“Diqqətinizə çatdırırıq ki, Qanunun 13.3-cü maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağandır”.
Bu, AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Milli Məsclisdə birinci oxunuşdan keçən “Qida Təhlükəsizliyi Haqqında” qanun layihəsində GMO məhsullarının ölkəyə idxalına icazə verildiyinə dair bəndin əks olduğu iddiaları ilə bağlı sorğumuza cavab olaraq bildirilib.
Qeyd edilib ki, Qanun Layihəsinin 13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir.
İradə SARIYEVA