çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Köhnə avtomobillərin utilizasiyası müşkülə çevrilib

Image


Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də köhnə avtomobillərin utilizasiyasıdır. Amma bu məsələ indiyə kimi həllini tapmayıb. Halbuki, köhnə avtomobillərin utilizasiyasına ehtiyac sürətlə artır.

Hazırda Azərbaycanda istismarda olan avtomobillərin 80 faizinin istehsal tarixi 10 ili ötüb. Ölkədə hər 20 maşından biri olduqca köhnəlib, ancaq utilizasiya edilən avtomobilə rast gəlinmir. Son bir ildə ölkədə köhnə avtomobil alanlar azalsa da, ölkə yollarında belə maşınlar hələ də üstünlük təşkil etməkdədir. Araşdırmalar göstərir ki, istehsal ili 1992-ci ildən başlayan, yaşı ən azı 15 il olan avtomobillər az qala  iki gündən bir nasazlıq ucbatından təmir sexlərinə gətirilir. Qiyməti 6-7 min manatdan başlayan köhnə avtomobillərin hissələri dəyişdirilib yenidən yığılır, onların da ömrünə kimsə zəmanət vermir. Nəqliyyat üzrə ekspertlər də son illərdə köhnə avtomobillərdə yaranan texniki nasazlıq səbəbindən qəzaların sayının artdığını deyirlər. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, 2022-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1 259 yol-nəqliyyat hadisəsi baş verib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz çoxdur. Nəqliyyat üzrə ekspert Fərrux Abbasov “Azadlıq” radiosuna bildirib ki, yol nəqliyyat qəzalarının 70-75 faizi məhz köhnə avtomobillərin payına düşür: “Avtomobil parkının təqribən 60-70 faizi istehsal ili köhnə olan maşınlardan ibarətdir. Ölkədəki avtomobillərin təqribən 30 faizi heç bir standarta cavab vermir. Yerdə qalan 40 faizi Avro-1, 30 faizi isə Avro-2 və Avro-3 standartlarının payına düşür. Köhnə avtomobillərin böyük əksəriyyəti sovetlər dönəmində, sonradan isə Rusiyada istehsal edilib. Onların da təhlükəsizlik imkanları geniş deyil və mövcud tələblərə cavab vermir. Belə maşınlar utilizasiyaya getməlidir”.  Qeyd edək ki, utilizasiya ekoloji və təhlükəsizlik normalarına cavab verməyən, köhnələn avtomobillərin təkrar emala göndərilməsidir. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda köhnə avtomobillərin utilizasiya proqramının hazırlanması və icrası nəzərdə tutulub. Proqramın icrası isə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib. Lakin Dövlət Proqramın bitməsinə bir il qalsa da, köhnə avtomobillərin utilizasiyası hələ də baş tutmayıb.

Utilizasiyanın gecikməsinin ətraf mühitə zərəri də tez-tez gündəmə gətirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri köhnə avtomobillərin yaratdığı təhlükələri vaxtaşırı gündəmə gətirir. Nazirlik rəsmisi Rasim Səttarzadə  bu xüsusda qeyd edib: “Avtomobil köhnəldikcə onun mühərriki də köhnəlir. Bu zaman mühərrikin işində müəyyən qüsurlar əmələ gəlir. Həmin mühərrik işləyən zaman yaranan və atmosferə atılan tullantı qazların tərkibində zərərli maddələrin miqdarı artır. Bu isə ətraf mühitə, atmosfer havasının keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir”. Elmi tədqiqatlar göstərir ki, hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80 faizdir. Avtomobillərin istehsalından sonrakı 1-3 il ərzində zərərli qaz tullantılarının səviyyəsini istehsalçı müəssisənin zəmanət verdiyi həddə saxlamaq mümkündür. Tədqiqatlar göstərir ki, maşın köhnəldikcə zərərli qaz tullantıları artır. Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Bu il yanvarın 1-dən Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin satışı əlavə dəyər vergisindən azad edilib. İqtisadiyyat Nazirliyi qeyd edir ki, nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi istiqamətində işlər davam etdirilir. Vurğulanıb ki, layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, detalları haqda ətraflı bilgi aidiyyəti normativ sənədlər təsdiqlənəndən sonra veriləcək. Əgər razılaşdırma qısa zamanda alınarsa, 2023-cü ilin yanvarından icrasına başlanıla bilər. Nazirlik bildirir ki, nəqliyyat vasitələrinin utilizasiyası tam könüllülük əsasında gerçəkləşəcək, bu yöndə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur: “Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulub”. İlkin mərhələdə neçə avtomobilin utilizasiya ediləcəyi, ödənişin necə hesablanacağı suallarını nazirlik cavabsız qoyub. Utilizasiyanın icrasında iştirak edəcək digər qurumlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi isə proqram barədə hələ ki açıqlaam verməyib. Mütəxəssislər  bildirir ki, Azərbaycanda utilizasiya proqramının düzgün şərtlər ilə işə salınması ilə köhnə avtomobillər dövriyyədən kənarlaşdırıla, bütövlükdə avtomobil parkı yenilənə bilər.  Hesab olunur ki, öncə vəziyyəti daha ağır olan maşınlar utilizasiyaya getməlidir. Amma o da qeyd edilməlidir ki, köhnə avtomobillərdən imtinanın çətinliyi bəzi alıcıların təzə avtomobil almağa gücünün çatmaması ilə bağlıdır. Dövlət həmin alıcıları nəzərə alaraq ölkə daxilində ucuz avtomobil istehsalının keyfiyyətini və həcmini artırmalıdır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ