çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - XIV yazı

Image


(Əvvəli ötən saylarımızda)

2006-cı il sentyabrın 1-də təyinatla Şəmkir rayonunun Rüstəm Əliyev adına Yeniabad kənd orta məktəbinə biologiya müəllimi kimi işləməyə göndərildim. Məmmədov qardaşları mənim ilk şagirdlərimdən olublar. Onda Cavid X, Çingiz isə VIII sinifdə oxuyurdu.

İlk dərsim VIIIa sinfinə zoologiya dərsi idi. Sinfə daxil oldum, salamlaşıb tanış olduqdan sonra sinifdəki uşaqlar, əsasən də dörd oğlan (Çingiz, Kamil, Seymur, Tural) məni sual atəşinə tutdular. Qurbağalar, sürünənlər haqqında cavabını bildikləri sualları verib məni yoxladılar. Məqsədlərini anlamışdım, amma fikirləşdim ki, qarşı çıxsam, başqa nəsə fikirləşərlər, ona görə də verdikləri bütün sualları ətraflı şəkildə cavablandırırdım. Təxminən dərsin yarısı keçmişdi, dəqiq yadımda deyil, o dörd nəfərdən hansısa biri digərlərinə “Ə ..., yox, doğrudan da, bilir. Dərs keçə bilər”. Şagirdlərə dedim ki, əgər sınaqdan keçdimsə, dərsə başlayaq. Pərt oldular.

Çingiz ilk dərsdən şıltaqlığı, şuluqluğu ilə yadımda qaldı. Dərs oxumazdı, dərsdə səsli-küylü, ipə-sapa yatmaz idi. Hər dərs Çingizin adını çəkərdim. Heç cürə onun diqqətini dərsə cəlb edə  bilmirdim.

IX sinifdə oxuyurdular. Dərslərin birində məni o qədər hövsələdən çıxartdı, axır dedim ki, sən balaca uşaq deyilsən, belə olmaz axı... Bu gün-sabah məktəbi bitirəcəksən, ali məktəbə qəbul olacaqsan-olmayacaqsan, amma hərbi xidmətə yollanacaqsan. Sənə vətəni, torpağı əmanət edəcəyik. Çingiz ayağa qalxaraq özündən razı bir əda ilə “Nə bilirsiz, bəlkə, elə Qarabağı biz azad edəcəyik”, - dedi. Atalar demişkən: “ Deyənmi, dedirdənmi?..”

Bəli, Çingiz Qarabağı azad edənlərdən, tariximizi yeniləyənlərdən, yeni tarix yazanlardan oldu. Qarabağımız uğrunda canından keçdi, şəhidlik zirvəsinə ucaldı.

Məktəb illərində dəcəlliyinə görə, hətta bir gün valideynlərinin mənimlə əlaqə saxlamaları üçün xəbər göndərməyə uşaq axtarırdım, dedilər ki, bəs X sinifdəki Cavid onun qardaşıdır, ona deyə bilərsiz. Tənəffüsdə Cavidi çağırdım: “Şokalad oğlan, səni bir dəqiqə olar?” Cavid mənə yaxınlaşdı. Və Çingizlə bağlı ona gileyləndim. Dedi ki, müəlimə, atam bilməsin, bir də sizi incitməz. Doğrudan,  elə də oldu. O gündən sonra Çingiz dərsdə dəcəllik etmədi. Sakit dayanıb dərsdə gözləri ilə məni izləyirdi. Bir gün o qədər sakit, süst olmuşdu ki, özüm də narahat oldum. Çingizə yaxınlaşıb soruşdum ki, sənə nəsə olub, ağrıyıb eləmirsən? “Yox, müəllimə, ağrımıram, nədir ki?” Dedim: “Heç, sakit oturmusan, ona görə soruşdum”.

Çingizin reaksiyası maraqlı oldu:” Ehh, ay müəllimə, sizin də qəribə xasiyyətiniz var. Səs salıram, “Niyə səs salırsan?”, sakit oluram “Niyə sakit durursan?” – deyirsiz.

Qeyri-ixtiyari gülümsədim və dedim ki, indi də çox sakitsən, sadəcə narahat oldum.

Gah şıltaqlığı, şuluqluğu, səs-küyü, gah zarafatlarıyla Çingiz məktəbi bitirdi. Çox sonralar bildim ki, əsgərlikdən sonra hərbidə qalıb orada işləyir.           

Bir qış səhəri idi. Hava çox dumanlı olduğundan göz-gözü görmürdü. Avtobusdan düşüb məktəbə gedirdim. Dumanda iki nəfərin yaxınladığını gördüm. Biri hərbi formada idi. Kitelinin boyunluğunu qaldırıb, kepkasını da lap aşağı salıb özündən razı bir əda ilə “Salam, müəllimə, necəsiniz?” - dedi. Salamını aldım, amma səs tonumdan onu və yanındakını tanımadığım hiss olundu. Hər ikisi güldü. Mülki formada olan dedi ki, müəllimə bizi tanımadı. Səsindən Cavidi tanıdım. Ona qədər Çingiz mənə tanışlıq verdi: “Müəllimə, “2” verdiyiniz oğlanam”. Mən onda bildim ki, Çingiz hərbçidir.

Cavid təbiətən çox sakit uşaq idi. Ən azından mən onu elə tanıyırdım. Dərs dediyim iki il ərzində sakit təbiəti ilə yadımda qalıb. Qardaşı kimi Cavid də dərsə hazırlıqsız gələrdi. Bir dəfə necə oldusa, dərs zamanı Cavid arxada oturan yoldaşları ilə danışıb dərsdə səs-küy yaratdı. Mən qeyri-ixtiyari olaraq “Ey, şokolad oğlan, sakit ol, düz otur”, – deyərək Cavidə səsləndim. Cavid “Müəllim, mənə niyə elə dediniz”, - dedi. Hiss elədim ki, incidi. “Şokolad pisdi bəyəm? Xətrinə dəydimsə, üzr istəyirəm”, - söylədim.  

Zəng vuruldu. Uşaqlara “Siz çıxa bilərsiniz”,- deyib sənədlərimi toplayıb otaqdan çıxırdım ki, qapıda Cavid bir yoldaşı ilə göründü və “Müəllimə, sizi bir dəqiqə olarmı?” - deyə səsləndi. Yaxınlaşdım. Cavid bir az utancaq, bir az sevincli “Müəllimə, siz məni həmişə şokolad oğlan çağıra bilərsiniz?” - deyə soruşdu. Dedim, “Bayaq incidin axı”. “Yox, müəllimə, siz məni elə çağırın”. O gündən Cavid mənim şokolad oğlanım, şokolad şagirdim oldu. Onu məktəbi qurtarana kimi o adla çağırdım.

Vətən müharibəsi başlayanda onların hərbidə işlədiklərini tamam unutmuşdum. O xəbəri alana kimi...

2020-ci il oktyabrın 3-də, gecə saat 11-in yarısı olardı, işğaldan azad olunan ərazilərin adlarının açıqlanmasını gözləyirdim. Mənə zəng gəldi. Zəng edən məktəbimizin direktoru idi. “Müəllimə, şəhidimiz var, - dedi, - sabah dəfn olunacaq, bizə əklil lazımdır”. Şəhidin kim olduğunu soruşdum. “Məmmədov Cavid İlham oğlu”,- dedi. Həmin an şokolad oğlan heç yadıma düşmədi. Mən tamam başqa oğlanı fikirləşdim. Özümü heç cür ələ ala bilmirdim. Hətta fikirləşdiyim uşağın dərsdə etdiyi şıltaqlıqlardan danışıb ağlayırdım.

30 ildə verdiyimiz hər bir şəhid bizimdir. Hər bir azərbaycanlı ailəsinindir. Bu gün də sosial şəbəkədə, televiziya kanallarında tanımadığım şəhid haqqında oxuyanda, onun həyat yolu haqqında eşidəndə şəhidin doğmaları qədər o ağrını yaşayıram.

Cavid və Çingiz qardaşları bizim gözümüzün önündə şagirdimiz olaraq böyüyüblər. Biz müəllimlər üçün şagirdini itirmək çox ağırdır. O ağrını, o acını daha yaxından hiss edirəm. Nə qədər dəcəl, nə qədər şuluq olsalar belə heç bir müəllim öz şagirdinin itkisini istəməz. Hər şagird müəllimi üçün övlad kimidir. Valideyn bütün övladlarını sevdiyi kimi, müəllim də şagirdlərinin birini az, birini çox sevir. Amma sevir.

Şəhid olan Cavidin mənim şokolad oğlanım, şokolad şagirdim olduğunu yuxuda bildim. Xəbəri eşidəndə mən onu başqa Cavidimizlə səhv salmışdım. Şəhid xəbərini aldığım gecə yuxumda Çingizgilin sinfinə dərsə girdim, şagirdlərin davamiyyətini yoxlayırdım. Bütün uşaqlar məktəbli formasında idilər, təkcə Çingiz hərbi formada idi. Həmişəki kimi orta cərgədə birinci partada oturmuşdu. Sıra ona çatanda, mən onun adını çəkməmiş Çingiz ayağa qalxıb mənə əsgər salamı verdi.  Və özünü təqdim etdi: “Mən, Məmmədov Çingiz İlham oğlu”. Yuxudan ayıldım, onda anladım ki, Şəhid Cavid mənim şokolad şagirdimdir. Hər dəfə söhbət onlardan düşəndə o yuxunu danışıram və niyə Çingizin yuxuma girdiyini soruşurlar. Deyirəm ki, yəqin, Çingiz demək istədi ki, şəhid mənim qardaşımdır, müəllimə, başqası deyil. Anlada bilmirəm, ancaq o yuxudan sonra şəhidin kim olduğunu dəqiq bildim.

Cavidin yas mərasimində ailəsinin Çingizlə əlaqə saxlaya bilmədiyini eşitdim. Bütün kənd – onu tanıyan-tanımayan hər kəs ümidlə Çingizdən xoş xəbər gözləyirdi. Bunun üçün dualar edirdi. Təəssüf...

Dekabr ayının 17-də yenə zəng gəldi, yenə şəhid xəbəri aldım. Bu, aylardır itkin kimi axtardığımız Çingizin şəhid xəbəri idi.

Şəhidlik uca zirvədir. Bu zirvəyə uçalmaq hər kəsə nəsib olmur. Yaxınını şəhid vermiş biri kimi deyə bilərəm ki, bu zirvə nə qədər uca, qürurverici olsa da, geridə qalanlar – bizlər üçün onların yoxluğunu qəbul etmək, onları bir daha görə, səslərini bir daha eşidə bilməyəcəyimizin acısı çox ağırdır.

Allah Cavid və Çingiz Məmmədov qardaşlarına və onların timsalında cəmi şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun.

Türkan Cəfərova, şəhid qardaşların müəllimi

Gözlərdən oxunan qəhrəmanlıq

Tarixən Azərbaycan torpaqlarında doğulan, boya-başa çatan insanların hər biri vətənpərvər və qəhrəman ruhlu olublar. İkinci Qarabağ müharibəsində də biz bunu bütün dünyaya sübut etdik.

İnsanın həyat yolu əvvəldən onun alnına yazılır deyirlər. Kiçik yaşlarından insan davranışı, sözü-söhbəti ilə də bunu bəlli edir.

Cavid hələ kiçik yaşda olmasına baxmayaraq təmkini, qəhrəmanlara xas olan daxili zənginliyi gözlərindən oxunurdu. Hər dəfə dərsdə Azərbaycanın Dövlət Himni oxunan zaman vətən, yurd sevgisi onun himni oxumasında aydın sezilirdi. Himni ürəklə, həvəslə, əlini qəlbinin üzərinə qoyaraq oxuyurdu. Sanki hələ kiçik uşaq qəlbində öz şanlı, fəxarət dolu gələcəyini bilirmiş.

Məktəb illəri bitdikdən sonra Cavidin hərbçi peşəsini seçdiyini biləndə də ona olan hörmət və ehtiramım daha da artdı. Çünki hərbçi peşəsi də müəllimlik kimi müqəddəs bir peşədir.

Cavid və qardaşı Çingiz öz şəhadətləri ilə çox insana qismət olmayan bir zirvəyə yüksəldilər. Vətən uğrunda canından, qanından keçən hər bir oğul və qızlarımıza Allah rəhmət eləsin.

Şəhid ailələrinin qarşısında baş əyir, Qazilərimizə can sağlığı arzulayıram.

İlhamə Məmmədova şəhid qardaşların müəllimi

(Ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ