çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Kağız bazarında vəziyyət qəlizləşir…

Image


Rusiya və Ukrayna arasında bu ilin fevral ayında başlayan müharibədən sonra hər iki ölkədən Azərbaycana idxal olunan malların qiyməti bahalaşıb. Əslində, analoji hal Rusiya-Ukrayna ilə ticarət əlaqələri olan bütün ölkələrdə müşahidə edilir. İndi hər bir ölkə bu xüsusda qabaqlayıcı addımlar atmağa, bahalaşmanı önləməyə çaılışır. Lakin müəyyən məhsullar üzrə bunu etmək xeyli çətindir.

Ölkəmizə gəlincə, Rusiyadan Azərbaycana gətirilən taxta-şalban məmulatlarının bir kub metrində 100 manatdan çox bahalaşma olub. Tikinti malları ilə yanaşı, bəzi idxal ərzaq məhsulları, o cümlədən kağız məmulatlarının da bahalaşması müşahidə edilir.

Daha çox tələbat olan A4 formatlı kağız isə təkcə bahalaşmayıb, onun həm də satışına limitlər  qoyulması ilə bağlı iddialar səslənir. Azərbaycanda ofis və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti bildirir ki, Rusiyadan gələn kağız məhsulları anbarlarda azalıb. Bəzi kağız məmulatları limitlə satılır, bir adam yalnız bir qutu A4 formatlı kağız ala bilər. Adının açıqlanmasını istəməyən, kağız məmulatlarının topdan ticarəti ilə məşğul olan mağaza şəbəkəsindən birinin əməkdaşı BBC-yə bu xüsusda bildirib: "Qiymətlər son vaxtlar çox dəyişib. Daha çox tələbat olan A4 formatlı kağız Novruz bayramından əvvəl təxminən 6 manat idisə, sonra 9 manat oldu. İndi daha bahadır. Bu, Ukrayna müharibəsiylə bağlıdır". Araşdırmalara da göstərir ki, sözügedən kağızın qiymətinin artması yerli istehsalın olmaması, onun Rusiyadan gətirilməsi ilə əlaqədardır. Belə ki, Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırıb. Nəticədə Azərbaycana da kağızın ixracı dayanıb. Qeyd edək ki, Rusiya bazarında da sözügedən formatda olan kağızın qiymətinin beş dəfəyədək yüksəlməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, təxminən bir ay əvvəl 500 vərəqlik A4 kağızı 300 rubla satılırdısa, hazırda 1000-2000 rubla satılır.  "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduğolu naharatdır ki, kağız çatışmazlığı kitab çapını dayandıra bilər: "Kağızın 80-90 faizi Rusiyadan gəlir. Orda isə kağız fabriklərini Avropa şirkətləri işlədirdi, indi onlar da fəaliyyətlərini dondurublar. Hazırda Azərbaycana kağız gəlmir. Pandemiyada da oxşar vəziyyət yaranmışdı, amma onda ehtiyatlardan göndərilirdi. İndi isə belə deyil". O əlavə edir ki, qıtlıq qiymətlərə də təsir edib, əvvəl 1 tonu 1400-1500 dollara olan kağız indi 2100-2200 dollaradır: "Alternativ yol tapmaq olar, əlbəttə. Çin bazarı var, amma nəqliyyat xərcləri yüksəkdir, əvvəllər 40 tonluq konteyner 6 min dollara gəlirdisə, indi 16-17 min dollara gəlir". Təhlilçilərin fikrincə, qonşu ölkədən idxal edilən bəzi məhsullarda qiymət artımına səbəb Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olan Rusiyanın Ukraynada müharibəsinə görə Qərbin sanksiyaları ilə üzləşməsi, Ukraynadan idxalda yaranan məhdudiyyətlər olsa da, müharibədən kənar amillərin də təsiri yox deyil.

Rusiya idxal məhsulları arasında diqqəti daha çox cəlb edən bahalaşma taxta-şalban məhsullarında olub. Azərbaycanda taxta ticarəti ilə məşğul olan sahibkar Qədim Ədilov sözügedən radioya açıqlamasına qeyd edib ki, əvvəllər də qiymət artımı olurdu, amma bu, belə kəskin, hiss ediləcək dərəcədə baş vermirdi. O, bu ilin noyabrına kimi taxtanın qiymətinin yenidən ucuzlaşacağını gözləmir:

"Hazırda bir kub metr taxtanın qiyməti 170-180 dollardan təxminən 250 dollara (450 manat) qalxıb". Onun sözlərinə görə, müharibəyə qədər Ukraynanın Çerniqov bölgəsindən Azərbaycana taxta məhsulları gəlirdi. Həmin bölgədə bir neçə həftə müharibə getdiyindən oradan idxal dayanmalı olub və bu da bazarı yalnız Rusiyadan asılı vəziyyətə salıb. Ancaq Qədim Ədilov onu da deyir ki, taxta məhsullarını təkcə Qərbin sanksiyaları və müharibə bahalaşdırmayıb, eyni zamanda Ukraynada hərbi əməliyyatlara qədər Rusiyada bəzi artan vergilər və digər amillər, Azərbaycanda işğaldan azad olunan ərazilərdə böyük həcmli tikinti işlərinin aparılması da qiymət artımına təsir edib: "Hələ Ukrayna-Rusiya müharibəsi başlamamışdan əvvəl Rusiya xaricə satdığı yaş taxta məhsullarının hər kub metrinə 13 avro ( təxminən 25 manat) vergi əlavə etmişdi. Sonra Rusiyanın özündə meşə hazırlığı gözlənildiyi kimi olmadı. Hava elə də soyuq keçmədiyindən, yəni taxta-şalban istehsalı üçün uyğun hava şəraiti olmadığından ağac ehtiyatı lazımi qədər toplana bilmədi". Rusiyadan gətirilən laminat, dəmir, mismar kimi məhsullar da bahalaşıb. Bəzi tikinti materialları İran və Türkiyədən idxal edilsə də, onların da xammalı Rusiya mənşəlidir. Tikinti materiallarından başqa Rusiya mənşəli ərzaq malları və kənd təsərrüfatı məhsulları da bahalaşıb. Məsələn,  bu ilin yanvar-fevral aylarında Rusiyadan gətirilən buğdanın qiyməti 9,2 dəfə, həcmi isə 6,7 dəfə artıb. Onu da qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 405 milyon dolları ötüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz artıb. Qurum bildirib ki, bu ilin ilk iki ayı ərzində Rusiyadan idxal 16 faiz artaraq, 282 milyon dolları ötüb. Rəsmi məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 5,1 faiz təşkil edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ