çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 15-ci yazı

Image


Şəhid Məmmədov Çingiz İlham oğlu haqqında unudulmaz xatirələrim

“Biz gəldi-gedərik, təki Vətən yaşasın” amalının qəlbində hökm saldığı, qısa və mənalı ömründə hər an belə vətəni düşünən çox dəyərli və cəsur, tanıdıqca daha çox tanımaq istədiyim şəxslərdən biri, nur üzlü bir ananın vətənpərvər oğlu olaraq dünyaya göz açan, lakin təkcə doğumu ilə bir ananın olsa da, şəhadəti ilə bütün anaların oğlu olan, şəhid gizir Məmmədov Çingiz İlham oğlu. 

Gizir Məmmədov Çingiz İlham oğlu ilə eyni hərbi hissənin qonşu bölmələrində xidmət etməyimizə və tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, onun necə bir vətənpərvər, vətən üçün sözdə yox, əməldə can verməyə hazır olduğu hərbi xidməti zamanı bəlli idi.

Ulu öndərimiz Heydər Əliyevin “bütün peşələr gözəldir, ən gözəl peşə isə vətənə xidmət etməkdir” kəlamını hər zaman dilində şüar edən gizir ömrünün ən gözəl çağlarını vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, təkcə bununla kifayətlənməmiş, hər zaman tabeçiliyində olan şəxsi heyətin də vətəni sevən döyüşçülər kimi yetişməsi üçün əlindən gələn hər bir şeyi etmişdir. O deyirdi: ”Bir millətin sahib olduğu ən önəmli şey vətənidir”. Gizir Məmmədov Çingiz İlham oğlu hər şeydən, hətta canından da üstün bildiyi vətəni üçün şəhid olaraq adını ən uca zirvəyə - şəhidlik məqamına yüksəltdi. Bu müqəddəs məqam hər kəsə nəsib olmur, hətta “Qurani- Kərimdə” də şəhidləri ölü adlandırmağa icazə verilmir. “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər”. 

Mən müharibənin başlamasına az günlər qalmış onun ürəyinin necə vətən üçün döyündüyünün, müharibə zamanı isə sözündə yox, əməlində vətən üçün hər şeyi etdiyinin bir daha şahidi oldum və onunla birlikdə bu şərəfli yolla addımlamlayaraq, Vətən müharibəsində,  Murovdağ döyüşlərində yurdumuzun hər qarışı üçün Azərbaycanın mərd, şücaətli, igid oğlanları ilə birgə mübarizə aparmışıq. Onun vətən eşqi döyüşçülər üçün bir məktəb, sevgi və hörmətlə anılacaq bir yoldur, hər bir vətəndaş üçün “ilk dərs”dir. Vətənpərvərlik ruhunda böyüdülmüş, vətənsevərliyinin ailəsindən, onu böyüdən valideyinlərindən övladlarına keçdiyi hər iki qardaşın vətən uğrunda canlarını fəda etməsi, nəinki, bizim ölkəmiz, hətta bütün dünya üçün ibrətamiz və unudulmaz bir məktəbdir.

Gizir Məmmədov Çingiz İlham oğlunun canı “vətən, yurd, torpaq, bayraq” sözləri ilə yoğrulmuşdur. Nə qədər ki, üçrəngli bayrağımız şəhidlərimizin sayəsində ucalarda dalğalanmaqda davam edir, bu o deməkdir ki, biz xalq olaraq öz varlığımızı, vətənimizi qoruya bilmişik. 

Bizlər hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutmalıyıq, çünki onlar ölümləri   

(dinimizin peyğəmbəri Məhəmməd s.a.v şəhidlər haqda: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar") ilə bu torpaqları bizə vətən etdilər. Bu torpaqlar cəmi şəhidlərimiz sayəsində vətən olub. Hər zaman bizlər əlimizdən gələn ən yaxşı işləri görsək, hər addımımızda, hər sözümüzdə şəhidlərimizi ansaq, onların ruhları şad olar. Şəhidlər biz unutduğumuz zaman ölürlər. Şəhid gizir Məmmədov Çingiz İlham oğlu kimi vətəni canlarından çox sevən əziz şəhidləri sevmək, onları hər zaman anmaq bizim ən ümdə vətəndaşlıq borcumuzdur. Bir daha əziz şəhidimizə uca Yaradandan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm.

Unutmayaq, Şəhidlər vətənimizin istiqlalı, torpaqlarımızın azadlığı və bütövlüyü, dövlətimizin daimi, müstəqilliyimizin əbədi, üçrəngli bayrağımızın sonsuza qədər üfiqlərdə dalğalanması üçün canlarını fəda ediblər!

Muradov Hacı, Vətən müharibəsi veteranı, II qrup müharibə əlili, istefada olan baş leytenant 

Mən də Cavid və Çingiz kimi Şəmkir rayonun Yeniabad kəndində doğulmuşam. İndi də həmin kənddə yaşayıram.

Cingizlə bir sinifdə oxumuşam. Qonşu, yaxşı dost olmuşuq.  Çingiz cox mərifətli, böyüyün-kiçiyin yerini bilən idi. Hamıya qayğı ilə yanaşırdı. O, şən olmasıyla özünü dostlara, doğmalara sevdirə bilmişdi. Hamı onun xətrini çox istəyirdi. 

Cavid Çingizdən fərqli olaraq çox sakit, heç kimlə işi olmayan bir insan idi.

Cavid də, Çingiz də çox kasıbçılıqla böyüyüblər. Əziyyətin nə olduğunu bilirdilər. Zəhmətkeş uşaqlar idilər. Bir yerdə böyümüşük, dost olmuşuq. Uşaqlığımız bir yerdə keçib.

Çingiz məktəbdə oxuyanda həmişə hərbiçi olacağını deyirdi.

Əsgərlikdən gələndən sonra sənədlərini “Gizir hazırlığı kursu”na verdi. Qəbul olundu. Sevinci yerə-göyə sığmırdı. Uşaqlıqdan arzuladığı peşəyə sahib olmuşdu.

Kursu bitirdikdən sonra göndərişlə Naxçivanda 5 il gizir kimi qulluq etdi. Hər gələndə Naxçıvandan, hərbidə yaşadıqlarından, ev, dostlar üçün darıxdığından danışırdı. Hərdən də hərbi qulluqdakı naliyyətlərini sevinclə bölüşürdü. Artıq püxtələşmişdi. Texnikanın sirlərinə yiyələnmişdi. Ordudakı dostlarından, onların mehribanlığından söhbət açırdı. Əsgərlərinə olan sevgi və qayğısını sevə-sevə bölüşürdü.  Vətənə xidmət onunçün hər şey idi. Ən böyük arzusu torpaqlarımızı işgaldan azad etmək idi. Özü də o qalibiyyətin önündə olaraq. Qələbənin olacağına çox əminliklə danışırdı.

Naxçıvandan gəldikdən sonra Tovuzda xidmətini davam etdirdi. Ürəyindəki vətən, torpaq sevgisi onu həmlə taborunda xidmətə gətirmişdi. Seyfəlidə həmlə taboruna təlimlərdə iştirak edirdi. Xüsusi təlimlər keçirdilər. Əsgərlərinin da razılıq edirdi.

Son gəlişində müharibəyə tam hazır olmalarından və mütləq qalib gələcəyimizə çox əmin idi. Bu bizi də sevindirirdi. İnanırdıq ki, bu təkcə hərbi qulluqçuların deyil, bizim hamımızın, xalqın birliyi sayəsində mümkün olacaq. Çünki hamı Qələbəyə susamışdı. Qələbənin sevincini dadmaq, onu yaşamaq istəyirdi.

Çingizin hər gəlişi, hər söhbəti bizə ruh verirdi. Müharibə nə qədər qanlı-qadalı olsa da, hamı torpaqlarımızın yağı düşməndən azad olunması istəyirdi. Mən də müharibə başlasa, mütləq könüllü olaraq müharibəyə gedəcəyimi bildirmişdim. Elə də oldu.

28.09.2020-ci ildə könüllü olaraq müharibəyə getdim. Sentyabrın 29-da, müharibə başlayandan iki gün sonra Çingizlə görüşdüm. Çingiz dedi ki, qardaş, özündən muğayat ol, mən Murova gedirəm. Sağollaşıb ayrıldıq. Ondan sonra Çingizlə əlaqəm kəsildi. Sonra eşitdim ki, Çingizdən heç bir xəbər yoxdur. Evdəkilər də narahatdır.

Həm döyüşdə, həm də Çingizlə yaxın dost olduğumdan Çingizi məndən də soruşurdular. Mənim isə Çingizdən xəbərim yox idi. Bir neçə gündən sonra axtarıb Çingizin döyüş dostlarını tapdım. Dedilər ki, Çingiz qardaşı Cavidin şəhid olduğunu bilib, bir az fikrə getdi və dedi ki, mən irəli gedirəm. Geri qayıtmaq söhbəti etməyin.

Çingiz düşməndən təkcə qardaşı Cavidin yox, bütün şəhidlərin intiqamını almağa söz verib. Ona görə də ən ağır döyüşlərdə qabaqda olub.

Mən Çingizi yaxşı tanıdığımdan, bilirəm ki, o düşməndən qorxub çəkinən deyil. Ən ağır döyüşlərə girər və təhlükə hiss etsə, ora kimsəni buraxmaz, təkcə gedər.

Çingiz belə qəhrəman, mərd, cəsur oğul idi.

Döyüş yoldaşlarının Çingizin cəsurluğundan, qəhrəmanlığından danışdıqca, dostum üçün qürur duyurdum. Sonda hiss etdim ki, Çingizlə görüşə bilməyəcəyəm. Çingizin oktyabrın 2-də Murov dağında itkin düşüyünü bildirdilər. Bunu eşidəndə gözümün önünə uşaqlığımız, məktəb illəri, xoş günlər düşdü. Bir də İlham əmiylə, Faya xala.

Mən də Cavidlə Çingizin və şəhidlərimizin qisasını alacağıma söz verdim.

Müharibənin sonuna yaxın Şuşa-Xankəndi döyüşündə yaralandım. Məni Bakıya hospitala gətirdilər. Özümə gələndə Çingizin anası Faya xalaya zəng elədim ki, Çingizdən nə xəbər var? Faya xala ağlaya-ağlaya mənə dedi ki, Kamil, sən Çingizlə qardaş kimi olmusan, bəlkə nəsə bilirsən, məndən gizlətmə. Çingizin itkin düşdüyünü bilsəm də, anasına deyə bilmədim.

Çingiz həmişə deyirdi ki, mən vətənim, millətim üçün şəhid olacam. Elə oldu da.

Cavid də Çingiz kimi hərbiçi olmaq istəyirdi. Ona görə də o da “Gizir hazırlığı kursu”na daxil oldu. 

Əvvəlcə Tovuzda, sonra isə Goranboyda xidmət elədi. Hər zaman döyüşə can atırdı. Müharibə başlamamışdan bir az əvvəl xidmətini ön cəbhəyə dəyişdi. Düşmənlə üzbəüz olmaq istəyirdi. Sanki müharibənin başlayacağını bilirdi. Yəqin ürəyinə dammışdı. Vətənini, torpağını çox sevən qorxmaz döyüşçü, gizir Cavid Məmmədov elə müharibənin ilk günlərində döyüşçü dostları ilə birlikdə ermənilərin bir neçə postunu alıb, bəzi kəndləri işğaldan azad etdikdən sonra qızğın döyüşlərin birində qəhrəmancasına şəhid oldu.

Hər dəfə kənd qəbiristanlığına gedəndə ilk ziyarət etdiyim Cavidlə Çingiz, mənim şəhid qardaşlarım olur. Hospitaldan evə buraxılanda da onları ziyarət etməyi özümə borc bildim. Cavidlə Çinciz mənim təkcə uşaqlıq dostlarım deyil, həm də döyüş dostlarımdı. Fəxrimdi. Qürur yerimdi.

Allah kəndimizin şəhidləri olan Cavid və Çingizə, eləcə də bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı qazilərimizə şəfa versin!

Məmmədov Kamil, “Cəsur döyüşçü” medallı qazi

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ