Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli uşaqların psixoloji vəziyyətlərini, təhsil səviyyələrini müəyyən etmək üçün üçüncü dəfə görüş keçirildi. Layihə rəhbəri Lamiyə İsazadə çıxış edərək təhsilin insan həyatındakı rolundan bəhs etdi. Sonra layihənin psixoloqu uşaqlarla “peşə seçimi” mövzusunda söhbət apardı. Gəncə uşaq evindəki uşaqların hansı peşəyə sahib olmaq istədikləri tədbirdə iştirak edən layihə rəhbəri, psixoloq və müəllimlər tərəfindən maraqla qarşılandı. Ona görə ki, uşaq evində yaşayan uşaqlar valideynsiz olduqları üçün onlara gələcək peşə seçimində kimsə istiqamət vermir. Onların gələcəkdə kim olmaq, hansı peşə sahibi olmaq istədikləri sadəcə öz istəkləri və arzularıdır. Uşaqlar arasında dərzi olmaq, gözəllik salonunda vizajist olmaq, müəllim, həkim olmaq hətta müğənni olmaq istəyənlər də var. Görüşdə uşaqların peşə istəkləri dinlənildikdən sonra, biologiya müəlliməsi uşaqlarla sual-cavab elədi, uşaqlara biologiya fənninə aid bilmədiklərini izah etdi. Uşaqlarla görüşə musiqi müəlliməsi də dəvət olunmuşdu. Tədbirin sonunda uşaqlar pianino başına toplaşaraq müxtəlif müsiqilər ifa etdilər. Layihə çərçivəsində keçirilən üçüncü görüş maarifləndirici olmaqla yanaşı eyni zamanda çox əyləncəli keçdi.