çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qarabağ haqqında yeni kitabların təqdimatı keçirildi

Image


Nərimanov Mərkəzi Kitabxanasında Qarabağ həqiqətləri ilə bağlı kitabların təqdimatı keçirilib.

Nərimanov Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu “Zəfər yolu”, “Bir damla göz yaşında torpaq həsrəti”, “Laçın həsrətim” və  “Xocalı Şahidlər danışır” adlı kitablarının təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimini giriş sözü ilə açan Nərimanov rayon MKS-nin direktoru Vəfa Quliyeva qonaqları salamlayaraq onların hər birinə iştirak üçün öz təşəkkürünü bildirib.

Daha sonra çıxış edən tədbirin aparıcısı və kitabxananın əməkdaşı Ülkər Zeynalova şairənin yaradıcılığı və təqdim olunan kitablar haqqında ətraflı məlumat verdi

Təqdimatda  çıxış edən “Zəfər yolu” kitabının “Ön söz” müəllifi, Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və Təhsil komitələrinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz canları bahasına Vətən torpaqlarını işğaldan azad etdi. Bu amal uğrunda şəhadətə yüksələn qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq: “Vətən müharibəsindən sonrakı dövrdə qarşımızda duran mühüm vəzifələrdən biri Qələbəmizi daha da möhkəmləndirmək, eləcə də tarixi Zəfərimizi dünya ictimaiyyətinə çatdırmaqdır. Biz bu gün çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraraq erməni vəhşiliyini ifşa edək. Bu baxımdan, belə əsərlərin ərsəyə gəlməsi çox önəmlidir. Diqqətçəkən mühüm amil ondan ibarətdir ki,  bu kitab təkcə Azərbaycan dilində deyil, həm də ingilis dilindədir. Yəni, bu  gün ən mühüm məsələlərdən biri də odur ki, ingilis, fransız, ərəb və digər dillərdə də belə kitablar nəşr olunsun. Hesab edirəm ki, bu, bizim haqq işimizin təbliğinə dünya ictimaiyyətinə çatdırılması növbəti mühüm töhfə olacaq.”

Milli Məclisin Əmək və sosial siyasət komitələrinin üzvü, millət vəkili Vüqar Bayramov qeyd edib ki,  bu kitablar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbəmizdən bəhs edir: “Kitabları oxuyan hər kəs Zəfər tariximizi daha yaxından öyrənəcək, həmçinin onlarda tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağın artırılmasına düzgün yanaşma tərzi formalaşacaq. Bu kitablar gələcək nəslin ölkənin keşməkeşli tarixi keçmişini öyrənməsi, onlarda Vətənə sevgi və vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində böyük rol oynayacaq”.

Çıxış edən İraq Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət şöbəsinin rəisi Hudayfa Ziyad Mahmud tədbirdə iştirakından məmnunluğunu dilə gətirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərindən söz açdı.  Vurğuladı ki,   Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir: “Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqların işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Zəfər Günü ilə bağlı yazılan tarixi kitabın ictimaiyyətə təqdim olunması qürurvericidir. Bu kitablar vətənpərvərlik ruhunda yazılmış əsərlərin təcəssümüdür. Belə nəşrlərin olması gələcək üçün  də parlaq bir töhfədir. Bu kitabın nəşrə hazırlanmasında əməyi olan  hər kəsə təşəkkür edirəm”.

Tədbir zamanı 25 saylı tam orta məktəbin 5 b sinif şagirdi Şəfiqə Kərimli İradə xanımın şeirlərindən səsləndirdi, Milli konservatoriyanın tələbəsi Primov Asim tarda “Alagözlüm” mahnısını ifa etdi və təqdim edilən kitablar haqqında videoçarx nümayiş etdirildi.

Kitabların müəllifi “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, AMEA-nın dissertantı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili bildirdi ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur: “Təbii ki, indi informasiya silahından daha çox istifadə etmək lazımdır. Biz də Azərbaycan vətəndaşı, ziyalı olaraq tarixi gerçəklikləri dünya ictimaiyyətinə tanıtmalı və bu yönümdə zəruri tədbirlər həyata keçirməliyik. Müəllifi olduğum 14 kitabdan 8-i Qarabağla bağlıdır. Fikrimcə,  mənim kitablarım az da olsa Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz töhfəsini verəcək. Kitablarım bir neçə xarici dildə tərcümə olunub. Bu, o deməkdir ki, xarici dövlətlərin vətəndaşları da tariximizin gerçəkliklərini müxtəlif dildə oxuyacaq və biləcəklər”.

Tədbir zamanı 25 saylı tam orta məktəbin 5 b sinif şagirdi Şəfiqə Kərimli İradə xanımın şeirlərindən bir parça səsləndirib, Milli konservatoriyanın tələbəsi Primov Asim tarda “Alagözlüm” mahnısını ifa etdi və təqdim edilən kitablar haqqında videoçarx nümayiş etdirilib.

İ.Əlili tədbirin təşkilinə görə Nərimanov rayon MKS-nin rəhbərliyinə öz minnətdarlığını bildirib və kitabların çapında əməyi keçən hər bir şəxsə təşəkkürünü çatdırıb.

“Laçın Həsrətim” kitabının həmmüəllifi yazıçı Sevinc İbrahimova qeyd edib ki, İradə xanım Qarabağa və qarabağlılara xüsusi dəyər verir. Heç bir maddi-mənəvi dəstək olmadan Qarabağ həqiqətlərindən bəhs edən kitabları öz hesabına kitab nəşr etdirib: “Bütün qarabağlılar, xüsusilə də laçınlılar adından İradə xanıma dərin minnətdarlığımı bildirirəm. İnşallah ki, bundan sonra yazılan bütün kitablarımız Zəfər soraqlı olar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

“Zəfər Yolu” kitabının həmmüəllifi, “Baku News” internet televiziyasının aparıcısı, jurnalist Vüqar Şahinoğlu bildirib ki, kitabın yazılmasında məqsəd 44 günlük Vətən müharibəsindəki qalibiyyətimizi müxtəlif dillərdə bütün dünyaya çatdırmaqdır. Bu kitab Azərbaycan və ingilis dillərinə tərcümə olunub. Türkiyə türkcəsi üzərində tərcümə işləri artıq yekunlaşmaq üzrədir. Gələcəkdə kitabın daha bir neçə xarici dillərə tərcümə edilməsi nəzərdə tutulur.

V.Şahinoğlu diqqətə çatdırıb ki, bu kitabda əsasən cənab Prezident İlham Əliyevin İkinci Qarabağ savaşına qədər və postmüharibə dövründə etdiyi çıxışlar və xalqa müraciətləri öz əksini tapmışdır. Eyni zamanda, Qarabağdan olan ictimaiyyət, media nümayəndələrinin və digər peşə sahiblərinin Qələbə ruhunda yazılmış fikirləri də öz əksini tapıb.

Həmçinin mərasimdə Avropa Azərbaycanlıları Konqresinin baş katibi Arzu Oqtay, Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi,  Stokholm Bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani , Kiyev Azərbaycanlıları Konqresinin Gənclər sektorunun əməkdaşı Möminə Xatun Səttərova,  "Vəfa" sosial problemlərin həllinə dəstək İctimai Birliyinin sədri  Fatimə Hacıyeva, Niderland -Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi,  "Ana vətən" Avropa Azərbaycan Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva, “Real” televiziyasının Avropa Bürosunun rəhbəri və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin üzvü Xatirə Sərdarqızı   çıxış edərək kitabların mövzu baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Ülviyyə GÜLBABAQIZI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ