çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Narkomaniya ilə mübarizə birgə səylər tələb edir

Image


Dövrümüzdə  cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlər sırasında kütləvi qırğın silahları qədər təhlükəli, pandemiya qədər yaxınımızda olan   narkomaniya da var.

Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insanın “ağ ölüm” adlandırılan bu bəladan əziyyət çəkməsi təhlükənin reallığından xəbər verir. Beynəlxalq statistikaya əsasən, dünya əhalisinin 250 milyonu genofonda sarsıdıcı təsir göstərən bu ağır bəla ilə üz-üzədir. Amerika, Latın Amerikası və Avropada narkomanların sayı milyonları ötür. MDB və Asiya ölkələrində 26 milyondan çox insan  bu zərərli vərdişin aludəçisidir. Dünyada narkomanların 40-45 faizi qadın və uşaqlardır. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır.

Cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olan narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

Ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və  sərəncamlar imzalayıb. Ölkəmizdə beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam da mühüm əhəmiyyət daşıyır.

2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, artıq bir necə ildir ki, narkomanların sırasında yetkinlik yaşına çatmayanlar da var. Hazırda ölkədə rəsmi qeydiyyata alınmış 33788 nəfər narkomanın 9-u 15-17 yaşlı, 12969 nəfəri 18-34 yaşlı insanlardır. 18 yaşdan sonra artan rəqəmlər də onu deməyə əsas verir ki, vaxtında preventiv tədbirlər görülmədikdə bu say çoxala və getdikcə daha çox yeniyetmənin narkomaniya bəlasına düçar olmasına səbəb ola bilər.

Mütəxəssislərin fikrincə ailədə bir nəfərin narkomaniyaya düçar olması, bütövlükdə ailənin məhvinə səbəb olur. Ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artması, xəstə uşaqların doğulması, əgər uşaq sağlam doğulsa belə, ailədə yaşadığı anormal həyat onun şüuruna, psixologiyasına çox pis təsir göstərir. Aldığı travma isə bəzən ömür boyu onu izləyir. Belə ailələr arasında boşanmaların, qətllərin sayı hər zaman yüksək olur. Bu mühitdə böyüyən uşaqlar isə imkan tapan kimi ailədən qaçır və ya onlar da bu yolun yolçusuna çevrilirlər. Ailə üzvlərindən birinin narkoman olması həmin ailənin tədricən parçalanmasına, ailədaxili münaqişələrin yaranmasına, ən yaxşı halda isə ailənin yoxsullaşmasına səbəb olur. Bu da sonda ailənin məhvinə gətirib çıxarır.

Azərbaycanda narkotik istifadəçiləri arasında daha çox 25-45 yaşlı insanlar üstünlük təşkil edirlər. Lakin acınacaqlı hal narkomaniyanın getdikcə cavanlaşması və onun artıq gənclər arasında deyil, yeniyetmələr sırasında da özünə yer tapmasıdır.

Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, KİV, hüquq mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının qarşısını ala bilər. Bunun üçün daha çox maarifləndirmə, narkomaniyanın fəsadlarının yeniyetmə və gənclərə izah edilməsi, onlara bu xəstəliyin nə kimi qorxulu nəticələr verdiyini əyani misallarla göstərmək vacibdir. Narkomanlar tədricən öz hərəkətlərini idarə edə bilmir, asılılıq nəticəsində ən əziz adamlarına belə əxlaqa zidd hərəkətlər edir, bədənlərində baş verən ağrıların qarşısını almaqdan ötrü narkotikanın əldə edilməsi məqsədilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törədir, hətta doğmalarını da bu cinayətin qurbanına çevirirlər.

Hazırda sosial şəbəkə və digər onlayn vasitələrlə narkotik maddələrin satışı hallarına rast gəlinir. Belə halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi aidiyyəti qurumlarla birlikdə informasiya texnologiyalarında zərərli informasiyaların yerləşdirilməsi üzrə preventiv tədbirlər həyata keçirir. Bunun nəticəsində sosial şəbəkədə onlarla zərərli qrup bağlanılıb.

Problemin aradan qaldırılmasında cəmiyyətin dəstəyinin vacibliyini nəzərə alan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın qlobal problem olaraq bütün bəşəriyyəti narahat etdiyi vurğulanıb. Qeyd edilib ki, bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə vəziyyət isə nəticə etibarilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.

Ölkə mətbuatından və Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı məlumatlardan da görünür ki, hazırda bu sahədə daxili işlər orqanları tərəfindən intensiv tədbirlər görülür. Yanvarın 18-də Daxili İşlər Nazirlyində keçirilən Kollegiya iclasında açıqlandığı  kimi, 2021-ci il ərzində qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox - 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyi, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyi xüsusi vurğulanıb.

Müqayisə üçün göstərmək olar ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2019-cu il ərzində 33 cinayət hadisəsi, 2020-ci il ərzində 18 cinayət hadisəsi, 2021-ci il ərzində 40 cinayət hadisəsi müəyyən edilmişdir. Həmçinin İsmayıllı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində 2019-cu il ərzində ümumilikdə 8460,02 qram marixuana, 0,838 qram heroin, 6 ədəd xaşxaş və 2759 ədəd çətənə kolu, 2020-ci il ərzində ümumilikdə 6618,38 qram marixuana, 5,228 qram heroin, 6,841 qram metafetamin və 3989 ədəd çətənə kolu, 2021-ci il ərzində isə ümumilikdə 6753 qram marixuana, 7,153 qram heroin, 5,432 qram metafetamin, 0,301 qram tiryək və 607 ədəd çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılmışdır.

Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə əlaqədar İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsində 2019-cu il ərzində 30 şəxs barəsində 26 cinayət işi, 2020-ci il ərzində 14 şəxs barəsində 11 cinayət işi, 2021-ci il ərzində isə 33 şəxs barəsində 28 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi təmin olunmuşdur.

Hazırda daxili işlər orqanları ictimaiyyət nümayəndələri, səhiyyə, təhsil müəssisələrinin əməkdaşları ilə birgə orta məktəblərdə, gənclər müəssisəsində maarifləndirici tədbirlər keçirir, narkotiklərin fəsadları barədə gənclərə və yeniyetmələrə ətraflı məlumat verirlər. Belə görüşlərdə sabahımızın qurucularına dərslərini yaxşı oxumaları ruhunda böyümələri, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyət üçün layiqli vətəndaş kimi böyümələri tövsiyə olunur.

Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələ olduğundan, inanırıq ki, yeniyetmələr arasında narkomaniya bəlasının qarşısının alınması ilə əlaqədar maarifləndirmə işlərinin genişləndirilməsi gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.

Göründüyü kimi bəşəriyyəti təhdid edən “ağ ölüm”lə mübarizə hər kəsin, vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hamının vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir. Yalnız birgə səylər öz real nəticəsini göstərə bilər.

Raya QƏFƏROVA
İsmayıllı rayon prokurorunun köməkçisi



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ