Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli qızların psixoloji və təhsil səviyyələrini müəyyən etmək üçün beşinci görüş keçirildi.Layihə çərçivəsində uşaq evində ümumilikdə səkkiz görüşün keçirilməsi nəzərdə tutulub. Görüşdə təşkilat sədri, layihə rəhbəri Lamiyə İsazadə uşaqları salamlayaraq növbəti dəfə təhsilin vacibliyi haqqında uşaqlara məlumat verdi. Onların gələcəkdə uşaq evindən ayrılandan sonra öz ayaqları üzərində durmağı, kimsəyə möhtac olmadan yaşamaları üçün təhsilin vacibliyinin əsas şərt olduğunu qeyd etdi. Görüşdə təhsil eksperti, psixoloq və qonaq qismində ibtidai sinif müəllimi iştirak edirdi. Psixoloq bu görüşdə uşaqlarla komplekslər haqqında söhbət apardı. Uşaqların komplekslərinin olub olmadığını öyrənməyə çalışdı. Təhsil eksperti lövhə qarşısına çıxıb ilk birinci dərs danışmaqdan şagirdlərin niyə çəkindikləri haqqında uşaqlarla geniş müzakirə apardı. Uşaqlara hər işdə eləcə də təhsildə birinci olmağın vacibliyini anlatdı. Sonra ibtidai sinif müəllimi uşaqların hansı temperament tiplərinə (fleqmatik, xolerik, sanqvinik və melanxolik) aid olduğunu müəyyənləşdirmək üçün onlarla həmsöhbət oldu.