çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AAAF-ın sahibi 10 il payının yarısını vergi məmuruna niyə pay etdi?..

Image


Azərbaycanda tanınmış iş adamı, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan AAAF İnşaat MMC-nin rəhbəri Tofiq Heydərov özünün  sosial şəbəkə hesabında yaydığı açıqlamada ozünə və biznesinə edilən qanunsuzluqlardan danışıb.  

Təsis etdiyi şirkətlərdən biri olan AAAF İnşaat MMC-nin qarşılaşdığı problemləri yazan T.Heydərovun bildirdiyinə görə, AAAF İnşaat MMC regionlarda inşa etdiyi idman zallarından başqa əsasən Xırdalan şəhərində 4 böyük layihənin inşasına başlayıb: “AAAF park” (519 000m2), AAAF tələbə şəhərciyi (280 000 m2), “Abşeron city” (65 800 m2) və AAAF (Bakı-Sumqayıt şossesi. 94 000 m2)”. T.Heydərov AAAF İnşaat MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək vəzifəli şəxsinin, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin böyük təzyiqləri ilə üzləşdiyini qeyd edir:

“AAAF İnşaat MMC-yə qarşı yaradılan süni maneələr bütün qurumlar tərəfindən olsa da, bu gün əsas Abşeron İcra Hakimiyyəti və Dövlət Vergi Xidmətinin istintaq idarəsi haqqında yazacam: Xırdalanda “AAAF park” layihəsindən başqa, digər üç layihə Abşeron İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcova, Vergi İstintaq İdarəsinin əməkdaşı Pərvin Əliyevə və digər şəxsə məxsus olan layihələrdir. Dəfələrlə müraciət etməyimə əhəmiyyət verməyən bu insanlar özlərini firon kimi aparmağa davam edirlər. Borclarını ödəmək əvəzinə, hər zaman tutduqları mövqedən istifadə etməklə məni belə borclu çıxarmağı bacarırlar.

Şirkətlərimizə 2012-ci ildən başlayaraq əsassız müdaxilələr sayəsində AAAF İnşaat MMC-nin 50 faiz təsisçi payı və direktor vəzifəsi vergi istintaq idarəsinin əməkdaşı olan Pərvin Əliyevə verilib. Bu gün bu layihələrdən yaranan külli miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz bir vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır, öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinlikləri var.

Bundan başqa, AAAF İnşaat MMC tərəfindən razılaşdırılmış qaydada tikilən mənzillərin müəyyən hissəsi mənzil fonduna verilmişdir. Əlavə olaraq isə zirzəmi və mansard mərtəbələrin idmançılara və idmana xərclənməsi tikintinin böyük sahəsini təşkil etmişdir. Bu sahələrin vergi borclarının ödənilməsinin bizə yüklənilməsi ədalətsizlikdir. İcra Hakimiyyətindən mənzil fonduna verilən evlər barədə arayış verilsə də, vergilərdən bu borcların yalnız bir qismi silinmişdir”.

T.Heydərov Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın şirkətə yaratdığı problemləri də qeyd edib: “Ən acınacaqlısı “Gənclər Şəhərciyi” layihəsidir ki, on milyonlarla vəsait xərclədiyimiz halda tikinti əsassız olaraq hörmətli İradə xanım tərəfindən dayandırılmışdı. Mənə ən çox təsir edən odur ki, biz bu layihəni cənab Prezident İlham Əliyevin sahibkalara müraciətindən sonra başlamışdıq. O zaman vəziyyət yaxşı deyildi, bütün təşkilatlara vətəndaşların işlə təmin olması tapşırığı verilmişdi. Biz də dövlətimizə dəstək olaraq iş adamlarını cəlb edib gözəl layihələrə start vermişdik. Amma bütün sənədlər qaydasında olduğu halda, belə addımın atılması xainlikdən başqa bir şey deyil”.

Tofiq Heydərovun açıqladığı fikirlərdən maraqlı nəticələr çıxarmaq olar. İş adamı qeyd edir ki, edilən təzyiqlərun fonunda biznesinin tən yarısını hansısa məmurun adına keçirib və uzun illər birgə fəaliyyət göstəriblər. Sual olunur: Tofiq Heydərov ölkədə tanınmış olan bir iş adamı kimi bu müraciəti niyə zamanında deyil,  adlarını çəkdiyi məmurlar vəzifələri ilə vidalaşanda sonra edir?

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dövlət başçısı  hər zaman çıxışlarında sahibkarların işinə məmur müdaxilələrini sərt tənqid edib: “Bu o anlama gəlir ki, iş adamlarının fəaliyyətinə şəraitin yaradılması üçün ən ali iradə mövcuddur. Hətta yersiz yoxlamaların qarşısının alınması ilə bağlı da bir çox qanunlar qəbul edilib. Amma ictimai fikirdə belə rəy var ki, iş adamları hansısa iri məmurların çətiri altında fəaliyyət göstərirlər. Bunu iş adamları ona görə edir ki, yaranan problemləri məmurların köməyilə həll edirlər. Onların arasındakı razılaşmalar adətən rəsmiyyətdən kənar olurdu. Yəni centlemen razılaşması. Adətən belə hallar çox olur ki, “krışalıq” edən məmurun mövqeyi zəifləyən kimi həmin məmurlardan imtina etməyə, əməkdaşlığa son qoymağa çalışırlar. Bu məsələdə iş adamının özünün də təqsiri var. Niyə bu məsələni vaxtında ictimailəşdirmədi? Belə çıxır ki, vaxtında bir yerdə yeyib-dağıblar, indi faktları açıqlayırlar. Belə faktlar varsa, niyə məhkəməyə və hüquq-mühafizə qurumlarına müraciət etmirlər?  Mən bu cür açıqlamalarda səmimilik görmürəm. Əgər belə bir hal baş veribsə, burada hər iki tərəf məsuliyyət daşıyır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ