2017-ci ilin mayında Tərtər hadisələri zamanı işgəncə nəticəsində öldürülənlərdən biri Elçin Mətləb oğlu Quliyev barəsində bəraət hökmü çıxarılıb.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu ilə əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq onun əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi) xitam verilməsi haqqında qərar qəbul edilmişdir.
Mərhumun anası Validə Əhmədova da mətbuata bildirib ki, bu gün oğlu Elçin Quliyevə bəraət verilməsi ilə bağlı qərar ona təqdim olunub.