikləri, rayonların, şəhərlərin tarixinə “əl qatmaq” istəyində bulunublar. İndi-indi üstü açılır ki, demə, bir neçə rayonun icra başçıları özünü “əbədi başçı” hesab edib rəhbərlik etdiyi rayonun tarixini qədimləşdirmək istəyirmiş. Bəziləri isə, hətta başqa başçılarla rəqabətə də girirmiş ki, onun rəhbərlik etdiyi rayonun yaşı 3 min ildirsə, mənim rəhbərlik etdiyim rayonun yaşı 5 min il olmalıdır. 

Azərbaycan dövlətçiliyinin yaşı beş min ildən yuxarıdır və bizim ərazimiz ən qədim dövlət quruluşlarının mövcud olduğu torpaqlardır. Bunu arxeoloji qazıntılar da təsdiqləyir. Hansı bölgənin yaşını öyrənmək istəyiriksə, mütləq arxeoloji materiallara diqqət yetirməliyik, çünki arxeoloji qazıntılar istənilər ərazinin, şəhərin, kəndin tarixi barədə bizə müfəssəl məlumat verir. Azərbaycanda yaşı qədimdən-qədim olan diyarlar, şəhərlər çoxdur. Amma keçmiş icra başçılarının süni şəkildə rayonların yaşına, tarixinə müdaxilə etmək cəhdləri başadüşülən deyil.

  • “Elə icra başçıları vardı ki, xalq arasında “biz şəhərin tarixini daha da qədimləşdirmək istəyirik, amma müəyyən alimlər buna imkan vermir” kimi şayiələr yayırdılar”

Mövzu ilə bağlı geniş məlumata malik olan AMEA-nın Qafqazşünaslıq İnsitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu məlumat yanlış deyil, həqiqətən də bəzi icra başçıları bu istəkdə bulunublar.  “Vaxtilə dəb düşmüşdü və rayonların icra başçıları rayonların tarixini dəqiqləşdirmək üçün tarixçilərə, arxeoloqlara müraciətlər edirdilər. Yaxşı yadımdadır, bir neçə rayondan AMEA-nın prezidentinə, Rəyasət Heyətinə məktublar ünvanlayırdılar, o məktubları institutlara da yönəldirdilər. O məktublarla biz də tanışıq. Məktublarda göstərilirdi ki, şəhərlərin yubileylərini keçirmək məqsədilə onların tarixini dəqiq öyrənmək lazımdır. Mən də o məsələlərlə maraqlandım, tarixi faktlar topladıq. Arxeoloji qazıntılarda iştirak edib dəqiqləşdirmə apardıq və şəhərin bünövrəsinin hansı başlanğıcdan başladığını məyyən etdik, dəqiqləşdirdik. Bundan sonra tədbirlər, müşavirələr keçirilməyə başladı. Deyim ki, o vaxtlar tarixi bilməyən, həvəskar adamlar peyda olmuşdu. Təsəvvür edin ki, bəzi rayonların icra başçıları, ali məktəb rəhbərləri, hətta oralardan olan yazıçı və şairlər rayonun, şəhərin tarixini daha da “qədimləşdirməyə” həvəs göstərirdilər. Əsasən də bəzi icra başçıları çalışırdı ki, “qədimləşdirmə işi” onun adı ilə bağlı olsun.  Deyirdilər ki, tarixi nə qədər qədimləşdirsək, bir o qədər yaxşı, əhəmiyyətli olar. Hətta ermənilərdən misallar çəkənlər vardı ki, onlar edib, biz niyə etmirik? Amma mən dünya şəhərlərinin tarixini yaxşı bilən bir alim kimi birmənalı olaraq deyirdim ki, Azərbaycan şəhərlərinin tarixini öyrənərkən əvvəlki tarixçilərin yazdıqlarına istinad edilməlidir. Ömrünün 30-40 ilini bir şəhərin tədqiqinə həsr edən alimlərimiz olub. Məsələn, Şamaxının, Gəncənin, Beyləqanın, Qəbələnin, Bərdənin və başqa şəhərlərin tarixinə ömrünü həsr etmiş tədiqatçıların dediyini, yazdığını nəzərə almamaq mümkün deyil. Çünki bu, saxtakarlığa, uydurmalara yol açar, eyni zamanda da o alimlərin həqiqi zəhmətinə, obyektiv düşüncəsinə qiymət verməmək kimi anlaşıla bilər. Bu baxımdan mən həmişə bu mövqedə dayanmışam. Neçə illər o söhbətlər getdi. Ucuz şöhrət naminə həm icra başçıları, həm də institut rəhbərləri arasında bu saxtalaşdırmaya çox maraq göstərənlər oldu, hətta narazılıqlar da baş verdi. Elə icra başçıları vardı ki, xalq arasında “biz şəhərin tarixini daha da qədimləşdirmək istəyirik, amma müəyyən alimlər buna imkan vermir” kimi şayiələr yayırdılar. Amma deyək ki, elə şəhərlərimiz vardı, qədim olmasına baxmayaraq, Sovet dövründə onu qədim şəhər kimi təqdim etməyə imkan vermirdilər. Bu baxımdan yanaşmaq olar, amma bunun da bir qaydası var. Şəhər tarixini bilməyən adam şəhərin tarixini necə müəyyənləşdirə bilər? Elə şəhərlərimiz var ki, ona rəsmi Moskvadan qısqanclıqla yanaşılıb və bu səbəbdən də çox şəhərlərimizin tarixi orta əsr şəhəri kimi götürülüb. Məsələn, orta əsr Beyləqan şəhəri, orta əsr Bərdə şəhəri kimi... Amma sonradan aparılan tədqiqatlar göstərdi ki, bu şəhərlər orta əsrlər şəhərləri deyil. Xüsusən də Beyləqanda Qara Əhmədov, Bərdədə isə İlyas Babayev, Arif Məmmədov və mən tədqiqatlar apardıq, şəhərin qədim bünövrəyə malik olduğunu aşkarladıq. Numazmatik nümunələrlə, digər maddi mədəniyyət materialları, sinxron oxşar abidələrlə çox dərin müqayisədən sonra məlum oldu ki, bu şəhərlər qədim şəhərlərdir...

Təəssüf ki, çoxları “qədimləşdirmək” sözünü başqa cür başa düşür, elə bilirlər ki, şəhərlərin tarixi sicim kimidir, nə qədər dartsan bir o qədər uzanacaq. Elə deyil, onun da bir həddi-hüdudu var”-deyə qeyd edən Q.Hacıyevin sözlərinə görə, bizim şəhərlərimizin tarixi indiyə qədər obyektiv öyrənilib, o mənasız hay-küylərə, şişirtmələrə, fərziyələrə yol vermədən şəhərlərimizin tarixini obyektiv öyrənməliyik. Azərbaycan şəhərlərinin dünya şəhərlərinin bir hissəsi olduğunu deyən şöbə müdiri vurğuladı ki, bu məsələ obyektivliklə öyrənilir, burada uydurmalara yer yoxdur.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ